Əvəzedicilər
“Sumqayıt” “Neftçi”yə uduzdu, “Səbail”lə…
Növbəti mövsümə hazırlığını davam etdirən "…

Növbəti mövsümə hazırlığını davam etdirən "Sumqayıt"ın əvəzediciləri həftə sonu iki yoxlama görüşündə qüvvəsini sınayıb.
Futbolinfo.az xəbər verir ki, sözügedən komanda ilk oyununu dünən "Səbail-2"-yə qarşı keçirib. 3:3 hesabı qeydə alınan qarşılaşmada "Sumqayıt-2"-nin qollarını Cavid Quliyev, Elnur Cəfərov və Ruslan Süleymanov rəqib qapısından keçirib.
“Sumqayıt”ın əvəzedicilərinin növbəti yoxlama oyunundakı rəqibi isə "Neftçi-2" olub. “Neftçi”nin təlim-məşq bazasının meydançasında keçirilən qarşılaşmada "Sumqayıt-2" 2:3 hesabı ilə məğlub olub. Komandanın bu matçdakı qollarını isə Elnur Cəfərov və Azər İsmayılov vurub.
- Milli komanda17 saat əvvəl
Yığmamız Moldovaya 5 qolla qalib gəldi
- Premyer-liqa20 saat əvvəl
“Sumqayıt” – “Zirə” matçında karantin qaydaları pozulub
- Müsahibə23 saat əvvəl
“Bir matç meydana çıxıb 5 oyun oynamasan, formada qalmaq olmaz” – Cavid Hüseynov
- Ölkə futbolu13 saat əvvəl
“Neftçi” Honda ilə danışıq aparır