Layihə
Lippertlə veteranlara münasibətdəki fərq
(əvvəli bu linkdə)
8. “Azərbaycan Futbolunun Et…

8. “Azərbaycan Futbolunun Etik Kodeksi”nin hazırlanmasının müzakirəsi
Bu bəndə nə ehtiyac var? Yoxsa İcraiyyə Komitəsi baş katib Elxan Məmmədovun təkidi ilə etika dərsi keçməyə hazırlaşır? Bəlkə tənqidlərin çoxalması üzündən qadağalar məcəlləsi hazırlanır, dillər kəsiləcək, danışanlara sərhədlər qoyulacaq, “qırmızı xətt” müəyyən ediləcək?
Nəticəni özünüz görəcəksiz – bu, söz azadlığının birbaşa məhdudlaşdırılmasına xidmət edən bənddi. Ölkə prezidenti ictimaiyyətdən məmurların ifşa olunması üçün dəstək gözlədiyi, ictimai rəyə önəm verdiyini dilə gətirdiyi bir vaxtda Məmmədov Etik Kodeks hazırlatdırır. Biz də təhqirin əleyhinəyik və təhqir olacaqsa, bunun üçün kodeksə gərək yoxdu, Azərbaycan Respublikasının qanunları ilə bunun qarşısını almaq mümkündü. Amma AFFA haqlı tənqidlərin qarşısını almaq üçün belə edir.
Zamanı qabaqlamayaq, amma əmin olun ki, ölkə futbolunu tənqid edənlər, idarəçilərin yarıtmaz fəaliyyətini dilə gətirənlər mütləq bu bəndlə susdurulacaq. Vaxtilə stadionlarda “İstefa” şüarlarına İcraiyyə Komitəsinin qərarı ilə qadağa qoyan adamlardı, nə desən, gözləmək olar.
9. AFFA-nın Futbol Veteranları Fondunun Əsanaməsinə uyğun olaraq müvafiq şəxslərə təqaüdün ayrılmasının müzakirəsi
Çox yaxşı təşəbbüsdü, veteranlara diqqət lazımdı. Amma bizim veteranlara təqaüd ayırmaqdansa, onların təcrübəsindən yararlanmaq lazımdı. Bu insanlara müəyyən iş verin, onlardan faydalanın. Deyək ki, müvafiq şəxslərə təqaüd ayrıldı, lakin sualım var: bu məbləğ 10 ildi AFFA-da heç bir ciddi iş görmədən 30 min avroya yiyələnən Bernard Lippertin aylıq maaşının neçə faizidi?
10. “Elit Məşq” kitabı ilə bağlı məlumat
Komitə üzvləri özünə hörmət edirsə, iclasa gül dəstəsi ilə getməlidi. Axı, İK-nın tədbiri Məmmədovun yaradıcılıq gecəsinə çevrilib. Hansısa kitab təqdimatı üçün ölkə futbolunu idarə edənləri bir yerə yığmaq nəyə lazımdı? Bu, İK-ya hörmətsizlikdi.
Elit Məşq layihəsi Elxan Məmmədovun əksər layihələri kimi uğursuzdu və indi onu bəh-bəhlə təqdim etmək, xərclənən pullara don geyidirmək yersizdi. Önəmlidisə, o zaman fəaliyyətini dayandıran “Mançester Yunayted Məktəbi”nin futbolumuza verdiyi “töhfə” ilə bağlı da kitab hazırlayın. Bəlkə milli komandalarımıza milyonların xərcləndiyi bu layihədən kimsə yüksəlib, xəbərimiz yoxdu? Belə mənasız kitablara xərclənən pullar həqiqi maarifləndirməyə sərf edilsəydi, daha yaxşı olmazdımı?
(davamı olacaq)
- Ölkə futbolu16 saat əvvəl
Qurbanovun üsyanı – zamanında deyilməyən söz…
- Müsahibə15 saat əvvəl
“Bizim günümüz deyildi” – Raysel “Qəbələ”də qalıb-qalmayacağını bilmir
- Ölkə futbolu18 saat əvvəl
“Keşlə”ni hakimlər də xilas edə bilmədi
- Ölkə kuboku14 saat əvvəl
Azərbaycan Kuboku: Cavab oyunlarının vaxtı açıqlandı