“Neftçi”nin futbolçusu Qoran Paratskinin futbolinfo.az saytına müsahibəsi:

– “Səbail” üzərində qələbə qazandınız. 3-cü pillədə mübarizə aparan komandanın sizə ciddi müqavimət göstərə bilmədiyi görünürdü…
– Bizim üçün çox vacib oyun idi. Deyə bilmərəm ki, asan qələbə idi. Biz oyuna çox ciddi hazırlaşmışdıq və yaxşı oynadıq. “Səbail” yaxşı komandadı. Ona görə də bu 3 xala görə çox sevinirik. Fikrimcə, oyunumuzla da qalibiyyətə layiq idik. Bütün matça nəzarəti əlimizdə saxladıq və xeyli sayda qol epizodu əldə etdik. 

– Penalti epizodu haqqında çox danışıldı. Sizin fikriniz necədi?
– Mən həmin epizoda yenidən baxdım. Rəqib fubolçu əllə oynamamışdı. Amma hakim üçün çox çətin situasiya idi. Matçın gedişində mən də fikirləşdim ki, müdafiəçi əllə oynayıb. Amma sonradan görünür ki, belə deyil. 

– Komandaya gələndə əsas heyətdə çox yer alırdın. Zədələndin və düşünürsən ki, bundan sonra əsas heyətdəki yerini qaytara biləcəksən?
– Mən 3 oyunda meydana çıxmadım. Çünki ciddi zədəm var idi. Düşünürəm ki, bu mövsüm yenidən özümə əsas heyətdə yer edə bilərəm. Həmişə çox ciddi şəkildə hazırlaşıram. Komandaya daha faydalı olmağa çalışacam və məşqçinin mənə şans verəcəyinə ümid edirəm. 

– Heyətinizdəki problemlər zirvəni əlinizdə saxlamağa mane olmayacaq?
– Biz güclü komandayıq. Həm də böyük bir ailəyik. Hamı komanda üçün çalışır və daha güclü olmağa cəhd edir. Başqa şeylər haqqında düşünmək istəmirik. Biz burdayıqsa, “Neftçi”nin uğuru üçün hər şey etməliyik. 

– “Qarabağ”la çempionluq mübarizəsi çətin olmayacaq? Rəqib oturuşmuş sistemə malik komandadı…
– Rəqib güclü komandadı. Onların heyətində kifayət qədər futbolçu var. Həm Avropa Liqasında, həm də çempionatda eyni güclə mübarizə apara bilirlər. Ümumiyyətlə, “Qarabağ”ın necə oynaması mənə vacib deyil. Biz düşünməliyik ki, “Neftçi”ni daha çox necə güclü edə bilərik. 

– Səncə, başqa komandalar sizin çempionluq mübarizənizə qoşula bilər?
– Demək çətindi. Demək olar ki, bütün komandalar eyni gücdədi. Onların hamısı meydana bütün güclərini qoymağa çıxırlar. Yüz faiz gücləri ilə qalib gəlmək istəyirlər.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp