Connect with us

Ölkə futbolu

Xainlərə dəstək, vətənpərvərlərə dirsək!

-də paylaşıldı

80-ci illərin sonu, 90-cı illərin əvvəlləridir. Azərbaycan ermənilərin ərazi iddiaları ilə mübarizədə tək qalıb. Ölkəmizə qarşı az qala bütün dünyada həm də informasiya müharibəsi aparılır.

Belə bir məqamda “Neftçi”də oynayarkən azərbaycanlıların gözünün yağını yedirtdikləri, əslən Bakıdan olan İqor Ponomaryov karyerasını İsveçdə davam etdirir.

O, Azərbaycanın üzləşdiyi haqsızlıqla bağlı İsveç ictimaiyyətinə bircə kəlmə də məlumat vermədi. Əksin, Azərbaycanda təzyiqə məruz qaldığını bildirib İsveçdən siyasi sığınacaq aldı. Və beləcə, Azərbaycanı sataraq Avropada yaşamağa başladı.

Ay ötdü, il dolandı. Azərbaycan inkişaf etdi, ölkə futboluna da milyonlarla manat vəsait ayrıldı. Və Ponomaryov şirnikləndi. Azərbaycana gəldi, klublarda çalışdı, yığma komandanın baş məşqçisi oldu Prezident təqaüdü ilə təmin edildi. Dünən satdığı ölkədə yenə də kökə gördü.

80-ci illərin ikinci yarısı idi. “Neftçi”də oynayarkən hər şeylə təmin olunan ortabab səviyyəli bir futbolçu – İsgəndər Cavadov hansısa məşqçi ilə yola getmir. Azərbaycanı tərk edir, Moldovaya gedir. “Nistru” “Neftçi” ilə qarşılaşanda “Neftçi”nin qapısına penalti təyin edilir.

Cavadov israrla tələb edir ki, bu penaltini özü vuracaq. Vurur, sonra da üzünü Azərbaycan komandasının texniki zonasına tutaraq əli ilə qeyri-etik jest edir. Bu, Azərbaycana qarşı edilən tərbiyəsizlik idi.

İndi o İsgəndər Cavadov da Azərbaycanda futbolun səfasını çəkir. Baxmayaraq ki, heç vaxt cəfa çəkməyib. Azərbaycan futboluna bir çimdik də xeyir verməyib, amma ovuc-ovuc xeyir götürür.

90-cı illərin əvvəlləridir. Azərbaycan yenicə UEFA və FİFA-ya qəbul olunub. Yığma komandanı formalaşdırmaq, dünyaya təqdim etmək lazımdır. Amma nə ilə? Pul yox, şərait yox. Məşq etmək üçün asfaltı verirlər, oyunlara avtobusla gedirlər.

Belə vaxtda Nazim Süleymanov Rusiyada Azərbaycan futbolunu təmsil edir. Ona Rusiya yığmasının şərəfini qorumağı təklif edirlər. O isə bundan qətiyyətlə imtina edir. Avropa və dünya çempionatlarının final mərhələsində oynamağı yox, heç bir perspektivi olmayan Azərbaycan yığmasını seçir. Yığmanın oyunlarına öz vəsaitləri hesabına gedirlər.

Və bu gün o Nazim Süleymanovu AFFA düşmən elan edib. “Xainlərə dəstək, vətənpərvərlərə dirsək” olub AFFA-nın iş prinsipi. Kimdir AFFA-nın prezidenti, icraçı vitse-prezidenti? Rövnəq Abdullayev, Elxan Məmmədov. Onların iş prinsipi başqa cür ola bilərdi? Yazıq Vətən!

Natiq Muxtarlı, Sportinfo

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-03-05 15:04

PSJ-nin Neymar həsrəti başa çatdı

Ölkə futbolu2021-03-05 14:23

“Kəpəz”də Vətən müharibəsi iştirakçısı ilə görüş

Dünya futbolu2021-03-05 14:00

“Real”ın hücumçusu “Atletiko” ilə oyunu buraxacaq

Müsahibə2021-03-05 13:39

“Burda elə də böyük bir problem görmürəm” – Cavid İmamverdiyev

Dünya futbolu2021-03-05 13:34

Paytaxt klubunda yeni müqavilə

Ölkə futbolu2021-03-05 13:03

“Neftçi”nin U-14 komandasının məşqindən maraqlı anlar – VİDEO

Ölkə futbolu2021-03-05 12:45

Qəbələyə gedəndə keçmiş günlərini xatırlayan Abbasov: “Boş-boş xallar itirməsək…”

Dünya futbolu2021-03-05 12:29

Bruno Fernandesin millimizlə oyunda iştirak etməsini istəmir – Sulşer

Dünya futbolu2021-03-05 12:03

“Yuventus”un futbolçusunda koronavirus aşkarlandı

Dünya futbolu2021-03-05 11:35

“Liverpul”dan antirekord

Digər2021-03-05 11:00

Füzulinin Yuxarı Rəfədinli kəndli – VİDEO

Müsahibə2021-03-05 10:32

“Top fərqinin çox olması asan qələbə qazandığımız anlamına gəlməməlidir”

Dünya futbolu2021-03-05 10:00

Fransa klubunda yeni baş məşqçi

Dünya futbolu2021-03-05 09:33

“Fənərbaxça”da Mesut Özil şoku

Dünya futbolu2021-03-05 09:01

Premyer Liqa klubunun iki hücumçusu sıradan çıxdı

Dünya futbolu2021-03-05 02:44

“Barselona”nın finaldakı rəqibi bəlli oldu

Dünya futbolu2021-03-05 02:13

“Çelsi” “Liverpul”a səfərdə qalib gəldi

Dünya futbolu2021-03-05 01:45

“İnter”dən səfərdə çətin qələbə

Ölkə futbolu2021-03-05 01:10

“Neftçi” Honda ilə danışıq aparır

Milli komanda2021-03-04 23:43

Slovakiya yığması millimizin qrupunda ikinci pilləyə yüksəldi

Ölkə futbolu2021-03-05 13:03

“Neftçi”nin U-14 komandasının məşqindən maraqlı anlar – VİDEO

Premyer-liqa2021-03-04 16:18

“Sabah” üzərində qələbə “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-03-04 13:14

“Neftçi TV”nin “Fanzona”sı – VİDEO

Premyer-liqa2021-03-03 20:56

“Neftçi” – “Sabah” matçında 3 qol – VİDEO

Premyer-liqa2021-03-02 21:17

“Qarabağ” “Qəbələ”ni belə məğlub etdi – VİDEO

Premyer-liqa2021-03-02 19:05

“Səbail”lə “Keşlə”dən hərəyə 1 qol, 1 xal – VİDEO

Ölkə futbolu2021-03-02 10:04

“e-Milli” komandamızın üzvləri bəlli oldu – VİDEO

Digər2021-02-28 16:45

Ulduz stansiyası: Eldar Mansurov – VİDEO

Ölkə futbolu2021-02-27 21:46

“Ulduz stansiyası”nın növbəti qonağı – Eldar Mansurov

Premyer-liqa2021-02-25 23:11

“Qarabağ” 3 xalı tək qolla qazandı – VİDEO

Premyer-liqa2021-02-25 22:05

“Sabah”la “Keşlə”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-02-25 19:03

“Zirə” “Neftçi”ni məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-02-25 15:48

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Premyer-liqa2021-02-22 17:55

Son dəqiqə qələbəsi “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-02-21 14:15

Beynəlxalq Ana Dili Gününüz mübarək! – VİDEO

Premyer-liqa2021-02-20 21:34

“Neftçi” 90+4-də sevindi – VİDEO

Premyer-liqa2021-02-20 20:37

“Keşlə” – “Zirə” matçında 4 qol – VİDEO

Premyer-liqa2021-02-19 20:46

“Sumqayıt” – “Qarabağ” 0:0 – VİDEO

Premyer-liqa2021-02-19 19:22

“Səbail” “Sabah”ı məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-02-18 18:10

Statistika: “Neftçi” – “Qəbələ”

Gündəm