Connect with us

Ölkə futbolu

Futbolumuzun gələcəyindən vacib sayılan Essyen – bahalı oyuncaq

“Səbail” Maykl Essyeni Bakıya gətirir. Nə gözəl,…

-də paylaşıldı

“Səbail” Maykl Essyeni Bakıya gətirir. Nə gözəl, nə pakizə… Futbolçu, yoxsa maniken kimi – bax, bunu yalnız özləri bilir.
 
Qanalı Azərbaycanda futbol oynayacaq ən tanınan simadı. Amma söhbət tanınmaqdan gedirsə, daha tanınan, daha sevimli olan ulduzlara da qucaq açmaq olardı. Niyə məhz Essyen?
 
Aydın məsələdi, bu, hansısa seleksiya işinin nəticəsi deyil. Heç fantastik beynəlxalq əlaqələr də rol oynamayıb. Bir az da dərinə getsək, heç burada marketinq planı da yoxdu. Sadəcə, Maykl bir neçə gün öncə Bakıda Avroliqa ilə bağlı “Ulduzlar finalı”nda olarkən hansısa yeyib-içmək məclisində söhbət düşüb, razılaşıblar. Papasının gül balası üçün bahalı oyuncaq almaq həm də xoş əyləncədi.
 
Essyenin gəlişi bizə nə verəcək? İnanın ki, heç nə! Bu transfer stadionlarda tamaşaçı artımına səbəb olmayacaq. “Səbail” matçlarına bilet də satmır ki, bu keçiddən nəsə qazansın. Bir az səs-küy, kiçicik diqqər artımı ola bilər. Lakin Maykl 1-2 oyuna çıxdıqdan sonra bu da bitəcək.
 
Essyen pul yemək üçün vasitədi. Təbii ki, onun transferinə 300-400 min avro xərclənəcək və bu pul klubun büdcəsini “zorlayacaq”, bəlkə də əlavə maliyyə ayrılmasına səbəb olacaq. Maykl təcrübəsi hesabına səviyyəsiz çempionatımızda normal oynaya bilər, lakin komandası avrokuboka çıxanda problemlər başlayacaq. Böyük pullar xərcləndiyi üçün heyətə salınacaq, bu isə əlavə fəsadlar yaradacaq.
 
Essyenin gəlişiylə klubda balans da pozulacaq. Komandanı 3-cü pilləyə yüksəltmiş futbolçuların haqqı yeyiləcək, maliyyə baxımıından da disbalans izləyəcəyik. Təsəvvür edin, qanalının maaşı digərlərinin cəmi əməkhaqqından yüksək olacaq. Baş məşqçi Aftandil Hacıyevin qurduğu nizam da beləcə sıradan çıxacaq, komandada eniş başlayacaq.
 
Mövsümün bitimi ərəfəsində azad agent olan, aylardı ayağına top dəyməyən birini döyüşkən kollektivin içinə soxmaq risklidi. Və hələ nə vəziyyətdə olduğunu bilmədən, onunla növbəti mövsüm üçün də anlaşmaq ağılsızlıqdı. Balaxanı zibilliyində Kinabalu altınının heç yeri yoxdu.
 
Essyenin gəlişi heç də Premyer Liqamıza marağı artırmayacaq. Əksinə, hamı bizi Hindistan, İndoneziya kimi tanıyacaq. Bu cür keçidlər, müqavilələr yalnız oralarda olur. Təsadüfi deyil, Maykl da elə İndoneziyadan gəlib. Və sizi əmin edirəm ki, artıq ora da yaramayıb.
 
Essyenin 37 yaşı var. Afrikalı olduğunu, sənədlər üzərində “əla işlədiklərini” nəzərə alsaq, 4-5 il də üstünə gəlməliyik. İndi gəl, bu qocanın motoruna yağ tök…
 
Karyerası parlaq olub. “Bastiya”, “Lion” kimi fransız klublarının ardından “Çelsi”də 9 möhtəşəm mövsüm keçirib. Amma “Real”a, ardınca “Milan”a gedib hərəsində 1 mövsüm keçirəndən sonra karyerası faktiki bitib. Hələ 2015-ci ildə… Ondan sonra “Panatinaikos” və “Persib Bandunq”da yalnız kölgəsi sürünüb. İndi “Səbail”ə can verməyə gəlib…
 
Qana millisində 58 oyuna 9 qol vuran Maykl bahalı oyuncaq kimidi, 5-6 oyunu özü, 1 ili adı oynayacaq. Və o da kimlərinsə şəxsi münasibətləri hesabına yüzminlərə sahib olaraq aradan çıxacaq. Təbii ki, vasitəçilərinə də yaxşı qazandıracaq.
 
Axırında xeyir görməsək də, bədniyyətli deyilik. Təki xeyirli olsun. Lakin unutmayın ki, onun üçün havaya səpiləcək pul “Səbail” akademiyasının 3-4 illik xərcidi və bu vəsaitlə ölkədə uşaq futbolunun bir klubun simasında inkişaf etdirilməsi üçün böyük işlər görülə bilərdi.
 
FƏRİD

Arxiv

Ölkə futbolu2021-03-03 11:43

“Neftçi”nin məşqçisi Əməkdar Məşqçi adına layiq görüldü

Milli komanda2021-03-03 11:24

“Bunu bacarmaq üçün hər gün çalışırıq” – Millimizin üzvü

Milli komanda2021-03-03 11:01

Millimizin qapıçısı heyətdən kənarlaşdırıldı

Milli komanda2021-03-03 10:47

Heç kimi tanımayan Kobin: “Rüstəmlə Anatoli yığmanıza kömək edə bilər”

Dünya futbolu2021-03-03 10:29

“Qarabağ”ın sabiq futbolçusu karyerasını bitirdi

Dünya futbolu2021-03-03 10:05

“Şalke”də yeni baş məşqçi

Dünya futbolu2021-03-03 09:33

“Pirelli” növbəti mövsümdən “İnter”in sponsoru olmayacaq

Premyer-liqa2021-03-03 09:15

“Sumqayıt” “Zirə”yə, “Neftçi” “Sabah”a qarşı – YENİLƏNİR

Müsahibə2021-03-03 09:00

“Bu vəziyyətdən birlikdə çıxacağıq”

Dünya futbolu2021-03-03 02:14

“Borussiya” yarımfinalda

Dünya futbolu2021-03-03 02:09

“Mançester Siti”dən növbəti qələbə

Dünya futbolu2021-03-03 01:44

“Yuventus”dan darmadağın

Dünya futbolu2021-03-03 01:35

“Torino”nun daha bir oyununa koronavirus əngəli

Dünya futbolu2021-03-02 23:09

“Barselona”nın sabiq prezidenti azadlığa buraxıldı

Dünya futbolu2021-03-02 22:45

“Beşiktaş”a bir qol bəs etdi

Ölkə futbolu2021-03-02 22:22

“Neftçi TV”də “Fanzona” – VİDEO

Premyer-liqa2021-03-02 21:17

“Qarabağ” “Qəbələ”ni belə məğlub etdi – VİDEO

Premyer-liqa2021-03-02 20:39

“Neftçi”yə məğlubiyyətin nə dərəcədə faydalı olduğunu mövsümün sonunda görəcəyik”

Premyer-liqa2021-03-02 20:26

Elmar Baxşıyev: “Qarabağ” bizdən üstündür”

Premyer-liqa2021-03-02 20:12

“Qarabağ”dan darmadağın, “Səbail”lə “Keşlə”dən heç-heçə

Premyer-liqa2021-03-02 21:17

“Qarabağ” “Qəbələ”ni belə məğlub etdi – VİDEO

Premyer-liqa2021-03-02 19:05

“Səbail”lə “Keşlə”dən hərəyə 1 qol, 1 xal – VİDEO

Ölkə futbolu2021-03-02 10:04

“e-Milli” komandamızın üzvləri bəlli oldu – VİDEO

Digər2021-02-28 16:45

Ulduz stansiyası: Eldar Mansurov – VİDEO

Ölkə futbolu2021-02-27 21:46

“Ulduz stansiyası”nın növbəti qonağı – Eldar Mansurov

Premyer-liqa2021-02-25 23:11

“Qarabağ” 3 xalı tək qolla qazandı – VİDEO

Premyer-liqa2021-02-25 22:05

“Sabah”la “Keşlə”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-02-25 19:03

“Zirə” “Neftçi”ni məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-02-25 15:48

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Premyer-liqa2021-02-22 17:55

Son dəqiqə qələbəsi “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-02-21 14:15

Beynəlxalq Ana Dili Gününüz mübarək! – VİDEO

Premyer-liqa2021-02-20 21:34

“Neftçi” 90+4-də sevindi – VİDEO

Premyer-liqa2021-02-20 20:37

“Keşlə” – “Zirə” matçında 4 qol – VİDEO

Premyer-liqa2021-02-19 20:46

“Sumqayıt” – “Qarabağ” 0:0 – VİDEO

Premyer-liqa2021-02-19 19:22

“Səbail” “Sabah”ı məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-02-18 18:10

Statistika: “Neftçi” – “Qəbələ”

Ölkə futbolu2021-02-18 11:03

“Neftçi” çempionluğa hazırdır” – Nərimancahan

Ölkə futbolu2021-02-17 17:57

“Neftçi” yeni hücumçusuna qovuşdu – VİDEO

Premyer-liqa2021-02-14 19:56

“Zirə” – “Sabah” 2:2 – VİDEO

Premyer-liqa2021-02-14 18:24

“Qəbələ” “Keşlə”ni məğlub yola saldı – VİDEO

Gündəm