İspaniyanın “Barselona” klubu ciddi itkiylə üzləşib.

Futbolinfo.az xəbər verir ki, Rafinya Alkantara La Liqanın 13-cü turunda “Atletiko”yla keçirilən matçda (1:1) zədələnib. 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə Alkantaranın əməliyyat olunacağı bildirilib. 25 yaşlı futbolçunun sağalma prosesinin 6-9 ay çəkəcəyi deyilir.

“Barsa”yla 2020-ci ilə qədər müqaviləsi olan Alkantara, cari mövsümdə 8 oyunda iştirak edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp