Ölkə futbolu
“Səbail” başsız qaldı: idman direktoru “Sabah”a aşağı vəzifəyə getdi

Məvacibi yüksək olan futbolçuları yola salmaqla diqqət çəkən “Səbail”də növbə rəhbər şəxslərə çatıb. Heyəti pərən-pərən edən, aparıcı oyunçuları “pul olmayacaq” hədəsi ilə başqa klublara “ötürən” Ramin Həsənov bu dəfə özü “dənizçilər”i tərk edib.
Bayıl təmsilçisinin idman direktoru Ramin Həsənov sabahı qaranlıq görünən klubda qalmaq istəməyib. O, 2017-ci ilin yayından çalışdığı Bayıl təmsilçisini digər Premyer Liqa klubuna – “Sabah”a dəyişib. Paytaxt təmsilçisində akademiyada vəzifə tutacaq Ramin bəyin işinin konkret nə olacağı bilinmir. “Sabah”ın yaxın günlərə gözlənən rəsmi təqdimatından sonra hər şey bəlli olacaq.
AFFA-nın baş katibi Elxan Məmmədovun kadrı kimi tanınan Həsənovu “Səbail”də kimin əvəzləyəcəyi bəlli deyil. Klubun qeyri-rəsmi rəhbəri Tamerlan Abdullayev bu posta öz adamını təyin etmək istəyir. Amma AFFA-nın başqa planları var.
- Ölkə kuboku49 dəqiqə əvvəl
“Qarabağ” “Sumqayıt”a qarşı – YENİLƏNİR
- AÇ-202021 saat əvvəl
Türkiyə millisinin Bakı proqramı açıqlandı – AÇ-2020
- Dünya futbolu9 saat əvvəl
Anyelli “Yuventus”dan ayrılmağa qərar verdi
- Milli komanda6 saat əvvəl
“Qarabağ”a gələndə böyük turnirlərdə oynayacağımı təsəvvür etmirdim”