Connect with us

Layihə

Rəfiyev qırmızılığı kimdən öyrəndi?

Yaxşı tələbədi, Riad Rəfiyevi ancaq alqışlamaq lazımdı. Qır…

-də paylaşıldı

Yaxşı tələbədi, Riad Rəfiyevi ancaq alqışlamaq lazımdı. Qırmızılığı müəllimi Elxan Məmmədovdan öyrənib. Yalanı o qədər ustalıqla danışır ki, inanmaq istəyirsən. Hələ baş katib kimi çətinə düşəndə jurnalistləri qınamağı da kopyalayıb.
 
“Sumqayıt”ın prezidenti dünən “İdman” TV-yə müsahibəsində həqiqətlərin təkzibiylə məşğul oldu. “…artıq ətdi” məsəlini çəkmək istəmirəm, amma onun kimi bir şeydi. Rəfiyev israrla menecerliklə məşğul olmadığını, milli komandanın məşqçiləri ilə danışıq aparmadığını deyir. Yalansa…
 
Bəli, işi ustalıqla qurublar. Adı və dadı başqa adamlarındı. Danışıqlar aparılır, rəsmiləşmə zamanı sənədə başqa imzalar atılır. Amma faiz, menecer haqqı Riad bəyə çatır. Bunu ya sahibi olduğu “3R”-lə edirlər, ya da başqa bir vasitə ilə. Miloş Velebit, Nikola Yurçeviç, Milan Obradoviç – müxtəlif mililərimizin son əcnəbi məşqçiləri məhz Riadın tapıntılarıdı. Nəvaxtsa onların etiraflarını eşidəcəyik. Hətta indi AFFA-da rəsmi müqavilələri açıqlamaq mümkün olsa, oradan Rəfiyevin xeyli imzası tapılar.
 
Himayədarları şərait yaradıb, milyonlar qazanır, qazandırır, iş reallığa gələndə isə “mənlik deyil” deyir. Milli komandalarda oynayan futbolçulardan aldığı faizlər, ala bilməyəndə Pavel Paşayevin gününü qara etməsi, hətta yığmaya dəvət almayacağı ilə hədələməsi arxivimizdə yatan materiallardı, nəvaxtsa hamı oxuyacaq.
 
“Bəzi jurnalistlər” deyib, tənqidçilərini ləkələməyə cəhd edən Rəfiyevin AFFA-nın müdafiəçisi rolunda görünməsi də maraqlıdı. Şükürlər olsun, biz həmin siyahıda ola bilmərik, çünki nəinki hansısa işbirliyimiz, xahişimiz yoxdu, hətta haqqımız olan səfərlərdən imtina etmişik adamlarıq. Deyək ki, həqiqətən “bəziləri” şəxsi ədavət aparıb, bəs, haqlı tənqid edənlər? Riad bəy nədənsə sualın bu hissəsindən yayınıb, iz itirməyə çalışır. Halbuki qaçmaq yox, cavab vermək lazım idi.
 
Rəfiyevin faydasız milliləşənlərlə bağlı dedikləri də maraqlıdı. Digər klublarda da belə oyunçuların olduğunu, amma “Sumqayıt”ın adının daha çox hallandığını dilə gətirir. Ona görə ki, təkcə sizin klubda 7 belə oyunçu var, digərlərinin isə cəmində o qədərdi. Sumqayıtlıların adını hıqqana-hıqqana çəkirsiz, əsas heyətdə debüt edənlərin sayını 4-ə çatdıra bilmirsiz, ancaq vaxtilə milli komandamızın start heyətində azı 4-5 sumqayıtlı oynayırdı.
 
Danışmayın, danışdıqca batırırsız, 10 ildi yeyib-dağıtmısız, ölkədə futbol adına heç nə qalmayıb. İndi bunların hesabatını vermək, cəhənnəm olub getmək lazımdı. Amma o qədər zibiliniz var ki, yerinizə gələnlərin paxırlarını açacağını bildiyinizdən, küllüyünüzdən qalxmaq istəmirsiz, həmçinin havayı gələn yüzminlərdən doymursuz, müqavimət göstərirsiz, başqalarını ləkələməyə çalışırsız. Bu gün yalan danışa bilərsiz, lakin ictimaiyyət artıq kim olduğunuzu bilir, heç birinizə – nə sənə, nə də digər dəstə üzvlərinizə inanmır.
 
Hə, ola bilsin Rəfiyevə yalnız baş katibin inanması bəs edir. Elədisə, Zamiqin “O mənə inanır” mahnısını zümzümə etsin. Biz ona eyni müğənninin repertuarından başqa musiqi sifariş edəcəyik: “Gör nələr olur”…
 
FƏRİD
Reklam

Arxiv

Ölkə futbolu2020-11-28 20:38

“Neftçi”də koronavirusa yoluxan 5-ci futbolçu

Dünya futbolu2020-11-28 20:24

Nazarovun komandası səfərdə darmadağına sevindi

Ölkə futbolu2020-11-28 20:12

“Qarabağ” “İmarət”də – VİDEO

Dünya futbolu2020-11-28 19:52

Belarusda çempion bəlli oldu

Digər2020-11-28 19:21

Kəlbəcərin işğaldan azad olunan Vəng kəndi – VİDEO

Ölkə futbolu2020-11-28 18:58

“Araz” ÇL-də mübarizəni erkən dayandırdı

Premyer-liqa2020-11-28 18:25

“Neftçi” – “Zirə” matçında heç-heçə – VİDEO

Digər2020-11-28 18:13

Baş Prokurorluq və DİN-dən əhaliyə xəbərdarlıq

Premyer-liqa2020-11-28 18:06

Samir Abasov: “Qələbə üçün hər şeyi etdik”

Premyer-liqa2020-11-28 17:59

Rəşad Sadıqov: “Hər iki komanda müdafiədə yaxşı oynadı”

Premyer-liqa2020-11-28 17:49

“Neftçi” ilə “Zirə”dən heç-heçə

Digər2020-11-28 17:33

Azərbaycanda daha 4212 nəfər koronavirusa yoluxdu

Ölkə futbolu2020-11-28 17:26

“Neftçi”nin daha bir futbolçusunda koronavirus aşkarlandı

Dünya futbolu2020-11-28 16:56

Çempionlar Liqasını qazandılar – 9-cu dəfə

Ölkə futbolu2020-11-28 16:03

“Qarabağ”ın futbolçuları Ağdamdakı Cümə məscidində

Dünya futbolu2020-11-28 15:40

“Atletiko”da Dieqo Kosta şoku

Dünya futbolu2020-11-28 15:00

Qvardiola yeni futbolçu istəmir

Ölkə futbolu2020-11-28 14:44

Aftandil Hacıyev: “Özünü yaxşı hiss etməyən futbolçularımız var”

Dünya futbolu2020-11-28 14:21

Pike prezident olmaq istəyir

Ölkə futbolu2020-11-28 13:53

“Fənərbaxça”dan şəhidimizlə bağlı paylaşım

Premyer-liqa2020-11-22 18:38

“Zirə” – “Keşlə” matçında 4 qol – VİDEO

Premyer-liqa2020-11-22 17:12

“Qəbələ” – “Neftçi” matçında 5 qol – VİDEO

Ölkə futbolu2020-11-22 12:29

Əsgərlərimiz Qubadlıda futbol oynadı – VİDEO

Müsahibə2020-11-21 21:59

Kamran Quliyev: “Neftçi”nin daşı çox ağırdır” – VİDEO

Digər2020-11-20 20:00

Azərbaycan Ordusu Ağdama bayrağımızı sancdı – VİDEO

Ölkə futbolu2020-11-20 12:00

Kamran Quliyev: “Buna faciədən başqa bir ad qoymaq mümkün deyil” – VİDEO

Premyer-liqa2020-11-19 19:29

Promo: “Qəbələ” – “Neftçi” – VİDEO

Premyer-liqa2020-11-18 19:09

“Qəbələ” – “Neftçi”: Statisika – VİDEO

Ölkə futbolu2020-11-17 17:00

“Neftçi”nin “Piramida”sı – VİDEO

Ölkə futbolu2020-11-11 21:01

“Neftçi”nin yeni baş məşqçisi “Həmsöhbət”də – VİDEO

Premyer-liqa2020-11-08 18:14

“Neftçi” – “Qarabağ” 0:6 – VİDEO

Dünya futbolu2020-11-06 01:35

“Qarabağ”ın rəqiblərinin oyununa fırtına əngəli – VİDEO

Premyer-liqa2020-11-01 18:47

“Qarabağ” – “Keşlə” matçında 7 qol – VİDEO

Premyer-liqa2020-10-31 18:28

“Zirə”dən “Səbail”lə heç-heçə – VİDEO

Premyer-liqa2020-10-31 16:57

“Qəbələ”dən mövsümün ilk qələbəsi – VİDEO

Premyer-liqa2020-10-17 19:04

“Qarabağ” 3 xalı 3 qolla qazandı – VİDEO

Ölkə futbolu2020-10-16 10:46

“Neftçi”yə əlimdən gələnin ən yaxşısını etmək üçün gəlmişəm” – VİDEO

Digər2020-10-03 23:07

İşğaldan azad edilmiş ərazilərimizdən yeni görüntülər – VİDEO

Premyer-liqa2020-10-03 18:47

“Zirə” “Neftçi”ni məğlub yola saldı – VİDEO

Digər2020-10-01 16:33

Ordumuzun işğaldan azad etdiyi ərazilərdən görüntü – VİDEO

Gündəm

WeCreativez WhatsApp Support
Futbol info ilə birbaşa əlaqə qurun
Salam, sizə necə kömək edə bilərik?