Türkiyə çempionu “Qalatasaray” baş məşqçisi Fatih Terimlə müqavilənin müddətini uzatdığını rəsmən açıqlayıb. 

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Təcrübəli mütəxəssislə 2+3 illik müqavilə imzalanıb. 65 yaşlı məşqçi qarşıdakı iki mövsümdə ilinə 18 milyon lirə məvacib alacaq.

Yeri gəlmişkən, "Qalatarasaray" kapitanı Səlçuk İnanla da 1 illik yeni müqavilə imzalayıb. 34 yaşlı yarımmüdafiəçi 2019/20 mövsümündə də İstanbul təmsilçisində oynayacaq. Onun növbəti mövsüm üçün 4 milyon türk lirəsi maaş alacağı bildirilib.

Xatırladaq ki, Səlçuk İnan 2011-ci ildən "Qalatasaray"da çıxış edir. Fatih Terim isə 2017-ci ildə 4-cü dəfə İstanbul təmsilçisinin baş məşqçisi təyin olunub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp