“Neftçi”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Speranta”nın prezidenti Petru Efros və komandanın baş məşqçisi Kristian Efros şansları dəyərləndirib.

Futbolinfo.az Moldova mətbuatına istinadən xəbər verir ki, P.Efros maraqlı açıqlaması ilə diqqət çəkib. O, bildirib ki, cütün taleyini baş məşqçilər həll edəcək:

“Başa düşmürəm, niyə “Neftçi”ni favorit sayırlar. Onlar neft satırlar, biz isə pomidor. Burada heç bir problem görmürəm. Şanslar bərabərdi. Hər şey Kristian və Bordindən asılıdı. Bordinin sərəncamında güclü futbolçular ola bilər. Amma düşünürəm ki, onlar ən yaxşı deyillər”.

“Speranta”nın çalışdırıcısı K.Efros isə üstünlüyün öz tərəflərində olduğunu söyləyib: “Hazırda onların çempionatında fasilədir. Ona görə də rəqibi analiz etmək mənim üçün çətindi. Yoxlama matçlarında gördüklərimə əsasən deyə bilərəm ki, sürətli cinah oyunçularının hesabına hücum futbolu oynamağa çalışacaqlar. Bizim üstünlüyümüz odu ki, Moldova çempionatında hər həftə oyun keçiririk”. (qol.az)

Qeyd edək ki, "Neftçi" ilə "Speranta" arasında ilk oyun iyulun 11-də "Zimbru" stadionunda keçiriləcək. Cavab matçı isə 1 həftə sonra Bakıda olacaq. Hər iki görüş Bakı vaxtı ilə 21:00-da başlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp