“Zirə”nin baş məşqçisi Samir Abasov bu gün “Qəbələ”yə qarşı keçirdikləri yoxlaa oyununu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan oyundan sonra bunları bildirib:

“Komanda gözlədiyimizdən də yaxşı vəziyyətdədi. Təkcə bu oyuna görə yox, ümumiyyətlə, hazırlığın geridə qalan müddətinə əsasən deyirəm. Sanki onlar üçün mövsüm bitməyib. Meydanda çox hərəkətli idilər. Bu, hələ ilk oyunumuz idi. Qarşıdakı görüşlərdə rotasiya da edəcəyik. Bolu toplanışında da çalışacağıq ki, komanda tam istədiyimiz vəziyyətdə olsun”.

Shares: