Connect with us

Layihə

Unudulmayan tarix: 291 saylı qərar

İndi AFFA-da rahat əyləşənlər, dövlətin SOCAR vasitəsi il…

-də paylaşıldı

İndi AFFA-da rahat əyləşənlər, dövlətin SOCAR vasitəsi ilə ayırdığı vəsaiti xərcləyənlər hazırına nazil olub. Halbuki müstəqil futbolumuzun bünövrəsi qoyularkən LAZ avtobusu, televizor, soyuducu almaq üçün Nazirlər Kabinetinin qərarı lazım olurdu.
 
Elxan Məmmədov xatırlamaz, o zaman cəmi 13 yaşı var idi. İndi milyonlar içinə düşən, onu dağıdan, lazımi yerlərə bölüşdürən, rahatca idarə edən baş katib bu qurumun necə yarandığı ilə də çətin ki, maraqlansın. Hətta yaxınlarda AFFA-nın ad günü də qeyd olunmadı, unuduldu. Ona görə ki, indikilər əvvəlkilərin izini tarixdən silmək istəyir, futbol tariximizin yalnız özlərindən ibarət olduğunu təbliğ etməyə çalışırlar.
 
Təqdim etdiyimiz sənəd çətin ki, AFFA-nın arxivində ola. Çünki əvvəlki rəhbərlikdən nə qalıbsa, hamısı məhv edilib, yalnız özlərinin hakimiyyətdə olduğu dövrün təbliği ilə məşğuldular. Hətta futbol muzeyi də lazımsız bilinib bağlandısa, başqa sözə ehtiyac yoxdu.
 
1992-ci il. AFFA təzə yaranıb. Lakin qurumun ayaqda durması, fəaliyyətə başlaması üçün heç nə yoxdu. O zaman Azərbaycan Respublikası Nazirlər Kabineti xüsusi qərarla AFFA-nın bünövrə əşyalarını təmin etdi. Baş nazir Rəhim Hüseynovun imza atdığı, oraq-çəkicli gerbin əks olduğu sənəd də yazılanar tarixin bir hissəsidi. Oxuyanda adamı qəribə hisslər bürüyür. İndi 30-35 milyon manatın bəs etmədiyi futbol təsərrüfatının təməl daşları necə primitiv imiş…
 
291 saylı qərarda yazılıb:
“27 may 1992-ci il, Bakı şəhəri
Azərbaycan Respublikasının milli yığma futbol komandalarının yaradılması və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının maddi-texniki bazasının inkişaf etdirilməsi tədbirləri haqqında
 
Azərbaycanın klub komandalarının və milli yığma komandalarının beynəlxalq yarışlara tezliklə çıxmasının və müstəqil iştirakının təin edilməsi, onların beynəlxalq strukturlara qoşulması məqsədilə və maddi-texniki bazanın yaradılması və möhkəmləndirilməsi məsələlərində bu yaxınlarda yaradılmış Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) dövlət idarəetmə orqanları, yerli təşkilatlar, sahibkarlıq strukturları tərəfindən əməli və hərtərəfli yardım göstərilməsi üzrə vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi, beynəlxalq yarışlarda onların uğurla çıxış etməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:
1. Etiraf edilsin ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Azərbaycan Respublikasının mənafeyini bütün beynəlxalq futbol strukturlarında ifadə edən müstəqil təşkilatdır və Azərbaycan Respublikasında futbolun inkişafının idarəsi üzrə tam hüquqlara malikdir.
 
AFFA-ya tövsiyə edilsin ki:
Bu ildə Azərbaycan Respublikasının futbol üzrə ilk çempionatını və Azərbaycan Respublikasının futbol kuboku uğrunda yarışları müvəffəqiyyətlə keçirmək üçün bütün kompleks təşkilati tədbirləri görsün;
qısa müddətdə AFFA-nın FİFA-da və UEFA-da qeydə alınmasını təmin etməklə dünya və Avropa strukturları ilə sıx əlaqələr uaradılması üzrə lazım olan təşkilati iş aparılsın…”
 
 
Qərarın davamını da təqdim edəcəyik, lakin bura qədər olan hissədən aydın olur ki, Nazirlər Kabineti qərarla futbolla bağlı bütün səlahiyyətləri AFFA-ya verir. Həm də etirafla, tövsiyə ilə… Çünki AFFA müstəqil qurum kimi görünməsə, dövlətə bağlılığı olsa, beynəlxalq qurumlara üzvlüyü mümkün deyildi. Bu səbəbdən faktiki qurum dövlət tərəfindən yaradılır, lakin onun gələcək fəaliyyətinə nüfuz etmək səlahiyyətlərini də itirirdi. Bu qərar AFFA-ya hazirlik statusu verirdi.
 
Ona görə də Fuad Musayev uzun müddət müstəqil fəaliyyət göstərdi, vaxtilə bu qərarın qəbul etdirilməsinə nail oldu, amma sonradan heç kimi, hətta dövləti də vecinə almadı. Düzdü, bu davranışı üzündən onun hakimiyyətinə son qoyuldu, o isə “son nəfəsində” futbolu da qurban verdi, qarşıdurmanın sonunda beynəlxalq təşkilatlardan sanksiya gəldi, dünya futbol ailəsindən qovulduq.
 
 
(davamı olacaq)

Arxiv

Dünya futbolu2021-05-12 00:20

“Mançester Yunayted” uduzdu, “Mançester Siti” çempion oldu

Dünya futbolu2021-05-11 23:44

“Beşiktaş”la “Fənərbaxça” uduzdu, “Qalatasaray” qalib gəldi

Dünya futbolu2021-05-11 21:22

Vüqar Bəybalayev oynadı, komandası böyük hesabla uduzdu

Dünya futbolu2021-05-11 20:04

La Liqa klubundan ayrılır – 9 il sonra

Dünya futbolu2021-05-11 19:08

Bundesliqa klubunda yeni müqavilə

I Divizion2021-05-11 18:47

Birinci Divizionda gümüş və bürünc mükafatçılar bəlli oldu

I Divizion2021-05-11 18:28

“Kəpəz”lə “Qarabağ” səfərdə, “Turan Tovuz”la “Neftçi” evdə uduzdu

Digər2021-05-11 17:09

Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

Dünya futbolu2021-05-11 16:18

PSJ-nin futbolçusu üçün mövsüm bitdi

Dünya futbolu2021-05-11 15:53

“Spartak” Ayaz Quliyevlə yollarını ayırdı

Dünya futbolu2021-05-11 15:29

Premyer Liqada koronavirusa bir yeni yoluxma

Premyer-liqa2021-05-11 14:41

Premyer Liqanın 27-ci turu rəqəmlərin gözü ilə

Dünya futbolu2021-05-11 14:07

“Yuventus” A Seriyasından kənarlaşdırıla bilər

Ölkə futbolu2021-05-11 13:48

Təmkin Xəlilzadədən “Neftçi” ilə bağlı açıqlama

Müsahibə2021-05-11 13:26

Seydiyev “Qarabağ”ın şanslı günündə olduğunu düşünür: “Məcburiyyət deməzdim”

Dünya futbolu2021-05-11 12:45

“Mançester Yunayted”dən Premyer Liqada tarixi nəticə

Dünya futbolu2021-05-11 12:15

Azarkeşlər mayın 17-dən stadionlara buraxılacaq

Dünya futbolu2021-05-11 11:53

İnyestadan Yaponiya klubu ilə yeni müqavilə

Dünya futbolu2021-05-11 11:22

“Milan”da İbrahimoviç şoku

Dünya futbolu2021-05-11 10:51

Super Liqa klubunda yeni müqavilə

Premyer-liqa2021-05-09 21:48

“Zirə” ilə “Qəbələ”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-05-08 23:16

“Neftçi” 3 xalı 4 cavabsız qolla qazandı – VİDEO

Premyer-liqa2021-05-08 21:15

“Sumqayıt” “Keşlə”yə belə qalib gəldi – VİDEO

Dünya futbolu2021-05-07 09:47

“Arsenal” “Vilyarreal” səddini keçə bilmədi – VİDEO

Dünya futbolu2021-05-07 09:28

“Roma” – “Mançester Yunayted” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-05-07 00:31

Novruzov Nepalda qol hesabını açdı – VİDEO

Premyer-liqa2021-05-06 14:35

Statistika: “Səbail” – “Neftçi”

Dünya futbolu2021-05-06 01:38

“Real” “Çelsi” səddini keçə bilmədi – VİDEO

Ölkə futbolu2021-05-05 17:51

“Azərbaycana uyğunlaşmaq məndə alınır” – VİDEO

Dünya futbolu2021-05-05 09:00

PSJ “Mançester Siti” ilə yenə bacarmadı – VİDEO

Premyer-liqa2021-05-04 23:38

“Sabah” Sumqayıtdan inamlı qələbə ilə döndü – VİDEO

Premyer-liqa2021-05-04 21:43

“Qarabağ” “Zirə” ilə heç-heçəyə razılaşdı – VİDEO

Premyer-liqa2021-05-03 22:52

“Səbail” “Qəbələ”ni məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-05-03 22:02

“Keşlə” “Neftçi”yə böyük hesabla uduzdu – VİDEO

Ölkə futbolu2021-05-03 15:31

“Keşlə” ilə oyunöncəsi “Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə kuboku2021-04-30 18:52

Hakim Abanqa da “qırmızı” verməliydi – VİDEO

Ölkə kuboku2021-04-30 13:57

Vüsala sarı, Lazara qırmızı vərəqə: “Zirə” – “Keşlə” oyununda iki mübahisəli an – VİDEO

Ölkə kuboku2021-04-29 21:30

“Sumqayıt” “Qarabağ”ı finala buraxmadı – VİDEO

Dünya futbolu2021-04-27 17:35

Məşq zamanı meydançaya timsah girdi – VİDEO

Premyer-liqa2021-04-26 01:35

“Keşlə” qələbə həsrətinə son qoydu – VİDEO

Gündəm