Connect with us

Layihə

Biabırçı statistika: veteranlar Premyer Liqası

Statistika sizi dəhşətə gətirəcək. Klub futbolunda çox c…

-də paylaşıldı

Statistika sizi dəhşətə gətirəcək. Klub futbolunda çox ciddi problemlər var. Milli komandalarımızın zəif çıxışının bir səbəbi də elə bu məqamda gizlənir.
 
Ölkədə uşaq futbolunun durumu, yeni nəslin hazırlanmaması, AFFA-nın, klubların bu sahəyə biganə münasibətinin nəticəsidi ki, komandalarda orta yaş həddi həddindən artıq yuxarıdı. Qocalar yığınının bir neçə ildən sonra karyerasını bitirməyə məcbur olacağını nəzərə alsaq, faktiki oynatmaq üçün futbolçu tapılmayacaq. İstedadlı gənclər ya yoxdu, ya güvənilmir, belədə çox böyük uçurum yaranıb. Hazırda 30-32 yaşı olanlarla limit məcburiyyətinə görə oynadılan 20-22 yaşlılar arasında böyük boşluq var – klublarda 22-30 yaş aralığında müntəzəm forma geyən 30-35 nəfər tapmaq olmur.
 
AFFA sistemin düzgün qurulmaması üzündən, təbii ki, əsas günahkardı. Lakin klublar da sabahı üçün ciddi iş görməyib. Əksər klublar hazır futbolçu axtarışına çıxır və hazırda belələri də azdı. “Qəbələ” futbol akademiyasından başqa heç kim oyunçu hazırlığına diqqət etmir, bu klun da yetirmələrini icarəyə göndərir, özü isə veteranlar güvənir. Bir sıra uşaq məktəbləri işləyir, klublar isə öz yetirmələrini üzə çıxarmaq üçün özünü əziyyətə salmır və bu məktəblərdən, müxtəlif qruplardan faydalanır.
 
Klublarımızın heyətini araşdırıb, onların orta yaş həddini müəyyənləşdirməyə çalışdıq. Bəri başdan yazaq ki, hazırda adı iştirak ərizəsində olan və ən azı 1 matçda forma geyənləri siyahıya saldıq. Çünki elə komandalar var ki, çoxlu gənc sifariş verib, lakin onları meydana buraxmayıb.
 
Eyni zamanda qışdan əvvəl klublarda olan, indi isə başqa komandaya keçənləri ikincilərin heyətində nəzərə aldıq. Ümumiyyətlə, ölkəmizi tərk edənlər statistikada qeyd edilməyib.
 
Beləliklə, komandalarda orta yaş həddi belədi:
Qəbələ – 27,73
Qarabağ – 27,47
Keşlə – 27,19
Neftçi – 26,75
Səbail – 26,30
Zirə – 26,24
Sabah – 26,05
Sumqayıt – 25,26
 
Ümimilikdə Premyer Liqanın orta yaş həddi 26,62di. Amma bu rəqəm də aldadıcıdı. Təsəvvür edin, AFFA 1996-cı il təvəllüdlü və daha gənc bir oyunçunun mütləq start heyətində olması tələbini qoymasaydı, vəziyyət necə olardı? Hər klub məcbur qalıb 3-4 belə oyunçunu iştirak ərizəsinə salıb və onların da ən azı biri meydana çıxıb. Bu futbolçular oynamasaydı, Premyer Liqada orta yaş həddi 29-30 arasında olardı.
 
Real durumu təsəvvür etmək üçün müqayisəyə ehtiyac var. Və bu məqamda sıradan çempionatı və klubları deyil, nəticə üçün oynayanları göz önünə gətirək. Çempionlar Liqasının yarımfinalçısı olan “Ayaks”da heyətin orta yaş həddi 23,90-dı. “Tottenhem”də bu rəqəm 24-ü, “Liverpul”da 25-i keçmir. Əlavə şərhə ehtiyac varmı?
 
Bu rəqəmlər göstərir ki, klublar gənclərə güvənmir, yetişdirmir, şans vermir. Statistikaya “Qəbələ” kimi akademiyası olan komandanın başçılıq etməsi isə utancvericidi.
 
(davamı olacaq)
 
CAVAD

Arxiv

Dünya futbolu2021-05-09 01:21

“Mançester Siti” “Çelsi”yə evdə uduzdu

Dünya futbolu2021-05-09 01:08

“Atletiko” və “Barselona” “sülh”ə razılaşdı

Dünya futbolu2021-05-09 00:48

“İnter”lə “Napoli”dən darmadağın

Dünya futbolu2021-05-09 00:34

“Bavariya” 3 xalı 6 cavabsız qolla qazandı

Dünya futbolu2021-05-09 00:12

Liqa 1-də daha iki darmadağın

Dünya futbolu2021-05-08 23:43

“Qalatasaray” “Beşiktaş”a qalib gəldi

Premyer-liqa2021-05-08 23:16

“Neftçi” 3 xalı 4 cavabsız qolla qazandı – VİDEO

Premyer-liqa2021-05-08 22:53

“Buraya qələbə üçün gəlmişdik” – Vəfadar Quliyev

Premyer-liqa2021-05-08 22:41

“Bizdə əhval-ruhiyyə o səviyyədə deyil” – Aftandil Hacıyev

Premyer-liqa2021-05-08 22:11

“Səbail” “Neftçi”yə, “Keşlə” “Sumqayıt”a uduzdu

Premyer-liqa2021-05-08 21:52

“Futbolçularım böyük xarakter göstərdilər” – Ayxan Abbasov

Premyer-liqa2021-05-08 21:31

“Oyunumuzdan həzz almalıyıq” – Sənan Qurbanov

Premyer-liqa2021-05-08 21:15

“Sumqayıt” “Keşlə”yə belə qalib gəldi – VİDEO

Dünya futbolu2021-05-08 20:38

“Bavariya” ardıcıl 9-cu dəfə çempion oldu

Dünya futbolu2021-05-08 19:42

Serxio Ramos yenidən zədələndi

Ölkə futbolu2021-05-08 19:16

AFFA VAR layihəsi ilə bağlı tender elan etdi

Ölkə futbolu2021-05-08 19:05

Təmkin qismən bağışlandı, “Sabah” və “Neftçi”nin şikayəti təmin edilmədi

Digər2021-05-08 19:02

Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

Dünya futbolu2021-05-08 18:17

PSJ Neymarla müqaviləni yenilədi

Ölkə futbolu2021-05-08 18:15

“AFFA-nın bu komandaları Premyer Liqada saxlamaq istəyində olduğunu düşünmürəm”

Premyer-liqa2021-05-08 23:16

“Neftçi” 3 xalı 4 cavabsız qolla qazandı – VİDEO

Premyer-liqa2021-05-08 21:15

“Sumqayıt” “Keşlə”yə belə qalib gəldi – VİDEO

Dünya futbolu2021-05-07 09:47

“Arsenal” “Vilyarreal” səddini keçə bilmədi – VİDEO

Dünya futbolu2021-05-07 09:28

“Roma” – “Mançester Yunayted” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-05-07 00:31

Novruzov Nepalda qol hesabını açdı – VİDEO

Premyer-liqa2021-05-06 14:35

Statistika: “Səbail” – “Neftçi”

Dünya futbolu2021-05-06 01:38

“Real” “Çelsi” səddini keçə bilmədi – VİDEO

Ölkə futbolu2021-05-05 17:51

“Azərbaycana uyğunlaşmaq məndə alınır” – VİDEO

Dünya futbolu2021-05-05 09:00

PSJ “Mançester Siti” ilə yenə bacarmadı – VİDEO

Premyer-liqa2021-05-04 23:38

“Sabah” Sumqayıtdan inamlı qələbə ilə döndü – VİDEO

Premyer-liqa2021-05-04 21:43

“Qarabağ” “Zirə” ilə heç-heçəyə razılaşdı – VİDEO

Premyer-liqa2021-05-03 22:52

“Səbail” “Qəbələ”ni məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-05-03 22:02

“Keşlə” “Neftçi”yə böyük hesabla uduzdu – VİDEO

Ölkə futbolu2021-05-03 15:31

“Keşlə” ilə oyunöncəsi “Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə kuboku2021-04-30 18:52

Hakim Abanqa da “qırmızı” verməliydi – VİDEO

Ölkə kuboku2021-04-30 13:57

Vüsala sarı, Lazara qırmızı vərəqə: “Zirə” – “Keşlə” oyununda iki mübahisəli an – VİDEO

Ölkə kuboku2021-04-29 21:30

“Sumqayıt” “Qarabağ”ı finala buraxmadı – VİDEO

Dünya futbolu2021-04-27 17:35

Məşq zamanı meydançaya timsah girdi – VİDEO

Premyer-liqa2021-04-26 01:35

“Keşlə” qələbə həsrətinə son qoydu – VİDEO

Premyer-liqa2021-04-26 01:27

“Zirə” ilə “Sumqayıt”dan heç-heçə – VİDEO

Gündəm