Connect with us

Layihə

Elxan Məmmədov islahatlara qarşı

“Hədəfimiz Avro-2020-nin final mərhələsinə vəsiqə qazanm…

-də paylaşıldı

“Hədəfimiz Avro-2020-nin final mərhələsinə vəsiqə qazanmaqdı” – bu cümləni ilin əvvəlində Elxan Məmmədov işlətmişdi. AFFA-nın baş katibi o təlatümlü günlərdə Qurban Qurbanovun istefaya göndərilməsinə, millini Nikola Yurçeviç kimi sıradan birinə tapşırmalarına don geyindirmək, ölkə rəhbərliyinin tələblərinə boyun əymək üçün bu sözləri demişdi.
 
Vəd idi, verirdi, zamanın ona işləyəcəyinə, vəziyyəti düzəldəcəyinə ümid edirdi. Uğursuzluğun məsuliyyətini boynuna yıxmaq üçün qurban tapacağına inanırdı. Və məqam yetişdi, milli komanda tarixinin ən pis göstəricisinə imza atdı. İndi bütün gözlər baş katibə baxır, o isə çabalayır, vəziyyətdən çıxmaq üçün hamını hədəf göstərir. Sən demə, jurnalistlər günahkar imiş…
 
***
 
Elxan bəy yenə vaxt udmağa çalışır, manevr edir. Ömrünü yaya kimi uzatmaq, dövlətin əməyi sayəsində uğurla təşkil olunacağı şübhə doğurmayan Avro-2020-nin Bakıdakı oyunlarından sonra qılığa girmək, özünü vəziyyətdən çıxarmaq niyyətindədi. Sanki elə bu cür də olmalıymış. Milli komanda cəmi 1 xal toplayıb, lakin nəticəyə görə cavabdeh olan AFFA süddən çıxmış qaşıq olmaq istəyir.
 
Məmmədov seçmə mərhələnin yekunu ilə bağlı hesabat xarakterli müsahibə verdi. Dünən “İdman” TV-nin canlı efirinə çıxdı, özündən başqa hamını günahlandırdı. Sanki hər şey çox yaxşıdı, Avropanı fəth etmişik…
 
Müsahibədə danışılan futbol məsələlərinə toxunmayacam. Nəticə göz önündədi. Nəinki əsas milli, aşağı yaş qrupundan olan bütün yığmaların biabırçı nəticələri reallıqdı. Qiyməti “yuxarılar” verməlidi. Heç kim öz ayranına turş demir, Elxan bəy də belə etdi. Biz hətta əks müzakirə açmaq belə istəmirik. İstənilən müqayisə yersizdi. AFFA-nın indiki rəhbərliyinin 12 illik fəaliyyət dövründə yalnız geri getmişik. Səbəb doğru idarəetmənin olmamasıdı, Məmmədova növbəti yazılarda detallı izahatlar verəcəyik.
 
***
 
Dünənki müsahibədə ən çox diqqət çəkən jurnalistlərlə bağlı açıqlama oldu. Sən demə, bu qədər uğursuzluğun qarşılığında mətbuat susmalı və ya tərif yağdırmalı imiş. Əcəba, niyə?
 
Ölkə başçısı İlham Əliyev son vaxtlar çox mühüm islahatlar həyata keçirdi. Və prezident çıxışları zamanı bir məqamı xüsusi vurğuladı, mətbuatdan kömək istədi. O, problemlərin işıqlandırılmasında jurnalistlərə arxalandığını bildirdi, ictimaiyyətin fikrinə diqqət yetirilməli olduğunu bildirdi. Bütün məmurlardan bunu tələb etdi.
 
Məmmədov isə əks fikirdədi. O, tənqid edən jurnalistləri hədəfə alıb, onları qeyri-peşəkarlıqda suçlayır. Bircə arqument göstərə bilmir, yalnız günahkandırır. Ölkə futbolu uçurumun dibindəykən, milli komanda cəmi 1 xal qazanarkən susmayanlar, haqlı tənqid edənlər belə təqdim edilirsə, deməli, prezidentin açıqlamalarının bu şəxs üçün əhəmiyyəti yoxdu. Dövlət başçısı ictimai fikri əsas götürür, baş katib isə bu istiqamətdə fəaliyyət göstərənləri qınayır.
 
