Connect with us

Layihə

İcraiyyə Komitəsinin verəcəyi qərarlar indidən bəllidi

AFFA rəhbərliyi mətbuatdan qaçmağı lazım bildi. Haqlı t?…

-də paylaşıldı

AFFA rəhbərliyi mətbuatdan qaçmağı lazım bildi. Haqlı tənqidlərdən qorxan, jurnalistlər qarşısına çıxarkən dili topuq vuran məmurlar boz binada daldalanmaq qərarına gəldi.
 
Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin (İK) iclası keçiriləcək. Bir sıra taleyüklü məsələlərin də həllini tapacağı tədbirdə əcaib qərarların qəbul olunması gözlənilir. Bu səbəbdən İK-nın iclasından sonrakı ənənəvi mətbuat konfransının ləğv edilməsi nəzərdə tutulub. Dünən qurum rəsmi saytı vasitəsi ilə hər hansı brifinq və ya mətbuat konfransının nəzərdə tutulmadığını açıqlamaqla media işçilərini AFFA-dan uzaq tutmağı lazım bildi.
 
Əslində, bu, qorxaqlığın nəticəsidi. AFFA-nın bütün fəaliyyəti fiaskodu və nəticələrə görə cavab vermək lazımdı. Baş katib son müsahibəsində kəskin suallar qarşısında aciz qalıb, vəziyyəti malalamaq üçün söz tapmır. İndi o, daha böyük jurnalist kütləsi qarşısında, “öncədən nizamlanmamış/razılaşdırılmamış” suallarla üz-üzə qalacağını bilir. Bu səbəbdən çıxış yolunu jurnalistləri tədbirin keçirildiyi məkandan qovmaqda görür.
 
Bugünkü tədbirdə qəbul ediləcək qərarların bəziləri indidən bizə məlumdu. Təbii ki, illərdi assosiasiyada qərarlar hansısa müzakirənin yekununda verilmir, əvvəlcədən katiblik səviyyəsində nizamlanır, sonra isə İK-da rəsmiləşdirilir. Bu dəfə də belə olacaq.
 
İcraiyyə Komitəsinin gündəliyi belədir:
1. Gəncə şəhər stadionunun ərazisində yeni, standart ölçülü (105×68 m.) süni örtüklü məşq meydanının inşasının başa çatması ilə bağlı məlumat
2. Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçiləri ilə əlaqədar müzakirə
3. Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin AÇ-2020-nin seçmə mərhələsi ilə bağlı hesabatı
4. Premyer Liqa klublarına uşaq futbolu üçün UEFA-dan ayrılmış maliyyə vəsaiti ilə bağlı hesabat
5. “Klubların lisenziyalaşdırması üzrə vəsait”in növbəti buraxılışı üçün əlavə və dəyişikliklərin müzakirəsi
6. AÇ-2020-nin Bakıda keçiriləcək oyunlarına hazırlıq prosesi ilə bağlı qısa məlumat
7. AFFA-nın “Feyr Pley” mükafatının təsis olunması və Əsasnaməsinin hazırlanması
8. “Azərbaycan Futbolunun Etik Kodeksi”nin hazırlanmasının müzakirəsi
9. AFFA-nın Futbol Veteranları Fondunun Əsanaməsinə uyğun olaraq müvafiq şəxslərə təqaüdün ayrılmasının müzakirəsi
10. “Elit Məşq” kitabı ilə bağlı məlumat
11. AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərin hazırlanması
12. “Qəbələ” Futbol Klubu ilə bağlı müzakirə
13. AFFA-nın növbəti Konfransının tarixinin müəyyənləşdirilməsi
 
Bəndlərə növbəti dəfə toxunmaq istəmirik. Bu barədə silsilə yazılarımız olub, qərarlar rəsmiləşəndən sonra yenidən mövzuya qayıdacağıq. Hazırda daxildə savaş gedir və heç kimi futbol düşündürmür, hamı özünü qorumaqla məşğuldu, faciəvi nəticələri başqasının boynuna yıxmağa, kənarda günahkar axtarmağa çalışırlar. Vəziyyət o həddə çatıb ki, artıq brifinqlər ləğv edilir, saray davasında əzələ nümayiş olunur. Hazırkı rəhbərlik indiyə qədər etdiklərinin fərqindədilər və bir çox məsələlərdə ən son variantlara əl atırlar.
 
Futbolu özləri bu vəziyyətə gətirib, indi də qurban axtarırlar. Dünən belə birisini tapıb, bir cəbhə digərinə siqnal verdi. Mübarizə artıq başqa “level”dədi. Hamı bilir ki, 12 il ərzində o qədər səriştəsiz davranıb, o qədər cinayət əməlləri törədiblər ki, postların itirilməsi özlərini də Cəmşid Məhərrəmovun yanına göndərəcək. Bu səbəbdən maksimum vaxt qazanmaq, növbəti yalançı vədlərlə dövran dəyişmək istəyirlər.
 
Qərarlara gəlincə, əldə etdiyimiz məlumata görə, Samir Əliyev U-19-un, Milan Obradoviç U-21-in baş məşqçi postunda qalacaq, Miloş Velebitsə U-17-ə təyinat alacaq. Nikola Yurçeviç əsas millimizdən uzaqlaşdırılacaq, onun yerinə namizəd axtarışına start veriləcək.
 
Əsas məsələlərdən biri “AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərin hazırlanması”dı. Katiblik qarşıdakı Konfrans üçün ciddi plan qurub. Belə ki, hamının istefa verəcəyini gözlədiyi, tələb etdiyi baş katibin tezliklə səlahiyyətləri daha da artırılacaq. Bunun necə reallaşacağını qərarlar açıqlanandan sonra biləcəyik. Lakin ola bilər ki, müzakirələr aparılsın, amma plan Konfrans zamanı üzə çıxsın.
 
“Qəbələ” klubu ilə bağlı müzakirələrin nə ilə nəticələnəcəyi də bəllidi. “Gilan Holdinq”in imtina etdiyi klub yanvarın 1-dən AFFA-nın tabeliyinə keçəcək. Kluba mövsümü başa vurmaq üçün yarım milyon manat SOCAR tərəfindən ayrılacaq. Daha bir şirkətin “qırmızı-qaralar”a “təhkim edilməsi” mümkündü. Vaxtilə federasiyada çalışmış Elxan Səmədov isə “Qəbələ” rəhbərliyində yer alacaq və maliyyəyə nəzarət edəcək. Yayda klubla bağlı yeni qərar veriləcək, maliyyə payı müzakirə ediləcək.
 
Lakin İK-nın iclası sakitliklə də ötüşməyəcək. Artıq qurum daxilində bəzi adamların mövcud vəziyyətdən narazı olması, baş katibin hegemonluğuna qarşı çıxmaq istədiyi deyilir. Problemlərin ictimaiyyətdə ciddi narazılıq doğurması narahatlıq yaradıb və AFFA-nın binasında baş tutan iclaslarda ilk dəfə mətbuat konfransına ehtiyac duyulmaması da bunu göstərir.
 
AĞA

Arxiv

Ölkə futbolu2021-01-19 18:30

Samir Əliyevlə “Unudulmaz xatirələr” – VİDEO

Dünya futbolu2021-01-19 18:01

“Ayntraxt”dan “Maynts”a

Ölkə futbolu2021-01-19 17:40

“Qarabağ”dan Nurlan İbrahimovun istefasına münasibət

Ölkə futbolu2021-01-19 17:20

Azərbaycanda bütün matçlar Dövlət Himni ilə başlayacaq

Dünya futbolu2021-01-19 17:00

“Benfika”da koronavirus şoku – 17 yoluxma

Ölkə futbolu2021-01-19 16:45

Nurlan İbrahimov “Qarabağ”dan ayrıldı

Milli komanda2021-01-19 16:30

Millimizin baş məşqçisi koronavirusdan sağaldı, Bakıya gəlir

Dünya futbolu2021-01-19 16:16

Millimizin futbolçusu bəraət aldı

Dünya futbolu2021-01-19 16:00

Mandzukiç rəsmən “Milan”da!

Ölkə futbolu2021-01-19 15:43

“Zirə” yeni transferini rəsmən açıqladı

Dünya futbolu2021-01-19 15:20

“Bavariya”nın futbolçusu “Real”la razılığa gəldi

Dünya futbolu2021-01-19 15:00

İtaliya klubunda yeni baş məşqçi

Dünya futbolu2021-01-19 14:40

Kramarenko ÇSKA-ya keçidindən danışdı

Dünya futbolu2021-01-19 14:20

“Lill”in türk hücumçusu sıradan çıxdı

Ölkə futbolu2021-01-19 14:00

“Bakıda da hörmətim var” – “Neftçi”nin legioneri

Digər2021-01-19 13:41

Füzulinin Şəkərcik kəndi – VİDEO

Ölkə futbolu2021-01-19 13:20

AFFA-da Mahal Məmmədovla görüş keçirildi

Ölkə futbolu2021-01-19 13:00

UEFA-dan “Qarabağ” üçün bonus vəsait

Milli komanda2021-01-19 12:45

De Byazidən Polşa iddialarına cavab

Dünya futbolu2021-01-19 12:30

“Roma”nın futbolçusu koronavirusa yoluxdu

Ölkə futbolu2021-01-17 13:36

“Neftçi” PFK-nın bədən testi – VİDEO

Ölkə futbolu2021-01-14 23:54

“Sabah”a qələbə üçün bir qol bəs etdi – VİDEO

Ölkə futbolu2021-01-14 22:47

“Neftçi” – “Keşlə” oyununda 7 qol – VİDEO

Ölkə futbolu2021-01-14 20:17

Samir Abasov: “Bu gün sevindirici məqamlar daha çox idi” – VİDEO

Ölkə futbolu2021-01-14 13:45

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə futbolu2021-01-13 15:46

Hazırlığın 10-cu günü “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-01-12 17:01

“Neftçi”nin legioneri toplanışı dəyərləndirdi – VİDEO

Ölkə futbolu2021-01-11 01:25

“Sumqayıt” – “Zirə” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-01-10 19:40

“Neftçi” “Kəpəz”i məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-01-10 19:34

Samir Abasov: “Həm razı, həm də narazı salan məqamlar oldu”

Ölkə futbolu2021-01-10 13:18

“Neftçi”də “Sağlamlıq durumu” açıqlandı – VİDEO

Ölkə futbolu2021-01-09 18:47

“Çempion olmaq istəyirik” – VİDEO

Ölkə futbolu2021-01-07 22:29

“Günün 20 saatını hücumçu məsələsinə həsr edirik” – VİDEO

Ölkə futbolu2021-01-07 20:37

“Keçmişə baxmıram, yalnız gələcək haqda düşünürəm” – VİDEO

Ölkə futbolu2021-01-07 17:21

Aqil Məmmədovla “Piramida” – VİDEO

Ölkə futbolu2021-01-07 16:22

“Futbolçuların gəlməsi ilə bağlı heç bir problem yoxdur” – VİDEO

Ölkə futbolu2021-01-07 12:00

“Ailəmin yanında olmağım çox yaxşı oldu” – VİDEO

Ölkə futbolu2021-01-05 20:27

Aqil Məmmədov: “Çalışırıq ki, növbəti oyunlara tam hazır olaq”

Ölkə futbolu2021-01-05 19:40

“Hazırlıqda bəzi dəyişikliklər etmək istəyirəm” – Etibar Tarıverdiyev

Ölkə futbolu2021-01-04 21:09

Aqil Məmmədovla “Piramida”

Gündəm

WeCreativez WhatsApp Support
Futbol info ilə birbaşa əlaqə qurun
Salam, sizə necə kömək edə bilərik?