Layihə
Yeni AFFA rəhbərliyi yayda seçiləcək
AFFA-nın Növbəti Hesabat-Seçki konfransı yaya qalacaq. …

AFFA-nın Növbəti Hesabat-Seçki konfransı yaya qalacaq. İlin ilk 3 ayı ərzində reallaşması lazım olan tədbir Avro-2020-nin final mərhələsinin Bakıda keçiriləcək 4 oyununa görə təxirə salınacaq.
Əslində, bu barədə ehtimalı hələ xeyli öncədən yazmışdıq. İndi isə etibarlı mənbədən aldığımız xəbər tam dəqiqdi. Ölkə futbolunun durumu həm dövlət rəhbərliyi, həm də ictimaiyyət tərəfindən birmənalı qarşılanır, hamı narazıdı. Və ölkədə futbol siyasətini müəyyənləşdirən qurum kimi AFFA qınaq obyektidi.
Assosiasiyada ciddi islahatlara, dəyişikliyə ehtiyac var. Lakin Avro-2020-nin oyunlarına görə radikal addımlar atmaq olmur. İndi seçki keçirilsə və dəyişiklik olsa, bu, qitə çempionatının təşkilatçılığında problemlər yarada bilər, indiki rəhbərliyin yenidən seçilməsi isə ölkə futbolu adına fəsadlar yaradacaq. Bu səbəbdən məsələlərin aydınlaşması üçün final mərhələsinin oyunlarından sonra seçki keçirmək qərarı verilib.
AFFA rəhbərliyi yaxınlarda İcraiyyə Komitəsinin iclasını keçirdi və yanvarın 8-ə növbəti Konfransı təyin etdi. Həmin tədbirdə Nizamnamədə müəyyən dəyişikliklər etmək və fevralın əvvəlinə Hesabat-Seşki Konfransı təyin etmək planlaşdırılırdı. Lakin ümumi narazılığa biganə qalmayan “yuxarılar” buna qarşı çıxıb. Ona görə də yanvarda seçkilərin yaya qalması haqda qərar qəbul olunacaq.
- Ölkə futbolu17 saat əvvəl
Qurbanovun üsyanı – zamanında deyilməyən söz…
- Müsahibə16 saat əvvəl
“Bizim günümüz deyildi” – Raysel “Qəbələ”də qalıb-qalmayacağını bilmir
- Ölkə futbolu19 saat əvvəl
“Keşlə”ni hakimlər də xilas edə bilmədi
- Ölkə kuboku15 saat əvvəl
Azərbaycan Kuboku: Cavab oyunlarının vaxtı açıqlandı