Portuqaliyanın “Sportinq” klubu Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirəcəyi oyun üçün Bakıya 18 futbolçu ilə gəlir.

Futbolinfo.az xəbər verir ki, Lissabon təmsilçisinin baş məşqçisi Marsel Kayzer bu görüşdə 11 futbolçunun xidmətindən istifadə edə bilməyəcək. Bu barədə Portuqaliya mətbuatı məlumat yayıb.

Rodriqo Battalya və Stefan Ristovski zədəli olduqları üçün “Qarabağ”la matçı buraxacaqsa, Fredi Montero və Rafinya tam olaraq hazır deyil.

Bundan başqa, “Sportinq”in 4-cü turda "Arsenal"la qolsuz heç-heçə etdiyi qarşılaşmada Markos Xavyer Akunya və Jeremi Matye cəzalı duruma düşüb.

“Sportinq”in keçmiş baş məşqçisi Joze Pezeyru Bruno Sezar, Marselo Ferreyra, Luk Kastanyos, Lumor Aqbenyenu və Yosip Mişiç kimi futbolçuları Avropa Liqasının iştirak ərizəsinə daxil etməyib.

“Qarabağ” – "Sportinq" matçı noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 21:55-də başlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp