Connect with us

Əvəzedicilər

23 yaşındakı Sadıqov: 8 klub üçün 9 yığma

-də paylaşıldı

Bir ölkədə ki, milli komandaların sayı Premyer Liqa iştirakçılarından çox olacaq… Daha heç nə. Molla vəzir Vaqifin ideyası alınsa, AFFA 9:8 hesabıyla önə keçəcək. U-15, U-16, U-17, U-18, U-19, U-20, U-21, U-23 və əsas milli…

9 milli komandaya 8 elita təmsilçisi futbolçu verməyə çalışacaq. Onların əsas heyətdə 6 legioner oynatdığını, heç də hamısının uşaq komandalarının yaxşı vəziyyətdə olmadığını nəzərə alsaq, vəziyyət gülməlidi. Deməli, adın iştirak ərizəsinə düşdüsə, avtomatik hansısa milli komandanın üzvüsən. Səviyyə fərqi, rəqabət mühiti və s.-ni boş verin.

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun yeni vəziri Vaqif Sadıqovun sərsəm ideyası – U-23-ün yaradılması hələ də müzakirə olunur. Amma ictimaiyyətin, jurnalistlərin qınağından sonra qurumdakılar da başa düşür ki, “qəttəzə” vitse-prezidentin təklifi yalandan “işgörənlik” görüntüsüdü. Perspektivi olmayan, faydasız təklifin qulpundan yapışıblar və kimlərəsə iş yeri açmağa hesablanmış addımdı.

İndi Sadıqovun dostları onun özünün uzah edə bilmədiklərini dilə gətirir, ölü doğulmuş layihəyə can verməyə çalışır. Lakin izahatlar yetərsizdi, bu ölünün qıdığı da gəlmir. Axı, ölkədə o qədər futbolçu hardadı ki, hələ əsas komandadan kənarda qaldıqları üçün onlara U-23 millisi də düzəldilsin.

Bəli, Premyer Liqada tətbiq olunan limit bir çox gənc oyunçuya məcburən oynadılmaq perspektivi yaradıb. Zatən, onların ən bacarıqlıları əsas milliyə dəvət alır, layiq olmadan forma şansı qazananların sayı 5-6 nəfər ola, ya olmaya. Belədə 21 yaşdan sonra kənarda qalanların ümumi sayı 10-12 nəfər edir. Sizcə, bu qədər futbolçu üçün yeni milli komanda yaratmağa dəyərmi? Həqiqətən güclüdülərsə, klublarında oynayıb, əsas heyətə düşəcəklər, zəifdilərsə, onları bu qədər əzizləməyin nə mənası? Rəqabət mühitidi, güclü olan ayaqda qalsın. Avropada 23 yaşına kimi bir qələt etməyənləri siyahıdan silirlər, Sadıqov isə onların çiçəyinin çırtlayacağına ümid edir.

Futbolçuların qayğısına qalmaq yaxşıdı, lakin bunu milli komanda adıyla etməyə lüzum yoxdu. U-23-ün perspektivini düşünün – axı, bu komanda nə vaxt yığışacaq; 5-10 günlük toplanışlar bizə nə verəcək; 2-3 yoxlama oyununu hansı yarışa hazırlıq üçün keçirəcəklər? Boş, utopik, sərsəm ideyadı. Bəli, dünya təcrübəsində var. Lakin bunu o ölkədə edirlər ki, istedadlı gəncləri milli komandalara sığmır, itib-batmamaları üçün belə millilər yaradırlar. Bizdə isə əsas yığmaya 11 nəfər tapılmır, anqolalı Eddi İsrafilovu, braziliyalı Riçard Almeydanı, ukraynalı Anton Krivotsyuku və s. milliləşdiririk.

Əslində, Vaqif bəydən başqa təkilf gözləyirdik. İndiki vəzifəsinə, statusuna və kurasiyasına uyğun olaraq, o, U-21 millisindən ayrıldıqdan sonra futbolçuların kənarda qalmamasını təmin etmək üçün klub sayına cəhd etməliydi. Bu uşaqlara qondarma, ildə 1-2 dəfə toplaşacaq milli komanda yox, daim forma geyə biləcəkləri klublar lazımdı. Həmin oyunçuların məhv olmasının, karyerasını erkən bitirməsinin səbəbi iş yerlərinin olmaması, klub azlığıdı. Milli komandaları sayını artırmaqdansa, çempionat iştirakçılarının sayının ən azı 10-a, 12-yə yüksəldilməsinə çalışmaq lazımdı. Əvəzedicilərin yarışının bərpası, həmin futbolçuların orada oynayıb inkişaf etmələrinin təmini müzakirə olunmalı, divizionda klubların və yarışın ümumi səviyyəsinin artırılmasına cəhd etmək lazımdı.

Ümumiyyətlə, Sadıqov heç vaxt öz ayaqqabısını geyməyib. Əslində, Məşqçilər Komitəsinin sədri kimi onun bir çox səlahiyyətləri olmalıydı. Məsələn, AFFA-nın məşqçi kursları, seminarları məhz onun rəhbərlik etdiyi qurumun nəzarətində olmalıdı. Amma onu bu kurslarda hətta bir dəfə mühazirə deyərkən də görməzsiz. Kateqoriyalar paylananda Sadıqovdan heç şəkil çəkdirmək üçün maniken kimi də istifadə etmirlər.

