Connect with us

Ölkə futbolu

Sumqayıtda ədalətli sülh, lideri hakimlər büdrətdi

-də paylaşıldı

Premyer Liqanın 19-cu turu heç-heçələrlə başladı. “Sumqayıt” – “Keşlə” matçı bərabər səviyyəli oyunla yadda qaldısa, “Qarabağ” bütün komponentlərdə üstün olduğu “Sabah”la matçda hakim səhvləri üzündən qələbə qazanmadı.

Sumqayıtdakı nəticə ədalətli oldu. Çempionatın ən baxımlı matçlarından birində səhvlər də, qol sayı da yarı bölünmüşdü. Meydan sahiblərinin 2 dəfə hesabı açması, qonaqların zamanında cavab verməsi yekun nəticənin də xal bölgüsüylə nəticələnməsinə gətirib çıxardı.

Rəqib qapıçıların hərəsinin bir qolda səhvi, son dəqiqələrdə əldən çıxan yüzfaizli qol şansları – bərabər səviyyəli rəqiblərin duelinə rəng qatan mənzərə belə idi. Özünü pis hiss etdiyi üçün start heyətində görünməyən Əmir Ağayev meydan sahiblərinin itkisi idisə, “Keşlə” oyunun əvvəlində Con Kamaranı zədə üzündən itirəndə güc bərabərliyi də təmin olundu.

Təbii ki, hamı qələbə qazanmaq istəyir, lakin uduzmaqdansa, xal bölgüsü yaxşıdı. Bu nəticə “Keşlə”nin izləyiciləri ilə 7 xallıq fərqi qorumasına kifayət etdi, “Sumqayıt”ı ilk “dördlük”də saxladı. Ona görə də şikayətlənmək üçün əsas yoxdu.

Amma “Qarabağ” yəqin ki, etiraz etməyə özündə güc tapacaq. Matçın hakimlər briqadası ağdamlıların büdrəməsi üçün hər şey etdi. Və bu, “Sabah”a olan rəğbətdən deyildi, sadəcə, liderin qələbəsini arzulamayanlar var. Kim? Cavabını Elçin Məsiyevi bu oyuna baş hakim, az qala hər tur səhv edən laysmanları yardımçı kimi göndərənlərdən soruşmaq lazımdı.

Ümumiyyətlə, 3 FIFA referisi ola-ola belə vacib matça Elçin kimi təcrübəsiz birinin təyin olunması özü müzakirə olunmalıdı. AFFA Hakimlər Komitəsinin sədri Frits Stulxlik eksperimentləri ilə komandaların taleyi ilə oynayır. 1 penalti təyin olunmur, 2 yanlış ofsayd bayrağı qalxır və son dəqiqələrdə təmiz qol hesaba alınmır. Bütün hallarda zərərçəkən eyni komandadısa, deməli, qərəz var. Öz oyunçuları ilə toqquşan Saşa Stamenkoviçdən gedən topu oyundankənar kimi qiymətləndirməyin cəzası ən azı 5 oyun olmalıdı. Amma sizi əmin edirəm ki, Məsiyev qarşıdakı turlarda da fit çalacaq.

Oyuna gəlincə, “Qarabağ” evdə ikinci 0:0-a üzüldü, lakin bu il qol buraxmamaq seriyasını davam etdirdi. “Sabah” isə məğlubiyyətsiz oyunlar seriyasını 4-ə çatdırıb, avrokubok ümidlərini qorudu. Düzdü, ağdamlılar oyun boyu diqtə edən tərəf idi, amma rəqibin beşli müdafiə xətti, gücləndirilmiş dayaq bölgəsi meydan sahiblərinə göz açmağa imkan vermədi. Ələ düşən bir neçə şans zamanı isə ya Stamenkoviç qapıda divləşdi, ya da hakimlər “sülh keşikçisi” oldu.

Tur sabah davam edəcək. Bəlkə qarşıdakı 2 oyunda başverənlər Məsiyevin hoqqalarını unutdurdu. Ümid edirik, heç olmasa, AFFA Hakimlər Komitəsi unutmaz. Oyunun hakim-inspektoru Fariz Yusifovun raportunu həvəslə oxuyardım…

CAVAD

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Ölkə kuboku2021-01-25 20:09

“Zirə” darmadağınla mərhələ adladı – VİDEO

Ölkə kuboku2021-01-24 18:14

“Səbail” – “Zaqatala” matçında 5 qol – VİDEO

Premyer-liqa2021-01-21 23:18

“Zirə”dən “Qəbələ” üzərində inamlı qələbə – VİDEO

Premyer-liqa2021-01-21 19:27

Rəşad Sadıqov: “Qəbələ” öz oyununu sərgiləyir, futbolu eybəcərləşdirmir” – VİDEO

Ölkə futbolu2021-01-17 13:36

“Neftçi” PFK-nın bədən testi – VİDEO

Ölkə futbolu2021-01-14 23:54

“Sabah”a qələbə üçün bir qol bəs etdi – VİDEO

Ölkə futbolu2021-01-14 22:47

“Neftçi” – “Keşlə” oyununda 7 qol – VİDEO

Ölkə futbolu2021-01-14 20:17

Samir Abasov: “Bu gün sevindirici məqamlar daha çox idi” – VİDEO

Ölkə futbolu2021-01-14 13:45

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə futbolu2021-01-13 15:46

Hazırlığın 10-cu günü “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-01-12 17:01

“Neftçi”nin legioneri toplanışı dəyərləndirdi – VİDEO

Ölkə futbolu2021-01-11 01:25

“Sumqayıt” – “Zirə” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-01-10 19:40

“Neftçi” “Kəpəz”i məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-01-10 19:34

Samir Abasov: “Həm razı, həm də narazı salan məqamlar oldu”

Ölkə futbolu2021-01-10 13:18

“Neftçi”də “Sağlamlıq durumu” açıqlandı – VİDEO

Ölkə futbolu2021-01-09 18:47

“Çempion olmaq istəyirik” – VİDEO

Ölkə futbolu2021-01-07 22:29

“Günün 20 saatını hücumçu məsələsinə həsr edirik” – VİDEO

Ölkə futbolu2021-01-07 20:37

“Keçmişə baxmıram, yalnız gələcək haqda düşünürəm” – VİDEO

Ölkə futbolu2021-01-07 17:21

Aqil Məmmədovla “Piramida” – VİDEO

Ölkə futbolu2021-01-07 16:22

“Futbolçuların gəlməsi ilə bağlı heç bir problem yoxdur” – VİDEO

Gündəm

WeCreativez WhatsApp Support
Futbol info ilə birbaşa əlaqə qurun
Salam, sizə necə kömək edə bilərik?