Connect with us

Layihə

Dövlət Proqramı sayəsində tikilən stadionun son durumu – FOTOFAKTLAR

13 yaşlı İmişli stadionu ən rəzil günlərini yaşayır. 200…

-də paylaşıldı

13 yaşlı İmişli stadionu ən rəzil günlərini yaşayır. 2006-cı il martın 23-də açılışı olan arena indi tanınmaz haldadı.
 
Ulu Öndər Heydər Əliyevin adını daşıyan və fəaliyyətini çoxdan dayandırmış “MKT-Araz” futbol klubunun yeni stadionu kimi istifadəyə verilən arena ölkənin ən yaxşı idman qurğuları sırasında idi. Açılışında ölkə başçısı İlham Əliyevin də iştirak etdiyi stadion cavabdeh şəxslərin məsuliyyətsizliyi üzündən indi üzə çıxarılası deyil.
 
Müasir Avropa standartlarına tam cavab verən 8500 yerlik stadion "2005-2015-ci illər Dövlət Proqramı"nın tərkib hissəsi, dövlətin qayğısı sayəsində tikilmişdi. Tribunaların hamısının üstü örtülüdü. Burada yeniyetmə futbolçuların təlim mərkəzi, güləş bölməsi də fəaliyyət göstərirdi. Rəsmi açıqlamaya görə, stadionun ərsəyə gəlməsi üçün 2,5 milyon dollar vəsait xərclənmişdi.
 
“MKT-Araz” İntertoto kubokunda bölgədə UEFA bayrağı altında rəsmi oyun keçirib və görüşü indi Avropada məşhur hakimlərdən olan Güneyt Çakır idarə edib.
 
Yuxarıdakı qeydlərimiz xoş günlərdən qalma təəssüratdı. Stadionun indiki durumu haqda isə təqdim etdiyimiz şəkillər “danışır”. İmişlidə peşəkar futbol klubu illərdi fəaliyyətini dayandırıb, amma sonradan birbaşa ölkə başçısının müdaxiləsi sayəsində rayonun “Mil-Muğan” komandası I diviziona qaytarılmışdı. Lakin bir il sonra cənab prezidentin tapşırığı da yaddan çıxarıldı, indi İmişlidə futbol adına heç nə yoxdu, yalnız xarabazara çevrilmiş, baxımsız stadion qalıb.
 
Vəziyyət o qədər nəzarətdən çıxıb ki, hətta stadiondan mərhum Heydər Əliyevin adının yazıldığı lövhələr də götürülüb. Arena baxımsız vəziyyətdə olduğundan, qazondan əsər-əlamət qalmadığından idarəçilər belə addım atıb. Onlar bu şəraiti yaraşdırmadıqlarından stadionun adını “ləğv ediblər”. Halbuki lövhəni götürmək yox, onun daimi olması üçün arenaya diqqət yetirilməli, göz bəbəyi kimi qorunmalı idi.
 
AFFA-da gecə-gündüz futbolun inkişafından danışırlar, kağız üzərində yalanlarla dolu raportlar verirlər. SOCAR-ın vasitəsilə dövlətin ayırdığı maliyyə AFFA-nın ayırdığı pullar kimi təqdim olunur. Milyonlar xərclənir, regionlarda futbolun inkişafı üçün heç bir iş görülmür, vaxtilə qurulmuş infrastrukturun məhv olmasına göz yumulur. Düzdü, İmişli stadionu assosiasiyanın nəzdində deyil. Lakin ölkədə futbol siyasətini məhz bu qurum müəyyənləşdirir, ona rəhbərlik edir. Bu səbəbdən belə bir arenanın futbolsuz qoyulması, məhvinə şərait yaradılması qəbuledilməzdi.
 
Elə belə münasibətə, milyonların havaya sovrulmasına görə ikinci dövlət proqramının qəbulu 4 ildi ləngiyir. Deməli, daha qəti addımların atılması zamanı çoxdan yetişib.
 
FƏRİD
 
Dünən…
…və bu gün
 
Dünən…
..və bu gün
 
Dünən…
..və bu gün
 

Arxiv

Dünya futbolu2021-05-09 01:21

“Mançester Siti” “Çelsi”yə evdə uduzdu

Dünya futbolu2021-05-09 01:08

“Atletiko” və “Barselona” “sülh”ə razılaşdı

Dünya futbolu2021-05-09 00:48

“İnter”lə “Napoli”dən darmadağın

Dünya futbolu2021-05-09 00:34

“Bavariya” 3 xalı 6 cavabsız qolla qazandı

Dünya futbolu2021-05-09 00:12

Liqa 1-də daha iki darmadağın

Dünya futbolu2021-05-08 23:43

“Qalatasaray” “Beşiktaş”a qalib gəldi

Premyer-liqa2021-05-08 23:16

“Neftçi” 3 xalı 4 cavabsız qolla qazandı – VİDEO

Premyer-liqa2021-05-08 22:53

“Buraya qələbə üçün gəlmişdik” – Vəfadar Quliyev

Premyer-liqa2021-05-08 22:41

“Bizdə əhval-ruhiyyə o səviyyədə deyil” – Aftandil Hacıyev

Premyer-liqa2021-05-08 22:11

“Səbail” “Neftçi”yə, “Keşlə” “Sumqayıt”a uduzdu

Premyer-liqa2021-05-08 21:52

“Futbolçularım böyük xarakter göstərdilər” – Ayxan Abbasov

Premyer-liqa2021-05-08 21:31

“Oyunumuzdan həzz almalıyıq” – Sənan Qurbanov

Premyer-liqa2021-05-08 21:15

“Sumqayıt” “Keşlə”yə belə qalib gəldi – VİDEO

Dünya futbolu2021-05-08 20:38

“Bavariya” ardıcıl 9-cu dəfə çempion oldu

Dünya futbolu2021-05-08 19:42

Serxio Ramos yenidən zədələndi

Ölkə futbolu2021-05-08 19:16

AFFA VAR layihəsi ilə bağlı tender elan etdi

Ölkə futbolu2021-05-08 19:05

Təmkin qismən bağışlandı, “Sabah” və “Neftçi”nin şikayəti təmin edilmədi

Digər2021-05-08 19:02

Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

Dünya futbolu2021-05-08 18:17

PSJ Neymarla müqaviləni yenilədi

Ölkə futbolu2021-05-08 18:15

“AFFA-nın bu komandaları Premyer Liqada saxlamaq istəyində olduğunu düşünmürəm”

Premyer-liqa2021-05-08 23:16

“Neftçi” 3 xalı 4 cavabsız qolla qazandı – VİDEO

Premyer-liqa2021-05-08 21:15

“Sumqayıt” “Keşlə”yə belə qalib gəldi – VİDEO

Dünya futbolu2021-05-07 09:47

“Arsenal” “Vilyarreal” səddini keçə bilmədi – VİDEO

Dünya futbolu2021-05-07 09:28

“Roma” – “Mançester Yunayted” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-05-07 00:31

Novruzov Nepalda qol hesabını açdı – VİDEO

Premyer-liqa2021-05-06 14:35

Statistika: “Səbail” – “Neftçi”

Dünya futbolu2021-05-06 01:38

“Real” “Çelsi” səddini keçə bilmədi – VİDEO

Ölkə futbolu2021-05-05 17:51

“Azərbaycana uyğunlaşmaq məndə alınır” – VİDEO

Dünya futbolu2021-05-05 09:00

PSJ “Mançester Siti” ilə yenə bacarmadı – VİDEO

Premyer-liqa2021-05-04 23:38

“Sabah” Sumqayıtdan inamlı qələbə ilə döndü – VİDEO

Premyer-liqa2021-05-04 21:43

“Qarabağ” “Zirə” ilə heç-heçəyə razılaşdı – VİDEO

Premyer-liqa2021-05-03 22:52

“Səbail” “Qəbələ”ni məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-05-03 22:02

“Keşlə” “Neftçi”yə böyük hesabla uduzdu – VİDEO

Ölkə futbolu2021-05-03 15:31

“Keşlə” ilə oyunöncəsi “Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə kuboku2021-04-30 18:52

Hakim Abanqa da “qırmızı” verməliydi – VİDEO

Ölkə kuboku2021-04-30 13:57

Vüsala sarı, Lazara qırmızı vərəqə: “Zirə” – “Keşlə” oyununda iki mübahisəli an – VİDEO

Ölkə kuboku2021-04-29 21:30

“Sumqayıt” “Qarabağ”ı finala buraxmadı – VİDEO

Dünya futbolu2021-04-27 17:35

Məşq zamanı meydançaya timsah girdi – VİDEO

Premyer-liqa2021-04-26 01:35

“Keşlə” qələbə həsrətinə son qoydu – VİDEO

Premyer-liqa2021-04-26 01:27

“Zirə” ilə “Sumqayıt”dan heç-heçə – VİDEO

Gündəm