"Loqistika baxımından, özümüz və azarkeşlərimiz üçün yaxşı qrupa düşmüşük. İki oyunumuzu Bakıda keçirdikdən sonra Romaya yollanacağıq" – bunları Uels millisinin baş məşqçisi Rayan Giqqz deyib.
O, Avro-2020-nin A qrupunun püşkü barədə danışıb və qrupu dəyərləndirib: "İsveçrə millisi istedadlı komandadır. Türkiyə seçmə mərhələdə Fransa və İslandiya ilə eyni qrupdan çıxmağı bacarıb, yaxşı formadadır. İtaliya isə sözsüz ki, fantastik komandadır. Ümidvaram ki, onlar ardıcıl iki qələbə qazanaraq, növbəti mərhələni təmin edəcəklər və bizimlə qrupdakı son oyunda ehtiyat qüvvədən yararlanacaqlar".
Qeyd edək ki, Uels yığması iyunun 13-də İsveçrə, iyunun 17-də isə Türkiyə ilə Bakı Olimpiya Stadionunda, iyunun 21-də isə İtaliya ilə Romadakı "Olimpiko" stadionunda üz-üzə gələcək.