Connect with us

Layihə

Nizamnamə dəyişikliyi: Məmmədovun Musayev planı

AFFA İcraiyyə Komitəsinin 13 dekabr iclasının bəzi detalları za…

-də paylaşıldı

AFFA İcraiyyə Komitəsinin 13 dekabr iclasının bəzi detalları zamanla bəlli olur. Qurum üzvlərinin sirr saxladığı niyyət çox böyükdü.
 
Əslində, İK üzvlərinin əksəriyyəti konkret nə baş verdiyindən xəbərsizdi. Planın müəllifi də, ssenarini cızan da baş katib Elxan Məmmədovdu. Nizamnaməyə dəyişikliklər və əlavələr edilməsi sırf onun təşəbbüsüdü.
 
Ötən həftəki iclasda bu məsələ həllini tapmalı və yanvarın 8-dəki növbəti konfransda təsdiqlənməli idi. Amma AFFA prezidenti Rövnəq Abdullayev təşəbbüsə isti yanaşmayıb, dəyişikliklərin nədən ibarət olduğunu görən kimi gündəliyin bu bəndinin sonraya saxlanmasını lazım bilib. Onun əsəbləşməsi üzündən iclas da planlaşdırıldığından erkən başa çatıb, müzakirəsi nəzərdə tutulan 13 məsələnin əksəriyyətinə baxılmayıb.
 
Katiblik əlavə və dəyişikliklərə növbəti dəfə əl gəzdirəcək və İK-nın yanvarın 8-də, Konfransdan əvvələ planlaşdırılan növbəti iclasında baxılacaq. Təsdiqləndikdən sonra rəsmiləşməsi üçün Konfransda müzakirə ediləcək. Yəqin ki, ovaxtadək hansısa təzyiq vasitələri işə salınacaq.
 
İş ondadı ki, Məmmədov İK üzvlərinin sayını 11-dən 13-ə qaldırmaq niyyətindədi. Burada məqsəd narazı və AFFA-dakı dəyişikliklərdə maraqlı qüvvələri qismən razı salmaqdı. Belə ki, klublara daha bir yer verilməsi nəzərdə tutulub. Hazırda “Qarabağ” (Qurban Qurbanov), “Neftçi” (Elşad Nəsirov), “Sumqayıt” (Vaqif Sadıqov) və “Keşlə” (Zaur Axundov) İK-da təmsil olunur. Düzdü, Rauf Əliyev artıq mövcud olmayan AZAL xətti ilə seçilib, Axundov isə Sahə Futbol Federasiyasının namizədidi, Zaur bəy “Keşlə”nin Müşahidə Şurasının sədri olduğundan onu həm klubun, həm də paralel rəhbərlik etdiyi Futzal Federasiyasının nümayəndəsi saymalıyıq.
 
“Qəbələ”nin taleyi naməlumdu, “Səbail”in belə bir iddiası yoxdu. Əvəzində “Sabah” və “Zirə”ni razı salmaq lazımdı. Birincilər Firudin Qurbanovla təmsil olunur. Düzdü, bu şəxs Təhsil Nazirliyi xəttiylə gəlib, Azərbaycan Futbol Hakimləri Birliyinin nümayəndəsidi, amma hər halda, “Sabah”ın Müşahidə Şurasındadı. Deməli, məsələ yalnız “Zirə”ylə bağlıdı.
 
Digər üzv isə Elxan bəyin seçdiyi kadr olacaq. Oyunçuların Statusu və Transfer Komitəsinin sədri Nailə Rüstəm-zadə futbol təsərrüfatında hər hansı söz sahibi olmasa da, məhz bu məqamda lazımlı kadra çevrilib. Baş katib onu qadın futbolu xətti ilə komitəyə qatmaq niyyətindədi.
 
 
Təbii ki, sayın 11, yoxsa 13 olmasının ciddi önəmi yoxdu. Amma burada məqsəd var. Əvvəla, narazı qüvvələrdən birinin assosiasiyaya yolu açılır, baş katib həm gələcəkdəki mümkün dəyişikliklərdə payının olmasını sərgiləyir, həm də imkan daxilində baş aldatmağa çalışır, kəsəsi, ikili oynayır. İkincisi, daha bir adamını İK-ya gətirməklə qüvvələr balansını tənzimləyir. Çünki…
 
Məmmədov gözəl anlayır ki, İK-dakı veteran futbolçuların heç biri, eləcə də vitse-prezident Rauf Əliyev ona səmimi dost deyil, sabah hansısa təzyiqlər qarşısında cəbhə dəyişə bilərlər. Bu səbəbdən say üstünlüyünü mümkün “qiyamçılar”a vermək istəmir. Nizamnamədə dəyişiklik təklifləri arasında ikinci plan da bunu sübut edir. Belə ki, hazırkı Nizamnamənin 39-cu maddəsinin 1-ci bəndində qeyd olunur ki, İcraiyyə Komitəsi öz üzvlərinin 6-sının və ya daha artıq hissəsinin iştirak etmədiyi halda hüquqi qüvvəsi olan müzakirələr apara bilməz. Elxan bəy bu həddi 2/3-yə çatdırmaq istəyir və bu məqsədlidi.
 
Xatırladaq ki, Fuad Musayevin dönəmində İK-da belə bir hal olmuşdu. AFFA-nın ilk prezidenti hakimiyyətini qorumaq üçün Nizamnamədə eynilə belə dəyişiklik etmişdi. Lakin o vaxt komitə üzvlərinin əksəriyyəti əks cəbhəyə keçmiş və cəmi 2 tərəfdarı ilə qalan Musayev uduzmuşdu. Ona görə Elxan bəy qurumda etibarlı tərəfdarlarının sayını maksimum artırmaq istəyir. Və bu plan AFFA prezidentini yox, özünü qorumağa hesablanıb.
 
Bu dəyişikliklər reallaşmasa, üzvlər arasında dəyişiklik olacaq. Elxan bəyin B planına görə, Kazbek Tuayevin yola salınması mümkündü. 79 yaşlı veteran təqaüd həddini çoxdan keçib və ölkədə aparılan islahatlara uyğun olaraq, kənara atılması üçün səbəb var. Onun daha gənc biri ilə (məsələn, “Zirə”nin nümayəndəsi) əvəzlənməsi realdı.
 
FƏRİD

Arxiv

Dünya futbolu2021-04-23 01:59

“Barselona” da darmadağınla qalib gəldi

Dünya futbolu2021-04-23 00:55

“Lester Siti”dən darmadağın

Dünya futbolu2021-04-23 00:46

“Napoli” “Latsio”nu darmadağınla yola saldı

Dünya futbolu2021-04-22 23:20

“Başakşəhər” səfərdə qalib gəldi

Dünya futbolu2021-04-22 21:37

Premyer Liqanın tarixinə düşdü – “Tottenhem”in baş məşqçisi

Dünya futbolu2021-04-22 19:35

Avropa Super Liqasına qoşulan İtaliya klubları cəzalanacaq?

Digər2021-04-22 17:59

Azərbaycanda daha 2047 nəfər koronavirusa yoluxub

Dünya futbolu2021-04-22 17:35

Almaniya klubları karantinə alınacaq – AÇ-2020-yə görə

Premyer-liqa2021-04-22 16:17

Premyer Liqanın 24-cü turu rəqəmlərin gözü ilə

Dünya futbolu2021-04-22 15:54

Qədirzadəli “Samtrediya” 1/8 finala buraxılmadı

Dünya futbolu2021-04-22 15:35

Luis Suares sıraya döndü

Dünya futbolu2021-04-22 15:03

Benzema Ronaldonun rekordunu qırdı

Dünya futbolu2021-04-22 14:44

“Super Liqa layihəsinin öldüyünü düşünürsüzsə, yanılırsız” – Peres

Dünya futbolu2021-04-22 14:18

“Real” Modriçlə müqaviləni yenilədi

I Divizion2021-04-22 13:59

“Sabah”ın “Keşlə” ilə təxirə salınmış oyununun vaxtı açıqlandı

Ölkə kuboku2021-04-22 13:28

Azərbaycan Kuboku: Cavab oyunlarının vaxtı açıqlandı

AÇ-20202021-04-22 12:54

AÇ-2020: UEFA Bilbaonu siyahıdan sildi

Dünya futbolu2021-04-22 12:38

Bəybalayevli “Telavi” 1/8 finalda

Ölkə futbolu2021-04-22 12:21

Sezardan 100-cü oyun

Müsahibə2021-04-22 12:05

“Bizim günümüz deyildi” – Raysel “Qəbələ”də qalıb-qalmayacağını bilmir

Ölkə kuboku2021-04-21 23:41

“Sumqayıt”la “Qarabağ” ilk oyundan qolsuz ayrıldı – VİDEO

Ölkə kuboku2021-04-21 21:49

“Zirə” “Keşlə”ni səfərdə məğlub etdi – VİDEO

Ölkə futbolu2021-04-21 20:57

“Neftçi TV”də “Bir sevgi” – VİDEO

Ölkə futbolu2021-04-21 17:00

Fəhmin Muradbəyli ilə “Piramida” – VİDEO

Ölkə futbolu2021-04-21 11:47

“Neftçi”nin veteranı yubileyini qeyd edir – VİDEO

Premyer-liqa2021-04-17 22:59

“Neftçi”dən “Zirə”yə 4 cavabsız qol – VİDEO

Premyer-liqa2021-04-17 21:37

“Sabah” “Keşlə” ilə heç-heçəyə razılaşdı – VİDEO

Dünya futbolu2021-04-17 18:22

Millimizin üzvü dubla imza atdı – VİDEO

Ölkə futbolu2021-04-17 17:33

“Neftçi” “Zirə” ilə oyuna ciddi itki ilə çıxacaq

Premyer-liqa2021-04-16 21:17

“Qarabağ” “Səbail”lə heç-heçəyə razılaşdı – VİDEO

Ölkə futbolu2021-04-16 16:47

Topdan gülüş: Fəhmin Muradbəyli və Mirabdulla Abbasov

Ölkə futbolu2021-04-15 22:22

Samir Abasov azarkeşlərin suallarını cavablandırıb – VİDEO

Ölkə futbolu2021-04-15 20:59

“Neftçi” “Zirə” ilə oyuna hazırlaşır – VİDEO

Premyer-liqa2021-04-15 11:56

Statistika: “Neftçi” – “Zirə” – VİDEO

Milli komanda2021-04-15 11:11

Millimizdən Yunanıstana dörd cavabsız qol – VİDEO

Premyer-liqa2021-04-11 22:37

“Qarabağ” – “Sumqayıt” matçında 5 qol – VİDEO

Premyer-liqa2021-04-11 20:10

“Zirə”nin “Keşlə” ilə heç-heçəsi – VİDEO

Premyer-liqa2021-04-10 20:53

“Sabah”la “Səbail”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-04-10 19:14

“Qəbələ” – “Neftçi” matçında 4 qol – VİDEO

Milli komanda2021-04-09 10:01

Millimizin Slovakiya ilə heç-heçəsi – VİDEO

Gündəm