Ölkə futbolu
“Qəbələ” üçün yeni titul sponsoru – RƏSMİ

Ötən ilin sonu “Jalə” brendi ilə sponsorluq anlaşmasına imza atan “Qəbələ” İdman Klubu ölkənin daha bir tanınmış markası ilə əməkdaşlığa start verir.
Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, süd məhsulları istehsalında lider marka olan “Milla” brendi artıq “qırmızı-qaralar”ın titul sponsorudu.
“Qəbələ” İdman Klubu ilə “Milla” arasındakı sponsorluq razılaşması 2020-2021-ci illəri əhatə edir. Razılaşmaya əsasən, əsas komandanın oyun formalarının ön hissəsində “Milla” brendinin loqosu əks olunacaq.
2011-ci ildən fəaliyyət göstərən “Milla” brendi böyük təcrübəyə malik kollektiv, keyfiyyətli xammal, ən son emal qablaşdırma texnologiyaları və dünya səviyyəli keyfiyyətə nəzarət sistemlərinin tətbiqi ilə istehlakçılarına təbii süddən hazırlanmış məhsulları təklif edir. 2020-ci ildə “Milla” markası bir çox yeniliklər ilə müştərilərini sevindirməyə davam edəcək.
- Premyer-liqa13 saat əvvəl
“Qarabağ”dan darmadağın, “Səbail”lə “Keşlə”dən heç-heçə
- Premyer-liqa21 saat əvvəl
Premyer Liqada 19-cu turun oyun cədvəli açıqlandı
- I Divizion20 saat əvvəl
Birinci Divizionda 16-cı turun oyun cədvəli bilindi
- Digər18 saat əvvəl
Azərbaycanda koronavirusa yeni yoluxanların sayı 350-ni keçdi