Futbol üzrə Fransa Liqa Kubokunda üçüncü təsnifat mərhələsinə yekun vurulub. 

Futbolinfo.az xəbər verir ki, son oyunda “Nim” və “Sent-Etyen” klubları üz-üzə gəlib. 

Qarşılaşmanın əsas vaxtı heç-heçə başa çatıb – 1:1. Əlavə vaxtda da qalib müəyyənləşmədiyindən, cütün taleyi penalti seriyası ilə bəlli olub. Daha dəqiq oynayan “Nim” futbolçuları növbəti mərhələyə vəsiqə qazanıblar – 4:2.

Fransa Liqa Kuboku
3-cü mərhələ

27 noyabr

Nim – Sent-Etyen 1:1 (penaltilər 4:2)

Beləliklə, Fransa Liqa Kubokunun 1/8 final mərhələsində aşağıdakı komandalar qarşılaşacaqlar:

18/19 dekabr

Amyen – Olimpik (Lion)
Havr – Nim
Orlean – PSJ
Renn – Nant
Monako – Loryan
Nitsa – Genqam
Olimpik (Marsel) – Strasburq
Dijon – Bordo

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp