Dünya futbolu
“Yuventus”un sabiq futbolçusuna silahlı hücum
“Yuventus”un sabiq yarımmüdafiəçisi Klaudio …

“Yuventus”un sabiq yarımmüdafiəçisi Klaudio Markizio silahlı qarətə məruz qalıb.
Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, dünən axşam saatlarında futbolçunun evi 4 nəfər tərəfindən qarət olunub.
Soyğunçular Markizionu və həyat yoldaşını silahla hədələyiblər. Bundan sonra, futbolçu pul və qiymətli əşyalarını onlara vermək məcburiyyətində qalıb.
Hadisənin polis tərəfindən araşdırıldığı bildirilir.