Dünya futbolu
PSV “Milan”ın futbolçusu ilə gücləndi

Niderlandın PSV klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, sözügedən klub “Milan”ın və İsveçrə yığmasının müdafiəçisi Rikardo Rodriqesi heyətinə qatıb.
Bu barədə PSV-nin rəsmi saytı məlumat yayıb. 27 yaşlı futbolçu mövsümün sonuna kimi icarəyə götürülüb. O, bu komandada 68 nömrəli formanı geyinəcək.
“Milan”a 2017-ci ildə Almaniyanın “Volfsburq” klubundan transfer olunan Rikardo, cari mövsümdə cəmi 5 rəsmi oyuna çıxıb. İsveçrə yığmasında 71 oyun keçirmiş futbolçu “Sürix”in yetirməsidi.
- Premyer-liqa13 saat əvvəl
“Qarabağ”dan darmadağın, “Səbail”lə “Keşlə”dən heç-heçə
- Premyer-liqa21 saat əvvəl
Premyer Liqada 19-cu turun oyun cədvəli açıqlandı
- I Divizion20 saat əvvəl
Birinci Divizionda 16-cı turun oyun cədvəli bilindi
- Digər18 saat əvvəl
Azərbaycanda koronavirusa yeni yoluxanların sayı 350-ni keçdi