“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində Portuqaliyanın “Sportinq” klubuna qarşı keçirəcəyi matçın hakimləri məlum olub.

Futbolinfo.az xəbər verir ki, Bakıda keçiriləcək oyunun baş hakimi çexiyalı Petr Ardeleanu olacaq. Ona həmyerliləri Petr Blazey və Tomaş Mukroş kömək edəcək.

Matçın əlavə köməkçi hakimləri Zbinek Proşke və Emanuel Marek, ehtiyat hakim isə Yan Patak olacaq.

"Qarabağ” – “Sportinq” matçı noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 21:55-də başlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp