Connect with us

Layihə

Uçurumun dibində: AFFA – dövlət içində dövlət?

(əvvəli bu linkdə)

 

AFFA dövlət maraqlarına o q?…

-də paylaşıldı

 
AFFA dövlət maraqlarına o qədər biganədi ki, birbaşa idmanla bağlı qurumlar da nəzərə alınmır. İdman və Gənclər Nazirliyi ilə uşaq futbolunda ciddi işbirliyi yoxdu. Hər qurum özü üçün uşaq çempionatı keçirir, birgə inkişaf strategiyası hazırlanmayıb.
 
Assosiasiya hətta nazirliyin balansında olan idman qurğularına da diqqət ayırmır. Söhbət onlara maliyyə ayırmaqdan, təmir-tikinti işlərindən getmir.
 
Tofiq Bəhramov adına Respublika stadionunda sonuncu dəfə milli komanda səviyyəsində nə vaxt matç keçirildiyini xatırlamıram. Daim məbəd kimi baxdığımız arena indi yalnız “Qarabağ”ın ümidinə qalıb. Halbuki nəinki yığma, hətta avrokubok səviyyəsində də bütün matçlarımızı vaxtilə burada keçirərdik. Dövlət bu arenaya külli miqdarda vəsait sərf edib, ideal təmir etdirdikdən sonra AFFA “Bəhramov”u yada salmır.
 
Səbəb sadədi: stadion AFFA-nın balansında deyil və qurum öz arenalarına xeyir verməklə məşğuldu, pulu sağ cibdən çıxarıb sol cibə qoyur. Dövlətin xərcləri kimsənin vecinə deyil, sanki bu arena boş saxlanmaq üçün təmir etdirilib. Halbuki ildə 3-4 müxtəlif səviyyəli oyun bu qurğuda oynanılsa idi, həm stadion xərclərini çıxarar, həm də dövlət ziyana düşməzdi. AFFA isə “Bakcell Arena”nı yükləyir, komandaları Mərdəkana, azarkeşlərin gedə bilməyəcəyi yerə aparır, şəhərin mərkəzi heç yada düşmür.
 
Bir ara oyunların Bakı Olimpiya Stadionuna salınmasına bəhanə tapmışdılar, dövlətin böyük xərc çəkdiyi idman qurğusunun xərclərini qarşılamaq üçün belə edildiyini deyirdilər. Bəs, Respublika stadionuna konfet kağızı xərclənib? Yoxsa onu dövlət təmir etdirməyib? BOS Avroliqa finalına görə milli oyunlarını qəbul etməyə uyğun bilinməyəndə niyə Respublika stadionu yada düşmədi, üstünlük “Bakcell Arena”ya verildi? Axı, ölkənin ikinci böyük stadionu qalarkən dünya millilərini məhəllə evlərinin arasına aparmaq nəyə lazımdı?
 
Bəli, bu insanları yalnız pul düşündürür. Əgər prioritet ölkədə futbolun təbliği, kütləviləşməsi, inkişafı olsaydı, AFFA qınından çıxardı.
 
AVRO-2020-də qrupdakı rəqiblərimizdən olan Xorvatiya indiyəqədərki bütün ev oyunlarını fərqli şəhərlərdə keçirib, Zaqreb, Osiek, Split, Rieka şəhərlərinin əhalisi milli komandanı canlı görüb. Ərazi və əhalicə yarımız boyda olan ölkədən danışırıq. Bizdə isə yalnız Bakı var. Razıyam, bölgələrdə ən yüksək səviyyədə oyunları keçirməyə imkan yoxdu, heç olmasa, paytaxtda fərqli stadionlar seçilsin və ya birini seçmək lazımdısa, 32 minlik arena qala-qala “kibrit qutuları”na üstünlük verilməsin.
 
Büdcə hesablaması, gəlir-çıxarı bilmək yaxşı şeydi, amma qalnız AFFA-nı yox, dövləti, Azərbaycanı düşünmək lazımdı. Məqsəd bu ölkəyə ziyan vurmaqdısa, icazə verin, milli mənsubiyyətinizə şübhə edək. Vətənə, dövlətə bu qədər üzüdönüklük etmək olmaz.
 
AFFA-nın öz qınına çəkilməsi, matçları yalnız öz stadionlarına salması təkcə Bakı seçimlərində görünmür. İllərdi heç bir bölgədə beynəlxalq oyun reallaşmır. Avrokubok matçlarını qəbul edən Qəbələdə yəni 16, 17, 19 yaşlıların yoxlama oyunlarını da keçirmək olmaz? Əla stadion, infrastruktur, məşq meydanları, ən yaxşı otellər – bəhanə üçün heç bir səbəb yoxdu.
 
Statistikaya baxanda görürük ki, bu il milli komandalar səviyyəsində keçirdiyimiz ev oyunlarında yalnız bir neçə ad var. Belə ki, Bakı Olimpiya Stadionunun ehtiyat meydançası Belarus U-17-si ilə 2 sınaq matçına ev sahibliyi edib. Gürcüstan və Slovakiya 21 yaşlıları ilə oyunlar, qadınlardan ibarət Estoniya milli komandası ilə 2 görüş “Dalğa Arena”da baş tutub. Nəhayət, Xorvatiya, Slovakiya və Macarıstanla seçmə mərhələ, Litva ilə yoxlama görüşü “Bakcell Arena”da reallaşıb. Bu oyunlardan ən azı 2-3-ü Respublika stadionuna, 21 yaşlıların matçlarını Qəbələyə, sınaq xarakterli digər qarşılaşmaları isə digər bölgələrimizə salmaq olardı və vacib idi. Lakin AFFA-ya bölgə futbolu, oranın insanlarını sevindirmək yox, öz cibləri maraqlıdı.
 
Yalnız İsveçrə ilə 21 yaşlıların dünənki matçı Bakıdan kənarda reallaşdı. Lakin o da bir başqa yerdə yox, yenə AFFA-nın balansında olan Sumqayıtdakı stadionda…
 
Əslində, xüsusi azarkeş marağı olmayan oyunların böyük stadionlarda keçirilməsi UEFA-nın da maraq dairəsində deyil. 2016-cı ildə Bakıda 17 yaşlılar arasında keçirilən Avropa çempionatının final mərhələsində buna şahid olmuşduq. BOS-da boş tribunalar önündə oyun keçirilməsindən narazı olan UEFA təqvimi dəyişmiş, matçların başqa arenalara köçürülməsinə nail olmuşdu.
 
(davamı olacaq)

Arxiv

Dünya futbolu2021-05-09 01:21

“Mançester Siti” “Çelsi”yə evdə uduzdu

Dünya futbolu2021-05-09 01:08

“Atletiko” və “Barselona” “sülh”ə razılaşdı

Dünya futbolu2021-05-09 00:48

“İnter”lə “Napoli”dən darmadağın

Dünya futbolu2021-05-09 00:34

“Bavariya” 3 xalı 6 cavabsız qolla qazandı

Dünya futbolu2021-05-09 00:12

Liqa 1-də daha iki darmadağın

Dünya futbolu2021-05-08 23:43

“Qalatasaray” “Beşiktaş”a qalib gəldi

Premyer-liqa2021-05-08 23:16

“Neftçi” 3 xalı 4 cavabsız qolla qazandı – VİDEO

Premyer-liqa2021-05-08 22:53

“Buraya qələbə üçün gəlmişdik” – Vəfadar Quliyev

Premyer-liqa2021-05-08 22:41

“Bizdə əhval-ruhiyyə o səviyyədə deyil” – Aftandil Hacıyev

Premyer-liqa2021-05-08 22:11

“Səbail” “Neftçi”yə, “Keşlə” “Sumqayıt”a uduzdu

Premyer-liqa2021-05-08 21:52

“Futbolçularım böyük xarakter göstərdilər” – Ayxan Abbasov

Premyer-liqa2021-05-08 21:31

“Oyunumuzdan həzz almalıyıq” – Sənan Qurbanov

Premyer-liqa2021-05-08 21:15

“Sumqayıt” “Keşlə”yə belə qalib gəldi – VİDEO

Dünya futbolu2021-05-08 20:38

“Bavariya” ardıcıl 9-cu dəfə çempion oldu

Dünya futbolu2021-05-08 19:42

Serxio Ramos yenidən zədələndi

Ölkə futbolu2021-05-08 19:16

AFFA VAR layihəsi ilə bağlı tender elan etdi

Ölkə futbolu2021-05-08 19:05

Təmkin qismən bağışlandı, “Sabah” və “Neftçi”nin şikayəti təmin edilmədi

Digər2021-05-08 19:02

Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

Dünya futbolu2021-05-08 18:17

PSJ Neymarla müqaviləni yenilədi

Ölkə futbolu2021-05-08 18:15

“AFFA-nın bu komandaları Premyer Liqada saxlamaq istəyində olduğunu düşünmürəm”

Premyer-liqa2021-05-08 23:16

“Neftçi” 3 xalı 4 cavabsız qolla qazandı – VİDEO

Premyer-liqa2021-05-08 21:15

“Sumqayıt” “Keşlə”yə belə qalib gəldi – VİDEO

Dünya futbolu2021-05-07 09:47

“Arsenal” “Vilyarreal” səddini keçə bilmədi – VİDEO

Dünya futbolu2021-05-07 09:28

“Roma” – “Mançester Yunayted” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-05-07 00:31

Novruzov Nepalda qol hesabını açdı – VİDEO

Premyer-liqa2021-05-06 14:35

Statistika: “Səbail” – “Neftçi”

Dünya futbolu2021-05-06 01:38

“Real” “Çelsi” səddini keçə bilmədi – VİDEO

Ölkə futbolu2021-05-05 17:51

“Azərbaycana uyğunlaşmaq məndə alınır” – VİDEO

Dünya futbolu2021-05-05 09:00

PSJ “Mançester Siti” ilə yenə bacarmadı – VİDEO

Premyer-liqa2021-05-04 23:38

“Sabah” Sumqayıtdan inamlı qələbə ilə döndü – VİDEO

Premyer-liqa2021-05-04 21:43

“Qarabağ” “Zirə” ilə heç-heçəyə razılaşdı – VİDEO

Premyer-liqa2021-05-03 22:52

“Səbail” “Qəbələ”ni məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-05-03 22:02

“Keşlə” “Neftçi”yə böyük hesabla uduzdu – VİDEO

Ölkə futbolu2021-05-03 15:31

“Keşlə” ilə oyunöncəsi “Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə kuboku2021-04-30 18:52

Hakim Abanqa da “qırmızı” verməliydi – VİDEO

Ölkə kuboku2021-04-30 13:57

Vüsala sarı, Lazara qırmızı vərəqə: “Zirə” – “Keşlə” oyununda iki mübahisəli an – VİDEO

Ölkə kuboku2021-04-29 21:30

“Sumqayıt” “Qarabağ”ı finala buraxmadı – VİDEO

Dünya futbolu2021-04-27 17:35

Məşq zamanı meydançaya timsah girdi – VİDEO

Premyer-liqa2021-04-26 01:35

“Keşlə” qələbə həsrətinə son qoydu – VİDEO

Premyer-liqa2021-04-26 01:27

“Zirə” ilə “Sumqayıt”dan heç-heçə – VİDEO

Gündəm