Connect with us

Layihə

İcraiyyə Komitəsi üçün yeni gündəlik

(əvvəli bu linkdə)

 

Beləliklə, İcraiyyə Komitəsini…

-də paylaşıldı

 
Beləliklə, İcraiyyə Komitəsinin sabahkı iclasında müzakirəyə çıxacaq məsələlərə göz atdıq, hansı bəndin əslində, necə təsnif olunması lazım gəldiyini qeyd etdik. Maddə-maddə izah edərkən gündəlikdəki məsələlərin müzakirəsinin fərqli yönlərini də göstərdik. Lakin elə məsələlər var ki, ümumiyyətlə, nəzərdə tutulmayıb. Halbuki 2019-un yekun iclasında müzakirəsi daha vacib idi.
 
1. Əvvəla, ilə yekun vurulmalı idi. Təkcə ayrı-ayrı milli komandalar müzakirə olunmamalı, ümumilikdə bütün sahələrdəki işlərə qiymət verilməliydi. Futzaldan çimərlik futboluna, klublardan uşaq futboluna, infrastrukturdan kadrlara, qadın futbolundan kütləviliyə kimi. Düzdü, Konfransda bu ediləcək. Lakin elə həmin tədbir üçün konturlar müəyyənləşməlidi.
 
2. 2005-2015-ci illəri əhatə edən Dövlət Proqramının yekunuyla bağlı rəsmi hesabat bugünədək verilməyib. Nəhayət, cavabdehlərdən bunun hesabatı istənməli, yeni proqramın qəbulunu əngəl törədən səbəblər araşdırılmalıdı.
 
3. İK Elxan Məmmədovdan hesabat istəməlidi. İl boyunca bütün qərarların icrasına o nəzarət edib, hətta əksər hallarda qərarverən şəxs olub. Milli komandalara məşqçi seçimindən tutmuş inkişaf strategiyasına kimi hər şeyi baş katib müəyyənləşdirib. Və bu gün nəticəsizlikdi, üstəlik, futbolumuz uçuruma yuvarlanıb. Bəlkə artıq məmurların özü haqda ölçü götürülsün?
 
Komitənin belə bir səlahiyyəti var. Bu posta təyin etdikləri adamı indi postundan uzaqlaşdırmaq səlahiyyəti də onlardadı. İctimaiyyətdə bütün haqlı tənqidlər baş katibə yönəlibsə, qurum üzvləri ictimaiyyətin fikrinə qarşı çıxmamalıdı, araşdırıb, lazımi qərarı verməlidi. Əks halda, özləri birbaşa günahkara çevriləcəklər.
 
4. İcraiyyə Komitəsi bir sıra qərarlarının sonrakı taleyi ilə maraqlanmır, qərarlar havadan asılı qalır. Məsələn, 2017-ci il martın 7-dəki iclasda qərar qəbul olunmuşdu: “AFFA yanında Media Komitəsinin yeni formatda fəaliyyəti ilə bağlı müzakirələrin aparılması katibliyə həvalə olunsun və İcraiyyə Komitəsinin növbəti iclasına təkliflər təqdim olunsun”. Bu qərardan sonra İK dəfələrlə toplaşıb, amma heç birində məsələ müzakirə olunmayıb. Ya katiblik İK-nın qərarlarını vecinə almır, ya da komitə özü işin icrasında maraqlı deyil. Ləğvi haqda qərar çıxarılması problem deyil, ancaq dəqiq olsun, qərar verilsin.
 
Əvəzində AFFA-nın Media Komitəsinə ayrılan büdcəni fərdi, gizli müqavilələrlə payladığı haqda söhbətlər var. Ən azı bu barədə açıqlama verilməsi lazımdı. Bəlkə assosiasiya “yeni format” deyərkən bunu nəzərdə tuturmuş? İstənilən halda, İK üzvləri verdikləri qərarın davamını gətirməlidi.
 