Və ya milli komandalara baş məşqçi təyinatları zamanı məhz bu komitənin rəyi əsas olmalıdı. Amma Məşqçilər Komitəsinin üzvləri özləri də etiraf edir ki, milli məşqçilərinin təyinatlarından təyinatdan sonra xəbər tuturlar. Aşağı yaş qruplarıyla bağlı yalançı məsləhətləşmələr ola bilər, amma U-21 və əsas milliylə bağlı qərarı Elşad Nəsirov – Elxan Məmmədov cütlüyü verir. Hətta “Sumqayıt”ın menecer-prezidenti Riad Rəfiyev yenilərin adını Sadıqovdan daha tez bilir. Vaqif bəy isə həmin vaxt uşaq liqalarının qaliblərinə medal paylamaqla məşğul olur.

İndinin özündə də Vaqif bəy öz qabında deyil. Bu adam vitse-prezident təyin olunandan sonra klublarla iş aparmaq tapşırığı alıb, kurasiyası bu yöndədi. Amma Sadıqov Elşad Nəsirovun cavabdeh olduğu milli komandalar sahəsinə nüfuz etməyə başlayıb. Baş çıxmayan yerə burnunu soxmaq məsələsi…

Sadıqov illərdi məhz bu cür yaşayır. Azərbaycan futbolunun inkişafı naminə heç bir iş görməyib, amma həmişə iş başında olub. Sərsəm ideyalarının heç biri tutmayıb, lakin hələ də onu dinləyən var. Elxan Məmmədov onun şoumenlik bacarığından məharətlə yararlanır, atıb ortaya, hamı da onun cəmdəyinə döşəyir.

FƏRİD

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Milli komanda2021-03-03 22:11

Portuqaliya – Azərbaycan matçı Turində keçiriləcək

Premyer-liqa2021-03-03 21:30

“İtirəcəyimiz xal bizi panikaya sala bilər” – Samir Abasov

Premyer-liqa2021-03-03 21:11

“Məğlubiyyətlərə görə vəziyyət daha da çətinləşir” – Visente Qomes

Premyer-liqa2021-03-03 20:56

“Neftçi” – “Sabah” matçında 3 qol – VİDEO

Premyer-liqa2021-03-03 20:17

“Zirə” xal itirdi, “Neftçi” qalib gəldi

Premyer-liqa2021-03-03 19:59

“Sumqayıt”la “Zirə”dən heç-heçə – VİDEO

Dünya futbolu2021-03-03 19:46

“Sampdoriya”da koronavirusa yeni yoluxma

Digər2021-03-03 19:24

1xGames kolleksiyasında yeni oyunlar: texnoloji Cyber2077 və lüks Royal Feast!

Ölkə futbolu2021-03-03 18:55

“Bakcell Arena”nın işıqları söndü

Dünya futbolu2021-03-03 18:41

Ronaldo daha bir ilkə imza atdı

Premyer-liqa2021-03-03 18:24

“Zədələr işimizi çətinə salır” – Ayxan Abbasov

Premyer-liqa2021-03-03 18:09

Rəşad Sadıqov yeni transferi təsdiqlədi: “Növbəti oyunlara sifariş edəcəyik”

Dünya futbolu2021-03-03 17:48

“Mançester Yunayted”də Kavani sağaldı

Digər2021-03-03 17:22

Azərbaycanda daha 319 nəfər koronavirusa yoluxdu

Dünya futbolu2021-03-03 17:03

Serbiya yığması Stoykoviçə tapşırıldı

Dünya futbolu2021-03-03 16:43

Pele peyvənd olundu

Dünya futbolu2021-03-03 16:21

Avroliqa matçının yeri dəyişdirildi

Ölkə futbolu2021-03-03 16:06

Kramarenkonun anası vəfat etdi – koronavirusdan

Dünya futbolu2021-03-03 15:52

Qriqorçuk “Şaxtyor”a Super Kubok qazandırdı

Dünya futbolu2021-03-03 15:21

Sevgilisini döydüyü üçün həbs olundu

Premyer-liqa2021-03-03 20:56

“Neftçi” – “Sabah” matçında 3 qol – VİDEO

Premyer-liqa2021-03-02 21:17

“Qarabağ” “Qəbələ”ni belə məğlub etdi – VİDEO

Premyer-liqa2021-03-02 19:05

“Səbail”lə “Keşlə”dən hərəyə 1 qol, 1 xal – VİDEO

Ölkə futbolu2021-03-02 10:04

“e-Milli” komandamızın üzvləri bəlli oldu – VİDEO

Digər2021-02-28 16:45

Ulduz stansiyası: Eldar Mansurov – VİDEO

Ölkə futbolu2021-02-27 21:46

“Ulduz stansiyası”nın növbəti qonağı – Eldar Mansurov

Premyer-liqa2021-02-25 23:11

“Qarabağ” 3 xalı tək qolla qazandı – VİDEO

Premyer-liqa2021-02-25 22:05

“Sabah”la “Keşlə”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-02-25 19:03

“Zirə” “Neftçi”ni məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-02-25 15:48

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Premyer-liqa2021-02-22 17:55

Son dəqiqə qələbəsi “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-02-21 14:15

Beynəlxalq Ana Dili Gününüz mübarək! – VİDEO

Premyer-liqa2021-02-20 21:34

“Neftçi” 90+4-də sevindi – VİDEO

Premyer-liqa2021-02-20 20:37

“Keşlə” – “Zirə” matçında 4 qol – VİDEO

Premyer-liqa2021-02-19 20:46

“Sumqayıt” – “Qarabağ” 0:0 – VİDEO

Premyer-liqa2021-02-19 19:22

“Səbail” “Sabah”ı məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-02-18 18:10

Statistika: “Neftçi” – “Qəbələ”

Ölkə futbolu2021-02-18 11:03

“Neftçi” çempionluğa hazırdır” – Nərimancahan

Ölkə futbolu2021-02-17 17:57

“Neftçi” yeni hücumçusuna qovuşdu – VİDEO

Premyer-liqa2021-02-14 19:56

“Zirə” – “Sabah” 2:2 – VİDEO

Gündəm