“Neftçi” Topaz Premyer Liqasının 13-cü turunda qarşılaşacağı “Sabah”la oyuna hazırlığını davam etdirir. 

Futbolinfo.az xəbər verir ki, “Səbail”lə qarşılaşmadan (2:0) sonra hazırlığa fasilə verməyən komanda bu gün öz bazasında növbəti məşqə çıxıb. 

Ruslan Abışovun fərdi məşq etdiyi hazırlıq prosesində bütün futbolçular iştirak ediblər.

Xatırladaq ki, dekabrın 1-də "Əlincə Arena”da keçiriləcək "Sabah” – "Neftçi” oyunu saat 16:30-da başlanacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp