UEFA Millətlər Liqasında Video Köməkçi Hakim (VAR) sistemindən istifadə olunacaq.
Futbolinfo.az xəbər verir ki, VAR sistemindən turnirdə ilk dəfə yarımfinal mərhələsində istifadə olunacaq. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Millətlər Liqasının yarımfinal mərhələsində İngiltərə, Portuqaliya, Hollandiya və İsveçrə yığmaları mübarizə aparır. Yarımfinalın ilk oyununda Portuqaliya ilə İsveçrə qarşılaşacaq. Matç iyunun 5-də keçiriləcək.