5. Klublar Komitəsinin, Məşqçilər Komitəsinin fəaliyyəti müzakirə olunmalıdı. Bu qurumlar futbolumuza nə verir? Riad Rəfiyev sədr seçildikdən sonra KK bir az fəallaşmışdı, amma artıq onun da səsi kəsilib, tədbirlər formal xarakter daşıyır, ölkə futbolunda bu qurumun heç bir rolu yoxdu. MK isə daha çox günahlandırılmaq üçün mövcuddu. Milli komandaların məşqçiləri ilə bağlı seçimlər səhvdisə, baş katib bütün təyinatlarda onların rəyininin nəzərə alındığını dilə gətirirsə, o zaman buyurub cavab versinlər. Həm də İK üzvü olan MK sədri Vaqif Sadıqovu eşitmək maraqlı olar. Ən azından Ulu Öndərin şərəfinə təşkil olunması planlaşdırılan Prezident Kuboku ideyasının reallaşmasına kimin əngəl törətdiyini açıqlasın.
 
6. Region Liqasının statusu, bu yarışın nə PFL, nə Həvəskarlar Federasiyası, nə də Regional Futbol Federasiyalarının bayrağı altında keçirilməməsinin səbəbləri maraqlıdı. Uşaq liqalarına rəhbərlik edən biri 7-dən 77-yə hamının oynaya bildiyi bir yarışın rəhbəri necə ola bilər? Ümumiyyətlə, Peşəkar Futbol Liqasının lazım olub-olmadığı da müzakirəyə çıxarılmalıdı. Artıq formal quruma çevrilmiş RFL bəlkə heç lazım deyil?
 
7. Divizionda oyunların nəticələrinin manipulyasiyası niyə unudulur? Yaxınlarda cəzalanmış 2 futbolçunun taleyi ilə bağlı məlumat verilməlidi. Eyni zamanda bu qədər söz-söhbəti “Ağsu”nun 2 futbolçusunu qurban verərək bağlamaq olarmı? Nəyə görə U-21 yığmamızın üzvlərinin adı ətrafında gəzən söz-söhbət müzakirəyə çıxarılmır? Axı, adları bəlli olan 5 futbolçu (biri legionerdi, qalanları yerli klubların üzvləridi – red.) Fransayla matçın nəticəsinə təsir etməkdə şübhəli bilinir, Lixtenşteynlə, Gürcüstanla matçların nəticələri şübhəlidi.
 
8. Divizion yarışlarının səviyyəsi də araşdırılmalıdı. Əvəzedicilərin çempionatının ləğvi bizə nə verdi? Divizionda səviyyə niyə qalxmadı?
 
9. Tovuz akademiyasında tikinti işlərinin gedişatı ilə bağlı məlumat lazımdı. Niyə tikinti işləri yubanır? Ümumiyyətlə, şəhər stadionu ətrafında akademiya yaratmaq nə dərəcədə məntiqlidi? Bir meydança ilə akademiya görüntüsü yaratmaqla kimi aldadırıq?
 
10. Avro-2020 ilə bağlı vəzifə yerinə yetirilməyib, futbol təsərrüfatı dağınıq vəziyyətdədi. Və bütün bunların günahkarı elə həm də İcraiyyə Komitəsidi. Bəlkə komitənin ölkədə gedən islahatlara uyğun olaraq özünü buraxması daha məntiqli olar? Bütün qərarlar İK-da verilirsə və nəticələr faiciəvidisə, dirənib qalmağın mənası nədi?
 
11. Gündəlikdə mütləq “Digər məsələlər” bəndi olmalıdı. Yəni gündəliyi tərtib edən katiblik müzakirələrin gedişində kiminsə məsələ qaldırmayacağına, təklif verməyəcəyinə bu qədər əmindi?
 
Cənab İcraiyyə Komitəsinin üzvləri, sizin gündəliyiniz bəllidi, bu da bizim əlavə təkliflərimizdi. Əlinizi ürəyinizin üstünə qoyaraq, vicdanınızın səsinə qulaq asaraq deyin: hansı ölkə futbolunun problemləri baxımından daha aktualdı. Hələ iclasa kimi bir neçə saatınız var. Yatmamış, sabah iclas başlayana kimi düşünün…
 
VÜSAL MAHMUDOV
 
P.S.: Davamı İK-nın iclasından sonra olacaq.

Arxiv

Dünya futbolu2021-04-23 01:59

“Barselona” da darmadağınla qalib gəldi

Dünya futbolu2021-04-23 00:55

“Lester Siti”dən darmadağın

Dünya futbolu2021-04-23 00:46

“Napoli” “Latsio”nu darmadağınla yola saldı

Dünya futbolu2021-04-22 23:20

“Başakşəhər” səfərdə qalib gəldi

Dünya futbolu2021-04-22 21:37

Premyer Liqanın tarixinə düşdü – “Tottenhem”in baş məşqçisi

Dünya futbolu2021-04-22 19:35

Avropa Super Liqasına qoşulan İtaliya klubları cəzalanacaq?

