Connect with us

Layihə

Gəncə, Qəbələ, Lənkəran: Avro-2020 üçün onları da unutmayaq

Hələ 2019 bitməyib. Daha 3 həftə keçəcək və Avropa &cce…

-də paylaşıldı

Hələ 2019 bitməyib. Daha 3 həftə keçəcək və Avropa çempionatının final mərhələsinə qalan günləri sayacağıq. Milli komandamızı qitə birinciliyində görməsək də, təşkilatçı kimi bir qrupun oyunlarına ev sahibliyi edəcəyik.
 
Təbii ki, mötəbər yarışı yüksək səviyyədə təşkil etmək üçün gücümüz, imkanlarımız var. AFFA-ya ümid olsaydıq, Avroliqanın Bakı finalı kimi narahatlıq keçirərdik. Amma assosiasiya builki yarışı üz-gözünə bulaşdırdığından daha məsul yarışın dövlət səviyyəsində nəzarətə götürüləcəyi şübhəsizdi.
 
Final mərhələsi oyunlarına meydan olacaq şəhərlərdən biri kimi Bakının müəyyən öhdəlikləri var. Və təbii ki, bu qədər xərc, əziyyət həm də paytaxtımızın, ölkəmizin təbliği, iqtisadi dividendlər əldə etməsi üçün çəkilib. Əcnəbilərə qonaqpərvərlik göstərmək, yalnız onların qayğısına qalmaq üçün yaşamırıq.
 
Əsas qazanclarımızdan biri ölkəyə turist axınını təmin etməkdi. Türkiyədən, İsveçrədən, Uelsdən gələcək onminlərlə azarkeşi ən yaxşı şəkildə qəbul etmək, onların ölkəmizdə pul xərcləməsinə nail olmaq lazımdı. Həm iqtisadi cəhətdən irəli düşmək, həm də ölkəmizin təbliğatı ilə məşğul olmalıyıq. Əmin-aman ölkəmizin imicini yüksəltmək, təhlükəsizlik baxımından imkanlarımızı nümayiş etdirməliyik.
 
Təəssüf ki, Azərbaycanın imkanları xaricdə olduğu kimi bilinmir. Yaxınlarda “Futbolinfo”ya müsahibə verən Uels millisinin azarkeşi, fanatların səfərlərini təşkiledən əsas şəxslərdən olan Paul Korkinin açıqlamaları təəssüf doğurdu: “Bakı gözəl şəhərdir. Mən artıq 3-cü dəfə idi ki, Azərbaycana gəlirdim. Gündən-günə şəhəriniz gözəlləşib. O zaman bu qədər möhtəşəm deyildi. Burada görməli, gəzməli xeyli yer var. Biz yenidən oraya gəlməli olacağıq. İyunda Avropa çempionatı üçün bu gözəl şəhərə səfər etmək heç də çətin olmayacaq.  Lakin azarkeşlərimizin yarısından çoxu Gürcüstanda qalacaqlar. Yalnız oyun günləri Bakıya səyahət edəcəklər. Səbəb isə normal olaraq çempionat vaxtı Bakıda otel qiymətlərinin baha olmasıdır. Bu, bütün şəhərlərdə baş verir. Mötəbər turnirlər keçirilən şəhərlərdə qiymətlər yüksəlir. Ən pis halda 10 min azarkeş Azərbaycan paytaxtına gələcək. Biz artıq indidən işlərə başlamışıq. Çalışırıq ki, bütün məsələləri qaydasına qoyaq və Azərbaycana gələk”.
 
Az öncə Uels Futbol Federasiyası rəsmilərindən biri də oxşar açıqlama vermiş və yarışqabağı Tiflisdə məskunlaşmaq istədiklərini bildirmişdi. Ölkələrin qonşu olduğunu əsas gətirən qurum nümayəndəsi yaxşı tanıdıqları Tiflisdə hazırlıq keçmək niyyətlərini bəyan etmişdi.
 
Təbii ki, hamı seçimində azaddı. Lakin bu yarışın ölkəmizə həm də SOCAR-ın UEFA-ya ödədiyi 200 milyon avroluq reklamı qarşılığında həvalə edildiyini, yəni, dövlətin pulunun xərcləndiyini nəzərə alsaq, indi nəyə görə özümüzün daha çox ehtiyacımız olduğu halda bu imkandan başqaları bəhrələnməlidi? Bunun qarşısını mədəni rəqabət, doğru təbliğat sayəsində almaq mümkün deyilmi? Axı, 2015-ci ildə Tiflis UEFA Superkuboku uğrunda oyunu qəbul edərkən Azərbaycanı heç yada salan da olmadı…
 
Əvvəla, AFFA Uels milli komandasının Tiflisdə yox, Bakıda hazırlaşmasını təmin etməlidi. Paytaxtımızda bütün rəqibləri qəbul etmək üçün 3 baza hazırlanır, UEFA-dan iştirakçıların məhz ölkəmizdə düşərgə qurmasını təmin etməsini tələb eməliyik. Bu, mənəvi, psixoloji, iqtisadi və siyasi baxımdan çox vacibdi.
 
Azarkeşlərlə bağlı narahatlıq isə fərqlidi. Bəli, yarış vaxtı Bakıda boş otel tapmaq çətin olacaq, bütün qonaqların rahatlığını təmin etmək çətiləşəcək. Lakin bunu Tiflisin hesabına kompensasiya etməməliyik. Ölkəmizdə turistləri qəbul etmək üçün başqa şəhərlər də var. Nəyə görə beynəlxalq aeroportların olduğu Gəncə, Qəbələ və ya Lənkəranın imkanlarından istifadə edilməsin? Turizm imkanlarımızın təbliği baxımından önəmli məqamdı, sadəcə, Uelsdən, İsveçrədən olan azarkeşləri buna inandırmaq lazımdı. Qiymətləri daha münasib etməklə də əcnəbiləri qazanmalı, onların məhz Azrbaycan daxilində məskunlaşmasını təmin etməliyik.
 
2019-da bu baxımdan ciddi işlər görülmədi, ingilislər Bakıya gözlənən sayda gəlmədi, gələnlərin də əksəriyyəti Tiflisdən keçməklə səfər etdi. Bu səbəbdən “Çelsi” – “Arsenal” oyununu yarıboş tribunalar önündə oynanıldı, ölkəmiz bu matçdan gözlədiyini almadı. Təcrübədən dərs alaraq, Avro-2020-yə 6 ay qalarkən ciddi addımlar atılmalıdı. 2019 hələ bitməyib, il dəyişənə kimi konkret planlar müəyyənləşməli, işlərə start verilməlidi.
 
FƏRİD

Arxiv

Dünya futbolu2021-05-12 00:20

“Mançester Yunayted” uduzdu, “Mançester Siti” çempion oldu

Dünya futbolu2021-05-11 23:44

“Beşiktaş”la “Fənərbaxça” uduzdu, “Qalatasaray” qalib gəldi

Dünya futbolu2021-05-11 21:22

Vüqar Bəybalayev oynadı, komandası böyük hesabla uduzdu

Dünya futbolu2021-05-11 20:04

La Liqa klubundan ayrılır – 9 il sonra

Dünya futbolu2021-05-11 19:08

Bundesliqa klubunda yeni müqavilə

I Divizion2021-05-11 18:47

Birinci Divizionda gümüş və bürünc mükafatçılar bəlli oldu

I Divizion2021-05-11 18:28

“Kəpəz”lə “Qarabağ” səfərdə, “Turan Tovuz”la “Neftçi” evdə uduzdu

Digər2021-05-11 17:09

Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

Dünya futbolu2021-05-11 16:18

PSJ-nin futbolçusu üçün mövsüm bitdi

Dünya futbolu2021-05-11 15:53

“Spartak” Ayaz Quliyevlə yollarını ayırdı

Dünya futbolu2021-05-11 15:29

Premyer Liqada koronavirusa bir yeni yoluxma

Premyer-liqa2021-05-11 14:41

Premyer Liqanın 27-ci turu rəqəmlərin gözü ilə

Dünya futbolu2021-05-11 14:07

“Yuventus” A Seriyasından kənarlaşdırıla bilər

Ölkə futbolu2021-05-11 13:48

Təmkin Xəlilzadədən “Neftçi” ilə bağlı açıqlama

Müsahibə2021-05-11 13:26

Seydiyev “Qarabağ”ın şanslı günündə olduğunu düşünür: “Məcburiyyət deməzdim”

Dünya futbolu2021-05-11 12:45

“Mançester Yunayted”dən Premyer Liqada tarixi nəticə

Dünya futbolu2021-05-11 12:15

Azarkeşlər mayın 17-dən stadionlara buraxılacaq

Dünya futbolu2021-05-11 11:53

İnyestadan Yaponiya klubu ilə yeni müqavilə

Dünya futbolu2021-05-11 11:22

“Milan”da İbrahimoviç şoku

Dünya futbolu2021-05-11 10:51

Super Liqa klubunda yeni müqavilə

Premyer-liqa2021-05-09 21:48

“Zirə” ilə “Qəbələ”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-05-08 23:16

“Neftçi” 3 xalı 4 cavabsız qolla qazandı – VİDEO

Premyer-liqa2021-05-08 21:15

“Sumqayıt” “Keşlə”yə belə qalib gəldi – VİDEO

Dünya futbolu2021-05-07 09:47

“Arsenal” “Vilyarreal” səddini keçə bilmədi – VİDEO

Dünya futbolu2021-05-07 09:28

“Roma” – “Mançester Yunayted” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-05-07 00:31

Novruzov Nepalda qol hesabını açdı – VİDEO

Premyer-liqa2021-05-06 14:35

Statistika: “Səbail” – “Neftçi”

Dünya futbolu2021-05-06 01:38

“Real” “Çelsi” səddini keçə bilmədi – VİDEO

Ölkə futbolu2021-05-05 17:51

“Azərbaycana uyğunlaşmaq məndə alınır” – VİDEO

Dünya futbolu2021-05-05 09:00

PSJ “Mançester Siti” ilə yenə bacarmadı – VİDEO

Premyer-liqa2021-05-04 23:38

“Sabah” Sumqayıtdan inamlı qələbə ilə döndü – VİDEO

Premyer-liqa2021-05-04 21:43

“Qarabağ” “Zirə” ilə heç-heçəyə razılaşdı – VİDEO

Premyer-liqa2021-05-03 22:52

“Səbail” “Qəbələ”ni məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-05-03 22:02

“Keşlə” “Neftçi”yə böyük hesabla uduzdu – VİDEO

Ölkə futbolu2021-05-03 15:31

“Keşlə” ilə oyunöncəsi “Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə kuboku2021-04-30 18:52

Hakim Abanqa da “qırmızı” verməliydi – VİDEO

Ölkə kuboku2021-04-30 13:57

Vüsala sarı, Lazara qırmızı vərəqə: “Zirə” – “Keşlə” oyununda iki mübahisəli an – VİDEO

Ölkə kuboku2021-04-29 21:30

“Sumqayıt” “Qarabağ”ı finala buraxmadı – VİDEO

Dünya futbolu2021-04-27 17:35

Məşq zamanı meydançaya timsah girdi – VİDEO

Premyer-liqa2021-04-26 01:35

“Keşlə” qələbə həsrətinə son qoydu – VİDEO

Gündəm