"Qarabağ" kapitanı Rəşad Sadıqovla yeni müqavilə imzalayacaq.

Futbolinfo.az xəbər verir ki, 36 yaşlı müdafiəçi ilə müqavilənin müddətinin daha 1 il uzadılması haqda razılığa gəlinib.

R.Sadıqov Qol.az-a açıqlamasında məlumatı təsdiqləyib. O, bununla bağlı təklifin baş məşqçi Qurban Qurbanovdan gəldiyini söyləyib. Yeni müqavilənin yaxın günlərdə imzalanacağı gözlənilir. 

Qeyd edək ki, R.Sadıqov 2011-ci ildən heç bir klub dəyişmədən "Qarabağ"da oynayır. Buna qədər isə o, 2009/10 mövsümündə də Ağdam klubunda çıxış edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp