Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Sportinq” (Lissabon, Portuqaliya) qarşılaşmasından öncə təşkil olunacaq mətbuat konfransları və oyunöncəsi son məşqlərin vaxtı bəlli olub.

Futbolinfo.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov noyabrın 28-də, saat 14:30-da Bakı Olimpiya Stadionunun mətbuat konfransında media mənsublarının önünə çıxacaq. “Köhlən atlar”ın son məşqi isə saat 19:00-da "Azərsun Arena"da olacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

“Sportinq”in baş məşqçisi Marsel Kayzer saat 20:00-da Bakı Olimpiya Stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Portuqaliya təmsilçisinin oyunöncəsi son məşqi isə saat 20:30-da qarşılaşmanın keçiriləcəyi stadionda olacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp