Türkiyənin “Başakşəhər” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi İspaniyanın “Luqo” klubundan mərkəz müdafiəçisi Migel Vyeyranı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı portuqaliyalı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Vyeyra 2018-ci ildən “Luqo”da çıxış edirdi. Onun əvvəlki karyerası öz vətəni ilə bağlıdı. Belə ki, müdafiəçi “Vila Mea”, “Espinyo”, “Aveş” və “Pasuş de Ferreyra” klublarının uğurları üçün çalışıb.

Shares: