Connect with us

Layihə

Prosineçkiyə dönüş yersiz vaxt və maliyyə itkisidi

Robert Prosineçkinin Bosniya və Hersoqovina millisindən istef…

-də paylaşıldı

Robert Prosineçkinin Bosniya və Hersoqovina millisindən istefası az qala Nikola Yurçeviçin millimizdən gedişindən çox müzakirə olunur. Xorvatı xorvatın əvəzləyəcəyi barədə xəbərlər səngimir, hətta bəzən kimlərinsə bu təbliğatda maraqlı olduğu təəssüratı yaranır.
 
Yaxınlarda hətta AFFA rəhbərliyinin Prosineçki ilə görüşdüyü və millimizə dönüşünün müzakirə edildiyi barədə xəbərlər yayıldı. Robertin Bosniyanın hələ Avro-2020-nin final mərhələsinə qatılmaq üçün Millətlər Liqasında şansının qalmasına baxmayaraq, postundan getməsini məhz ölkəmizdən aldığı daha sərfəli təklifə bağladılar.
 
AFFA bu xəbərləri təsdiqləmir. Başadüşüləndi, çünki öncə İcraiyyə Komitəsi günahları Yurçeviçin boynuna yükləməli, son seçmə mərhələdəki 1 xala görə onu qurban verməlidi. Ardınca yeni məşqçiylə bağlı proseslər başlaya bilər. Assosiasiyanın Prosineçki variantını ciddi şəkildə təkzib etməməsi də sanki bunun göstəricisidi.
 
Prosineçkinin ölkəmizdən necə getdiyi unudulmamalıdı. Türkiyədən aldığı çox sərfəli təklifə görə AFFA-yla az qala dalaşmaq həddinə çatan xorvat müqaviləsinə erkən xitam verilməsinə nail olmadı. Sonradan işinə barmaqarası yanaşdı, dostlarının tapşırıqlarına da məhəl qoymadı, yığmada sifarişlə futbolçu oynatmaqdan imtina etdi və onlarla da münasibətləri korladı, anlaşması bitincə getdi.
 
Azarkeşlərin rəğbətini qazanan Prosineçki oynatdığı futbola görə sevilirdi və nəticələrini çox pis saya bilmərik. Hətta o vaxt millimiz seçmə mərhələyə çox yaxşı başlamışdı, amma məlum küskünlüklər başlayandan sonra məğlubiyyətlər sıralandı.
 
Prosineçki Bakıda yubandığından “Bursaspor”la müqavilə bağlaması alınmadı, ardınca Bosniya millisində uğurlu olmadı. Azərbaycanda illik 3 milyon avro maaş alan xorvat Bosniyada heç bunun yarısını da görmürdü. Öncə karyerasında irəliləyişi düşünüb az maaşa razılaşdı, amma zaman hətta ulduzlar yığını ilə də asan qrupda bir şeyə nail olmadığını göstərdi. Və Robert yenə çox böyük müqavilə qarşılığında ölkəmizə qayıtmaqda maraqlıdı. AFFA ölkəmizdə daha çox müsbət imiciylə tanındığı üçün ona maraq göstərirsə, Prosineçki əla şərtlərə görə bu variantın əleyhinə deyil.
 
İlk baxışdan cəlbedici görünə bilər, lakin Robert millimizdə hətta ilk dönəmindəki qədər uğurlu işləyə bilməyəcək. Əvvəla, millinin oyunçu potensialı bir qədər də zəifləyib, ikincisi də o vaxt formada olan “Qarabağ”lıları start heyətinə yığıb, eyni oyun modelini tətbiq edən xorvatın belə şansı olmayacaq. Çünki Ağdam klubunun həmin oyunçuları da formalarından uzaqdı, əksər liderlər artıq yaşlanıb.
 
Ümumiyyətlə, bir məşqçinin hansısa komandaya dönüşü əksər hallarda daha pis nəticələrlə əlamətdar olub. Robertin çox üstün keyfiyyəti olsaydı, Bosniya millisi qrupunda bu qədər zəif çıxış etməzdi. Xeyli səviyyəli oyunçudan döyüşkən kollektiv formalaşdıra bilməyən Prosineçki indi Biləcəridən o tərəfə adlamayan futbolçularla daha uğursuz olmalıdı.
 
2017-ci ildə ölkəmizdən ayrılan Prosineçkinin dönüşündə AFFA hansısa formada maraqlı ola bilər. Çünki əksəriyyət onun sonrakı fəaliyyətinə o qədər də diqqət etməyib və yaddaşlarda hələ də müsbət imicli məşqçi kimi qalır. Elə bu nüansdan yararlanan assosiasiya rəsmiləri millini xorvata tapşırmaqda, bunun sayəsində daha bir neçə il vaxt udmaqda maraqlıdı. Əslində isə futbolumuzun uğurlu sabahı yığmanın baş məşqçi postunda əcnəbinin əyləşməsində deyil. Millini Tərlan Əhmədov, Ayxan Abbasov, Aftandil Hacıyev kimi ölkə daxilində özünü doğruldanlardan birinə tapşırmaq, futbol təsərrüfatını tam yenidən qurmaq lazımdı. Başda kimin əyləşməsinin fərqi yoxdu, öncə yığma komandalar üçün keyfiyyətli material hazırlanmalıdı. 1 ilin və 1 milyon avronun Yurçeviçlə yola verilməsi də bunu göstərdi.
 
Xatırladaq ki, Prosineçki millimizi 23 oyuna baş məşqçi kimi çıxarmışdı. Bu oyunlarda 6 qələbə qazanıb, 6 heç-heçə edən yığmamız 11 dəfə uduzmuşdu. Ondan sonra Qurban Qurbanov bu posta əyləşmişdi – 12 oyun: 4 qələbə, 5 heç-heçə, 3 məğlubiyyət. Ələkbər Məmmədovdan sonra əsas komandamızın ən yaxşı göstəricili məşqçisi sayılan Qurban bəy bir ili tamam olmamış istefaya göndərildi və Yurçeviç təyinat aldı. Keçmişə qayıtmaq lazımdısa, elə 3 gündən sonra yola salınmasının 1 ili tamam olacaq Qurbanov daha ciddi namizəddi. Otən bir ildəki nəticələr də AFFA-nın şəxsi maraqları üstün tutub necə səhv etdiyini göstərdi.
 
FƏRİD

Arxiv

Dünya futbolu2021-05-12 00:20

“Mançester Yunayted” uduzdu, “Mançester Siti” çempion oldu

Dünya futbolu2021-05-11 23:44

“Beşiktaş”la “Fənərbaxça” uduzdu, “Qalatasaray” qalib gəldi

Dünya futbolu2021-05-11 21:22

Vüqar Bəybalayev oynadı, komandası böyük hesabla uduzdu

Dünya futbolu2021-05-11 20:04

La Liqa klubundan ayrılır – 9 il sonra

Dünya futbolu2021-05-11 19:08

Bundesliqa klubunda yeni müqavilə

I Divizion2021-05-11 18:47

Birinci Divizionda gümüş və bürünc mükafatçılar bəlli oldu

I Divizion2021-05-11 18:28

“Kəpəz”lə “Qarabağ” səfərdə, “Turan Tovuz”la “Neftçi” evdə uduzdu

Digər2021-05-11 17:09

Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

Dünya futbolu2021-05-11 16:18

PSJ-nin futbolçusu üçün mövsüm bitdi

Dünya futbolu2021-05-11 15:53

“Spartak” Ayaz Quliyevlə yollarını ayırdı

Dünya futbolu2021-05-11 15:29

Premyer Liqada koronavirusa bir yeni yoluxma

Premyer-liqa2021-05-11 14:41

Premyer Liqanın 27-ci turu rəqəmlərin gözü ilə

Dünya futbolu2021-05-11 14:07

“Yuventus” A Seriyasından kənarlaşdırıla bilər

Ölkə futbolu2021-05-11 13:48

Təmkin Xəlilzadədən “Neftçi” ilə bağlı açıqlama

Müsahibə2021-05-11 13:26

Seydiyev “Qarabağ”ın şanslı günündə olduğunu düşünür: “Məcburiyyət deməzdim”

Dünya futbolu2021-05-11 12:45

“Mançester Yunayted”dən Premyer Liqada tarixi nəticə

Dünya futbolu2021-05-11 12:15

Azarkeşlər mayın 17-dən stadionlara buraxılacaq

Dünya futbolu2021-05-11 11:53

İnyestadan Yaponiya klubu ilə yeni müqavilə

Dünya futbolu2021-05-11 11:22

“Milan”da İbrahimoviç şoku

Dünya futbolu2021-05-11 10:51

Super Liqa klubunda yeni müqavilə

Premyer-liqa2021-05-09 21:48

“Zirə” ilə “Qəbələ”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-05-08 23:16

“Neftçi” 3 xalı 4 cavabsız qolla qazandı – VİDEO

Premyer-liqa2021-05-08 21:15

“Sumqayıt” “Keşlə”yə belə qalib gəldi – VİDEO

Dünya futbolu2021-05-07 09:47

“Arsenal” “Vilyarreal” səddini keçə bilmədi – VİDEO

Dünya futbolu2021-05-07 09:28

“Roma” – “Mançester Yunayted” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-05-07 00:31

Novruzov Nepalda qol hesabını açdı – VİDEO

Premyer-liqa2021-05-06 14:35

Statistika: “Səbail” – “Neftçi”

Dünya futbolu2021-05-06 01:38

“Real” “Çelsi” səddini keçə bilmədi – VİDEO

Ölkə futbolu2021-05-05 17:51

“Azərbaycana uyğunlaşmaq məndə alınır” – VİDEO

Dünya futbolu2021-05-05 09:00

PSJ “Mançester Siti” ilə yenə bacarmadı – VİDEO

Premyer-liqa2021-05-04 23:38

“Sabah” Sumqayıtdan inamlı qələbə ilə döndü – VİDEO

Premyer-liqa2021-05-04 21:43

“Qarabağ” “Zirə” ilə heç-heçəyə razılaşdı – VİDEO

Premyer-liqa2021-05-03 22:52

“Səbail” “Qəbələ”ni məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-05-03 22:02

“Keşlə” “Neftçi”yə böyük hesabla uduzdu – VİDEO

Ölkə futbolu2021-05-03 15:31

“Keşlə” ilə oyunöncəsi “Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə kuboku2021-04-30 18:52

Hakim Abanqa da “qırmızı” verməliydi – VİDEO

Ölkə kuboku2021-04-30 13:57

Vüsala sarı, Lazara qırmızı vərəqə: “Zirə” – “Keşlə” oyununda iki mübahisəli an – VİDEO

Ölkə kuboku2021-04-29 21:30

“Sumqayıt” “Qarabağ”ı finala buraxmadı – VİDEO

Dünya futbolu2021-04-27 17:35

Məşq zamanı meydançaya timsah girdi – VİDEO

Premyer-liqa2021-04-26 01:35

“Keşlə” qələbə həsrətinə son qoydu – VİDEO

Gündəm