Digər2021-04-22 17:59

Azərbaycanda daha 2047 nəfər koronavirusa yoluxub

Dünya futbolu2021-04-22 17:35

Almaniya klubları karantinə alınacaq – AÇ-2020-yə görə

Premyer-liqa2021-04-22 16:17

Premyer Liqanın 24-cü turu rəqəmlərin gözü ilə

Dünya futbolu2021-04-22 15:54

Qədirzadəli “Samtrediya” 1/8 finala buraxılmadı

Dünya futbolu2021-04-22 15:35

Luis Suares sıraya döndü

Dünya futbolu2021-04-22 15:03

Benzema Ronaldonun rekordunu qırdı

Dünya futbolu2021-04-22 14:44

“Super Liqa layihəsinin öldüyünü düşünürsüzsə, yanılırsız” – Peres

Dünya futbolu2021-04-22 14:18

“Real” Modriçlə müqaviləni yenilədi

I Divizion2021-04-22 13:59

“Sabah”ın “Keşlə” ilə təxirə salınmış oyununun vaxtı açıqlandı

Ölkə kuboku2021-04-22 13:28

Azərbaycan Kuboku: Cavab oyunlarının vaxtı açıqlandı

AÇ-20202021-04-22 12:54

AÇ-2020: UEFA Bilbaonu siyahıdan sildi

Dünya futbolu2021-04-22 12:38

Bəybalayevli “Telavi” 1/8 finalda

Ölkə futbolu2021-04-22 12:21

Sezardan 100-cü oyun

Müsahibə2021-04-22 12:05

“Bizim günümüz deyildi” – Raysel “Qəbələ”də qalıb-qalmayacağını bilmir

Ölkə kuboku2021-04-21 23:41

“Sumqayıt”la “Qarabağ” ilk oyundan qolsuz ayrıldı – VİDEO

Ölkə kuboku2021-04-21 21:49

“Zirə” “Keşlə”ni səfərdə məğlub etdi – VİDEO

Ölkə futbolu2021-04-21 20:57

“Neftçi TV”də “Bir sevgi” – VİDEO

Ölkə futbolu2021-04-21 17:00

Fəhmin Muradbəyli ilə “Piramida” – VİDEO

Ölkə futbolu2021-04-21 11:47

“Neftçi”nin veteranı yubileyini qeyd edir – VİDEO

Premyer-liqa2021-04-17 22:59

“Neftçi”dən “Zirə”yə 4 cavabsız qol – VİDEO

Premyer-liqa2021-04-17 21:37

“Sabah” “Keşlə” ilə heç-heçəyə razılaşdı – VİDEO

Dünya futbolu2021-04-17 18:22

Millimizin üzvü dubla imza atdı – VİDEO

Ölkə futbolu2021-04-17 17:33

“Neftçi” “Zirə” ilə oyuna ciddi itki ilə çıxacaq

Premyer-liqa2021-04-16 21:17

“Qarabağ” “Səbail”lə heç-heçəyə razılaşdı – VİDEO

Ölkə futbolu2021-04-16 16:47

Topdan gülüş: Fəhmin Muradbəyli və Mirabdulla Abbasov

Ölkə futbolu2021-04-15 22:22

Samir Abasov azarkeşlərin suallarını cavablandırıb – VİDEO

Ölkə futbolu2021-04-15 20:59

“Neftçi” “Zirə” ilə oyuna hazırlaşır – VİDEO

Premyer-liqa2021-04-15 11:56

Statistika: “Neftçi” – “Zirə” – VİDEO

Milli komanda2021-04-15 11:11

Millimizdən Yunanıstana dörd cavabsız qol – VİDEO

Premyer-liqa2021-04-11 22:37

“Qarabağ” – “Sumqayıt” matçında 5 qol – VİDEO

Premyer-liqa2021-04-11 20:10

“Zirə”nin “Keşlə” ilə heç-heçəsi – VİDEO

Premyer-liqa2021-04-10 20:53

“Sabah”la “Səbail”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-04-10 19:14

“Qəbələ” – “Neftçi” matçında 4 qol – VİDEO

Milli komanda2021-04-09 10:01

Millimizin Slovakiya ilə heç-heçəsi – VİDEO

Gündəm