Braziliyalı futbolçu Luis Paulo Hilario “Qəbələ”yə qayıtmaq istəyir.

Futbolinfo.az xəbər verir ki, Dodo ləqəbiylə tanınan yarımmüdafiəçi “Facebook”dakı şəxsi səhifəsində bu haqda status paylaşıb.

O, uzun illər kapitanı olduğu "qırmızı-qaralar"ın uğurları üçün yenidən çalışmağa hazır olduğunu bəyan edib: 

“Qəbələ"yə dönmək istəyirəm. "Red Black Army" azarkeş qrupununun fəal üzvləri məni dəstəkləyirlər. Qardaşlarımla yenidən eyni evdə olmaq istəyirəm. Hazırkı klububla müqaviləm bitib. Hazırda sərbəst futbolçuyam. Belədirsə, "Qəbələ"yə qayıtmağa hazıram". 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp