Futbol üzrə Azərbaycan milli komandaları səfərə çıxıb. 

Futbolinfo.az “Sport24”ə istinadən xəbər verir ki, əsas və U-21 yığmalarının yer aldığı təyyarə saat 12:00-da çarter reysilə Qazaxıstanın paytaxtı Astanaya yola düşüb.

Millilərimizi həmin şəhərdə 2 yoldaşlıq görüşü gözləyir. Belə ki, Azərbaycanla Qazaxıstanın U-21 millilərı iyunun 4-də, əsas yığmalar isə 5-də "Astana Arena"da qarşılaşacaqlar. Rəşad Sadıqovun komandası qazaxıstanlarla matçdan sonra Vətənə dönəcəksə, Qurban Qurbanovun yetirmələri  ordan Latviyaya üz tutacaq. Bu da iyunun 9-da Riqada Latviya yığmasıyla yoldaşlıq görüşüylə əlaqədardı.

Qeyd edək ki, millimiz səfərə itkisiz yollanıb. Qırğızıstanla Bakıdakı matçda xəsarət alaraq əvəzlənən müdafiəçi Pavel Paşayevin zədəsi ciddi olmayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp