Dünya futbolu
Super Liqa klubunda yeni baş məşqçi

Türkiyənin “Dənizlispor” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Bülent Uyğun çalışdıracaq.
Bu barədə məlumatı yerli mətbuata açıqlamasında klubun vitse-prezidenti Kaan Şanlıkan da təsdiqləyib. O, Uyğunun Dənizliyə gəlməsindən sonra rəsmi müqaviləyə imza atacaqlarını bildirib.
Bülent Uyğun bir neçə gün öncə istefa verən Mehmet Özdileki əvəz edəcək. Son olaraq Super Liqanın digər təmsilçisi “Kayserispor”u çalışdıran Uyğun 7 oyunda cəmi 2 qələbə qazanmış, 5 məğlubiyyətə üzülmüşdü.
“Dənizlispor” bu mövsüm 22 oyuna topladığı 24 xalla 18 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.
- Ölkə kuboku4 dəqiqə əvvəl
“Qarabağ” “Sumqayıt”a qarşı – YENİLƏNİR
- AÇ-202020 saat əvvəl
Türkiyə millisinin Bakı proqramı açıqlandı – AÇ-2020
- Dünya futbolu9 saat əvvəl
Anyelli “Yuventus”dan ayrılmağa qərar verdi
- Milli komanda5 saat əvvəl
“Qarabağ”a gələndə böyük turnirlərdə oynayacağımı təsəvvür etmirdim”