İtaliyanın “Parma” klubu baş məşqçisi Roberto Daversa ilə müqavilənin müddətini uzadıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Yeni anlaşmaya əsasən, 44 yaşlı italiyalı mütəxəssis qarşıdakı üç ildə də bu komandanı çalışdıracaq.

Daversa 2016-cı ildən “Parma”ya rəhbərlik edir. Komanda onun rəhbərliyi altında geridə qalan mövsümdə A Seriyasını 20 kollektiv arasında 14-cü pillədə başa vurub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp