Futbol üzrə Türkiyə Kubokunda 3-cü mərhələnin oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Girəsunspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv “Kocaelispor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan 3:2 hesablı qələbə ilə ayrılıb və növbəti mərhələyə yüksəlib.

Ozan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Kökçü bu görüşdə sari vərəqə ilə də cəzalanıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp