Çexiyanın futbol üzrə gənclər liqasında 15-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” da növbəti matçına çıxıb. 

Sözügedən kollektiv doğma meydanda “Hradeç Kralove” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

Nəbiyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 88-ci dəqiqədə əvəzlənib.

“Slaviya”nın U-21 komandası hazırda 14 xalla 12 komanda arasında 10-cu pillədə qərarlaşıb.

Shares: