“Bu vəziyyəti təsəvvür etmirdim. 5 oyuna 1 xal qazanmaq çox pis durumdur” – bu sözləri futbolinfo.az-a açıqlamasında “Keşlə”nin müdafiəçisi Denis Silva deyib.
 
Braziliyalı futbolçu komandasının çempionatın 5 turunda 1 xal toplamasından danışıb: “Bir oyun uduzmaq normal haldır. Məsələn, təkcə birinci turda uduzsaydıq, belə pis olmazdım. Amma 5 tura biz yalnız 1 heç-heçə etmişik. Ötən mövsüm Avropa Liqasında mübarizə aparan, kuboku qazanan komandadan gözlənilənlərin əksi baş verir. Buna inanmaq istəmirəm”.
 
Silva məğlubiyyətlərə bəhanə gətirmək istəmədiyini deyib: “Məğlubiyyətlərə bəhanə gətirmək istəmirəm. Buna çalışa bilərəm. Amma bu, sadəcə, dediklərimdən başqa bir şey olmayacaq. Biz səhvlərimizi düzəltməyə çalışmalıyıq. Uğursuzluğun mütləq bir səbəbi var. Bunu araşdırmaq lazımdı. Özümüzü müdafiə etməyib daha çox işləməliyik. Komandamızın hədəfləri var və bu hədəflər uğrunda oynamalıyıq. Ümid edirəm ki, komanda bu vəziyyətdən çıxar”.
 
Təcrübəli oyunçu yeni məşqçidən də danışıb: “Düzdü, heyətdə dəyişikliklər oldu, məşqçi dəyişdi. Amma bu da bəhanə deyil. Fikrimcə, artıq bir-birimizə öyrəşmişik”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp