“Qarabağ” ciddi itki ilə üzləşib.

Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun hücumçusu İnnosent Emeqara zədələnib.

Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, tibbi yoxlanışdan sonra forvardda menisk yırtığı aşkar olunub. 

Emeqara artıq İsveçrəyə yollanıb. Futbolçu adıçəkilən ölkədə əməliyyat olunacaq və təxminən 6-8 həftədən sonra fərdi məşqlərə başlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp