Connect with us

Layihə

Şəxsi karyera üçün düşünülmüş mükafat

(əvvəli bu linkdə)

 

6. AÇ-2020-nin Bakıda ke&cc…

-də paylaşıldı

 
6. AÇ-2020-nin Bakıda keçiriləcək oyunlarına hazırlıq prosesi ilə bağlı qısa məlumat
 
AFFA İcraiyyə Komitəsinin dekabrın 13-də keçiriləcək yekun iclasının gündəliyinə salınan bu məsələ vacibdi. Amma assosiasiya vaxtını boşuna xərcləməsin, dövlət ölkəmizə həvalə edilən bütün beynəlxalq yarışlar kimi, qitə çempionatının oyunlarını da uğurla təşkil edəcək. UEFA da işin başındadı, Təşkilat Komitəsi fəaliyyətini tənzimləyəcək. İK-nı məşğul etməyə dəyməz, bu yarışı AFFA yox, UEFA keçirir. Gündəliyə bənd əlavə edib, gözə kül üfürmək lazım deyil.
 
Ondansa elə bu bənddə Azərbaycanın meydan sahibləri arasında finallarda oynamayacağı dəqiqləşən yeganə ölkə olmasının səbəblərini araşdırın, dövlətin əməyini öz adınıza çıxmayın. Ölkə rəhbərliyinə finallara vəsiqə vəd edilmişdi, indi uğursuzluğu kimin boynuna yıxaq?
 
7. AFFA-nın “Feyr Pley” mükafatının təsis olunması və Əsasnaməsinin hazırlanması
 
Yaxşı nümunədi, amma burada da məqsəd var. Əks halda, 12 illik hakimiyyətin 12-ci ilində yada düşməzdi. Ədalətli oyun birinci seçim olmalıdı, Məmmədov isə bunu indi gündəliyə salmağı lazım bilib, çünki…
 
AFFA-nın baş katibi bu ilin mayında UEFA-nın Ədalətli oyun və Sosial Məsuliyyət vəzifəsinə sədr seçilib. Əslində, ölkəmizdə indiyədək bu mükafat təsis olunmalı, Məmmədov da gördüyü işlərin nəticəsi olaraq, vəzifəyə seçilməliydi. Bu dəfə əksinədi, Elxan bəy vəzifə alandan sonra Azərbaycanda ədalətli oyun yadına düşüb. Yəni, gündəliyin bu bəndi ümumi futbol üçün yox, məhz bir şəxs üçün düşünülüb. Baş katib sosial məsuliyyətini indi başa düşüb.
 
Xatırladaq ki, Elxan bəy uzun müddət UEFA-nın qadın futbolu üzrə müvafiq komissiyasında çalışıb və illərdi ölkəmizdə bu sahənin olmasına çalışır. İnkişafla bağlı heç nə deyə bilmərik, lakin bütün klubları qadın komandası saxlamağa məcbur edir, AFFA-nın pullarını sağa-sola dağıdır. Başı qadın futboluna o qədər qarışıb ki, kişilər yadından çıxıb. Kəsəsi, UEFA-dakı yüksəlişi naminə AFFA İcraiyyə Komitəsini oyuncağa çevirib, istədiyi qərarı qəbul etdirir.
 
Feyr Pleydən danışırıqsa, Elxan bəy məhz bu tələbə uyğun olmayan addımlarından danışsın. Bu qədər klubun AFFA-nın əlində cəmləşməsi, müstəqil klublarla fərq qoyulması, klub rəhbərlərinin katibin iradəsiylə təyin olunması ədalətli oyunla uzlaşırmı? Yoxsa I diviziondakı qumar, oyun alqı-satqısı, milli komandalarla bağlı danışılımış oyun şübhələrinə yaraşır bu mükafat? Bukmekerlər üçün təsis edirsiz? Yəqin ki, bu mükafatı ilk olaraq divizionda qalib olub Premyer Liqaya yüksələ bilməyənlərə verərsiz.
 
(davamı olacaq)

Arxiv

Ölkə futbolu2021-01-19 18:30

Samir Əliyevlə “Unudulmaz xatirələr” – VİDEO

Dünya futbolu2021-01-19 18:01

“Ayntraxt”dan “Maynts”a

Ölkə futbolu2021-01-19 17:40

“Qarabağ”dan Nurlan İbrahimovun istefasına münasibət

Ölkə futbolu2021-01-19 17:20

Azərbaycanda bütün matçlar Dövlət Himni ilə başlayacaq

Dünya futbolu2021-01-19 17:00

“Benfika”da koronavirus şoku – 17 yoluxma

Ölkə futbolu2021-01-19 16:45

Nurlan İbrahimov “Qarabağ”dan ayrıldı

Milli komanda2021-01-19 16:30

Millimizin baş məşqçisi koronavirusdan sağaldı, Bakıya gəlir

Dünya futbolu2021-01-19 16:16

Millimizin futbolçusu bəraət aldı

Dünya futbolu2021-01-19 16:00

Mandzukiç rəsmən “Milan”da!

Ölkə futbolu2021-01-19 15:43

“Zirə” yeni transferini rəsmən açıqladı

Dünya futbolu2021-01-19 15:20

“Bavariya”nın futbolçusu “Real”la razılığa gəldi

Dünya futbolu2021-01-19 15:00

İtaliya klubunda yeni baş məşqçi

Dünya futbolu2021-01-19 14:40

Kramarenko ÇSKA-ya keçidindən danışdı

Dünya futbolu2021-01-19 14:20

“Lill”in türk hücumçusu sıradan çıxdı

Ölkə futbolu2021-01-19 14:00

“Bakıda da hörmətim var” – “Neftçi”nin legioneri

Digər2021-01-19 13:41

Füzulinin Şəkərcik kəndi – VİDEO

Ölkə futbolu2021-01-19 13:20

AFFA-da Mahal Məmmədovla görüş keçirildi

Ölkə futbolu2021-01-19 13:00

UEFA-dan “Qarabağ” üçün bonus vəsait

Milli komanda2021-01-19 12:45

De Byazidən Polşa iddialarına cavab

Dünya futbolu2021-01-19 12:30

“Roma”nın futbolçusu koronavirusa yoluxdu

Ölkə futbolu2021-01-17 13:36

“Neftçi” PFK-nın bədən testi – VİDEO

Ölkə futbolu2021-01-14 23:54

“Sabah”a qələbə üçün bir qol bəs etdi – VİDEO

Ölkə futbolu2021-01-14 22:47

“Neftçi” – “Keşlə” oyununda 7 qol – VİDEO

Ölkə futbolu2021-01-14 20:17

Samir Abasov: “Bu gün sevindirici məqamlar daha çox idi” – VİDEO

Ölkə futbolu2021-01-14 13:45

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə futbolu2021-01-13 15:46

Hazırlığın 10-cu günü “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-01-12 17:01

“Neftçi”nin legioneri toplanışı dəyərləndirdi – VİDEO

Ölkə futbolu2021-01-11 01:25

“Sumqayıt” – “Zirə” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-01-10 19:40

“Neftçi” “Kəpəz”i məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-01-10 19:34

Samir Abasov: “Həm razı, həm də narazı salan məqamlar oldu”

Ölkə futbolu2021-01-10 13:18

“Neftçi”də “Sağlamlıq durumu” açıqlandı – VİDEO

Ölkə futbolu2021-01-09 18:47

“Çempion olmaq istəyirik” – VİDEO

Ölkə futbolu2021-01-07 22:29

“Günün 20 saatını hücumçu məsələsinə həsr edirik” – VİDEO

Ölkə futbolu2021-01-07 20:37

“Keçmişə baxmıram, yalnız gələcək haqda düşünürəm” – VİDEO

Ölkə futbolu2021-01-07 17:21

Aqil Məmmədovla “Piramida” – VİDEO

Ölkə futbolu2021-01-07 16:22

“Futbolçuların gəlməsi ilə bağlı heç bir problem yoxdur” – VİDEO

Ölkə futbolu2021-01-07 12:00

“Ailəmin yanında olmağım çox yaxşı oldu” – VİDEO

Ölkə futbolu2021-01-05 20:27

Aqil Məmmədov: “Çalışırıq ki, növbəti oyunlara tam hazır olaq”

Ölkə futbolu2021-01-05 19:40

“Hazırlıqda bəzi dəyişikliklər etmək istəyirəm” – Etibar Tarıverdiyev

Ölkə futbolu2021-01-04 21:09

Aqil Məmmədovla “Piramida”

Gündəm

WeCreativez WhatsApp Support
Futbol info ilə birbaşa əlaqə qurun
Salam, sizə necə kömək edə bilərik?