“Peşəkar veteranların, keçmiş futbolçuların da narazılıqlarını anlayırıq, sağlam tənqidi qəbul edirik. AFFA rəhbərliyi, şöbə müdirləri futbol oynamır. Bunu demişik, deməyə də davam etdəcəyik. AFFA rəhbərliyi bu gün milli komandalar üçün şərait yaratmalıdır. Biz də bunu yaradırıq. Maliyyə ilə təmin edirik, infrastruktur yaradılıb. Liqalar təşkil olunub. 600 komanda, hər həftə 7 minə yaxın uşaq müxtəlif liqalarda, müxtəlif bölgələrdə mübarizə aparırlar. Bu turnirlər təkcə təşkil olunmur, bəzilərinə həm də maliyyə yardımı göstərilir. Bütün bunları AFFA-nın strategiyasına uyğun həyata keçirik. Tənqidlər, hətta təhqirlər də var. Bunu kimlər yaradır? Dırnaqarası jurnalistlər, dırnaqarası peşəkarlar. Futbolun yanında olan bəzi insanlar. Mən, AFFA rəhbərliyi, bəzi əməkdaşlarımız kimlərisə qane etmir. Çünki bizim fəaliyyətimiz onlara çirkin işlərini həyata keçirməyə mane olur. Mənim gedişimlə millimiz dünya və Avropa çempionatına vəsiqə qazanacaqsa, gedərəm. Bu, gülməli iddiadır”.
 
Bəli, AFFA rəhbərliyi futbol oynamır, futbolla oynayır. Bütün klublara öz adamlarını təyin edir – birinə keçmiş inzibatçını, digərinə makler-meneceri. O adamı ki, klub prezidenti ola-ola millimizin indiki məşqçilərinə vasitəçilik edib, onlardan faiz qazanır, onlarla faydasız milliləşənin əməliyyatında əli var.
 
Bəli, sizin fəaliyyətsizliyiniz bizi qane etmir. Ortada hansısa nəticə olsaydı, haqlı olardız, lakin 1 xal alnınıza damğadı. Biz də rəqibin heyətində futbol oynamırdıq. İş görmüsüzsə, fəaliyyətiniz müsbət yöndə olubsa, hanı nəticə? Niyə heç kimə qalib gələ bilmədiz?
 
Və bundan narazılıq edən insanları qınayırsız. Susmalı, sizə çəpik çalmalıydıq? Deməli idik ki, ilə onmilyonları xərcləyib, futbolu rəzil günə qoymaqda düz edibsiz? Mümkün deyil, Elxan bəy, bizim üçün ölkə rəhbərliyinin tələbləri daha mühümdü. Prezident mətbuatdan kömək istəyir, biz də həqiqətləri çatdırmağa borcluyuq. Onun islahatları sizi qane etmirsə, özünüz bilərsiz.
 
***
 
Qəribədi, Elxan bəy özündən başqa hamını qınayır – futbolçuları, məşqçiləri, İcraiyyə Komitəsini. Məmmədov, nə edirsiz? 12 ildə hansı futbolçuları yetişdirdiz, onlar haradadı? Yetişdirmisizsə, niyə nəticə qazana bilmirlər? Məşqçiləri də siz seçmisiz – nəticə qazananları ləkələyib göndərmisiz, yerinə milyon avroluğunu gətirmisiz. Səhv seçiminizin də səbəbkarı jurnalistlərdi? Axı, onlar təyinat reallaşan vaxt bu fiaskonu proqnozlaşdırır, yazırdı.
 
İndi yalnız icraçı olduğunuzu deyirsiz. Xatırladım ki, İcraiyyə Komitəsinin qərarı ilə Rövnəq Abdullayevi əvəz edə biləcək qədər səlahiyyət almısız, Nikola Yurçeviç də sizin təqdimatınız əsasında sözəbaxan İK üzvləri tərəfindən təsdiq edilib, çünki bu təyinatın ölkə başçısı tərəfindən məsləhət bilindiyini demisiz. İndi günahı kimin üzərinə atırsız? Bu gün tanınmayan, əsasən ikinci məşqçi kimi işlədiyini dediyiniz xorvata 1 milyon avro maaşın verilməsini razılaşdıranda bu məqamları nə əcəb yada salmırdız?
 
Əgər həmişə günahkar futbolçular, məşqçilər olacaqsa, siz nəyə lazımsız? Səhv seçimlər etmək, dövlətin pulunu dağıtmaq üçünmü? İşinizin müsbət nəticələri yoxdusa, deməli, səriştəsizsiz və getməlisiz. 1, 2, 3 il olsaydı, səbr etmək olardı, amma artıq 12 ildi eyni səhvlər sıralanır, nəticələr hər il pisləşir, milli komanda dünya reytinqində bir addım da irəli getmir. Bütün bunları yazan, qabardan jurnalistlərmi günahkardı?
 
***
 
“AFFA rəhbərliyi bu nəticədən razı deyil. Məsələnin digər tərəfi də var. Təəssüf ki, subyektiv, qeyri-peşəkarlar, bəzən təhqirə yol verən yazılar dərc edirlər. Özlərinə “jurnalist” deyənlər, futbolda şəxsi maraqlarını güdənlərin bir kampaniyasıdı”.
 
Ad çəkin, Elxan bəy. Biz sizin adınızı çəkirik və yazdıqlarımızı da dövlət başçısına apardığı doğru islahatlarda dəstək olmaq üçün edirik. Zəhmət olmasa, siz də deyin: kimdi kampaniya aparanlar? Legioner limitinin ləğv edilməsi üçün silsilə yazılar dərc etdirənlər (“Futbolinfo”da bu barədə bircə xəbər belə getməyib, çünki biz də bunun əleyhinəyik- red.) kimlərdi? Ölkəyə müxtəlif menecerlərin keyfiyyətsiz oyunçu gətirmək istədiyini, bu üzdən də belə kampaniya aparıldğını deyirsiz. “Sumqayıt”a prezident qoyduğunuz makleri, Riad Rəfiyevimi nəzərdə tutursuz? Hansı ki, ölkəmizə gətirdiyi futbolçular indiyədək yalnız havayı pul alıb, qaçmaqla yadda qalıb. Yoxsa Avropada imicmeykeriniz olduğu üçün 10 ildi AFFA-da saxlayıb, bəslədiyiniz, Almaniyadakı yararsız türkləri millilərimizə gətirib faiz qazanan Bernard Lipperti deyirsiz?
 
***
 
Baş katibin bir çox inadlarını görmüşdük, dünən isə onun qırmızı-qırmızı danışmağı, özündənrazılığın son həddi oldu. Hər şeyin günahkarı olasan və ətrafındakıları suçlayasan – bunun başqa adı yoxdu. Sən demə, cəmi 1 xal qazanmış millini, futbol bu vəziyyətə gətirən AFFA-nı tənqid etmək olmazmış. Tənqid edənlər dırnaqarası jurnalist və mütəxəssis sayılacaqmış.
 
Bu yazını baş katibə cavab olsun deyə yazmırıq. Haqq sözünü deyənlərdən biri də bizik və heç kimlə qərəzimiz yoxdu. Dövlətin son 10 ildə futbola yönəltdiyi milyardların müqabilində nəyə görə hələ də qapazaltı olduğumuzun hesabatını istəyirik. Cənab prezident mətbuatdan, ictimaiyyətdən islahatlar yolunda dəstək gözləyir, biz də bu tapşırığa əməl edirik. Kimsə bunu qərəz saya bilər, amma biz final mərhələsinə vəsiqə qazanan komandanı yox, Avropada 55 ölkə arasında 53-cü olan yığmanı, futbolumuzu bu hala gətirənləri tənqid edirik. Dövlətçilik naminə həmişə də belə olacağıq. Kiməsə sərf etməyə bilər, kiminsə xoşuna gəlmək yox, ədalətli olmaq üçün buradayıq. Ölkə rəhbərliyi, nəhayət, bu sahədə də islahatlara başlayacaq. Üzərimizə düşən real mənzərəni çatdırmaqdı.
 
Yalan deyiriksə, Elxan bəy doğruları göstərsin. Aldatmasın, manevr etməsin, reallığı göstərsin. Başqalarını qeyri-peşəkarlıqda suçlamaq asandı. Haqlı olmaq üçün özü peçəkar kimi davranmalı, nəticələri gün işığına çıxarmalıdı. Bəlkə hansısa milli komandamız nəticə qazanıb, biz xalları gizlədirik?
 
VÜSAL MAHMUDOV

Arxiv

Dünya futbolu2021-05-11 21:22

Vüqar Bəybalayev oynadı, komandası böyük hesabla uduzdu

Dünya futbolu2021-05-11 20:04

La Liqa klubundan ayrılır – 9 il sonra

Dünya futbolu2021-05-11 19:08

Bundesliqa klubunda yeni müqavilə

I Divizion2021-05-11 18:47

Birinci Divizionda gümüş və bürünc mükafatçılar bəlli oldu

I Divizion2021-05-11 18:28

“Kəpəz”lə “Qarabağ” səfərdə, “Turan Tovuz”la “Neftçi” evdə uduzdu

Digər2021-05-11 17:09

Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

Dünya futbolu2021-05-11 16:18

PSJ-nin futbolçusu üçün mövsüm bitdi

Dünya futbolu2021-05-11 15:53

“Spartak” Ayaz Quliyevlə yollarını ayırdı

Dünya futbolu2021-05-11 15:29

Premyer Liqada koronavirusa bir yeni yoluxma

Premyer-liqa2021-05-11 14:41

Premyer Liqanın 27-ci turu rəqəmlərin gözü ilə

Dünya futbolu2021-05-11 14:07

“Yuventus” A Seriyasından kənarlaşdırıla bilər

Ölkə futbolu2021-05-11 13:48

Təmkin Xəlilzadədən “Neftçi” ilə bağlı açıqlama

Müsahibə2021-05-11 13:26

Seydiyev “Qarabağ”ın şanslı günündə olduğunu düşünür: “Məcburiyyət deməzdim”

Dünya futbolu2021-05-11 12:45

“Mançester Yunayted”dən Premyer Liqada tarixi nəticə

Dünya futbolu2021-05-11 12:15

Azarkeşlər mayın 17-dən stadionlara buraxılacaq

Dünya futbolu2021-05-11 11:53

İnyestadan Yaponiya klubu ilə yeni müqavilə

Dünya futbolu2021-05-11 11:22

“Milan”da İbrahimoviç şoku

Dünya futbolu2021-05-11 10:51

Super Liqa klubunda yeni müqavilə

I Divizion2021-05-11 10:35

Sultanov AFFA-nın qərarını rəzalət sayır: “Ya futbola “əlvida” deyilməlidir, ya da onu bu günə salanlara”

Dünya futbolu2021-05-11 10:16

Premyer Liqanı tərk edəcək sonuncu klub da bəlli oldu

Premyer-liqa2021-05-09 21:48

“Zirə” ilə “Qəbələ”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-05-08 23:16

“Neftçi” 3 xalı 4 cavabsız qolla qazandı – VİDEO

Premyer-liqa2021-05-08 21:15

“Sumqayıt” “Keşlə”yə belə qalib gəldi – VİDEO

Dünya futbolu2021-05-07 09:47

“Arsenal” “Vilyarreal” səddini keçə bilmədi – VİDEO

Dünya futbolu2021-05-07 09:28

“Roma” – “Mançester Yunayted” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-05-07 00:31

Novruzov Nepalda qol hesabını açdı – VİDEO

Premyer-liqa2021-05-06 14:35

Statistika: “Səbail” – “Neftçi”

Dünya futbolu2021-05-06 01:38

“Real” “Çelsi” səddini keçə bilmədi – VİDEO

Ölkə futbolu2021-05-05 17:51

“Azərbaycana uyğunlaşmaq məndə alınır” – VİDEO

Dünya futbolu2021-05-05 09:00

PSJ “Mançester Siti” ilə yenə bacarmadı – VİDEO

Premyer-liqa2021-05-04 23:38

“Sabah” Sumqayıtdan inamlı qələbə ilə döndü – VİDEO

Premyer-liqa2021-05-04 21:43

“Qarabağ” “Zirə” ilə heç-heçəyə razılaşdı – VİDEO

Premyer-liqa2021-05-03 22:52

“Səbail” “Qəbələ”ni məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-05-03 22:02

“Keşlə” “Neftçi”yə böyük hesabla uduzdu – VİDEO

Ölkə futbolu2021-05-03 15:31

“Keşlə” ilə oyunöncəsi “Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə kuboku2021-04-30 18:52

Hakim Abanqa da “qırmızı” verməliydi – VİDEO

Ölkə kuboku2021-04-30 13:57

Vüsala sarı, Lazara qırmızı vərəqə: “Zirə” – “Keşlə” oyununda iki mübahisəli an – VİDEO

Ölkə kuboku2021-04-29 21:30

“Sumqayıt” “Qarabağ”ı finala buraxmadı – VİDEO

Dünya futbolu2021-04-27 17:35

Məşq zamanı meydançaya timsah girdi – VİDEO

Premyer-liqa2021-04-26 01:35

“Keşlə” qələbə həsrətinə son qoydu – VİDEO

Gündəm