Dünya futbolu
La Liqada qol vurmadığı komanda qalmadı
“Barselona” İspaniya La Liqasının 11-ci turu çə…

“Barselona” İspaniya La Liqasının 11-ci turu çərçivəsində “Valyadolid”ə 5:1 hesabı ilə qalib gəlib.
Futbolinfo.az İspaniya mətbuatına istinadən xəbər verir ki, bu qarşılaşma Kataloniya klubunun hücumçusu Luis Suares üçün əlamətdar olub.
Belə ki, komandasının 5-ci qolunu vuran futbolçu, bununla da, La Liqada qarşılaşdığı bütün rəqiblərin qapısına yol tapmağı bacarıb. Uruqvaylı futbolçu, İspaniya çempionatında qarşılaşdığı 27 komandadan yalnız “Valyadolid”ə qol vura bilməmişdi.
2014-cü ildə “Liverpul”dan “Barselona”ya transfer olunan Suares, cari mövsümdə Kataloniya klubunun heyətində keçirdiyi 11 oyunda 8 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- Premyer-liqa14 saat əvvəl
“Qarabağ”dan darmadağın, “Səbail”lə “Keşlə”dən heç-heçə
- Premyer-liqa22 saat əvvəl
Premyer Liqada 19-cu turun oyun cədvəli açıqlandı
- I Divizion21 saat əvvəl
Birinci Divizionda 16-cı turun oyun cədvəli bilindi
- Digər19 saat əvvəl
Azərbaycanda koronavirusa yeni yoluxanların sayı 350-ni keçdi