Connect with us

Digər

Operativ Qərargahdan vətəndaşlara müraciət

-də paylaşıldı

Hazırda əksər dövlətlər və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən görülən tədbirlərə və birgə səylərə baxmayaraq, koronavirus (COVID-19) infeksiyasının dünyada yayılmasının qarşısını almaq mümkün olmayıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, bugünədək dünyada 787 469 nəfər COVID-19 infeksiyasına yoluxub, 37 846 nəfər isə bu xəstəlikdən vəfat edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, Azərbaycan hökuməti tərəfindən görülən preventiv tədbirlərə baxmayaraq, xəstəliyin ölkə ərazisində yayılması müşahidə edilir:

“Hazırda Azərbaycanda virusa yoluxma dinamikası gündəlik artmaqdadır. Təəssüflə bildiririk ki, xəstəliyin bu artım dinamikasına virusun aqressiv və yoluxma sürətinin yüksək olması ilə yanaşı, əhalinin əksər hissənin xüsusu rejim qaydalarının tələblərinə əməl etməməsi, digər şəxslərlə sıx təmasları, ciddi zərurət olmadığı hallarda evdən çölə çıxmaları, ictimai nəqliyyatda karantin dövrünün tələblərinə tabe olmamaları və digər mövcud qaydalara əməl etməmələri səbəb olub”.

Məlumatda bildirilir ki, insanların bir-biri ilə yaxın əlaqələrini minimuma endirmək, bununla da infeksiyaya yoluxmanın sürətini azaltmaq məqsədilə ölkə ərazisindəki xüsusi rejim dövrü martın 31-dən aprelin 20-dək gücləndirilib, insanların fərdi evlərindən və mənzillərindən çıxışına yalnız təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə gedildikdə, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədi ilə icazə verilib.

“Əhalidən xahiş olunur ki, evdən çıxmaq zərurəti yarandıqda mütləq qaydada şəxsiyyət vəsiqəsini və ya şəxsiyyəti təsdiq edən sənədi, fəaliyyətinə icazə verilmiş sahələrdə işləyən şəxslər xidməti vəsiqələrini və ya iş yerindən bu faktı təsdiqləyən rəsmi arayışı, Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını özləri ilə götürsünlər. Ciddi zərurət olmadan şəxsi avtomobillərdən istifadə etməmək, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini gözləmək tövsiyə edilir.

Bildiririk ki, bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədilə həyata keçirilir. Virusun qarşısının tez bir zamanda alınması, insanlar arasında daha təhlükəli fəsadlar yaratmaması üçün hər bir kəsdən karantin rejimi qaydalarına əməl etməsi, zərurət olmadıqda evdən çıxmamaq tələb olunur. Karantin rejiminin qaydalarına əməl etməyən şəxslər haqqında isə hüquqi məsuliyyət tədbirləri görüləcək”, – məlumatda vurğulanıb.

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-03-07 02:08

“Barselona”dan səfərdə inamlı qələbə

Dünya futbolu2021-03-07 01:58

“Arsenal” evdə xal itirdi

Dünya futbolu2021-03-07 01:41

“Yuventus”dan inamlı qələbə

Dünya futbolu2021-03-07 00:23

“Bavariya” “Borussiya”ya 4 qolla qalib gəldi

Dünya futbolu2021-03-06 21:59

“Beşiktaş”dan növbəti qələbə

Dünya futbolu2021-03-06 21:11

Hakimi yumruqla vuran futbolçuya 5 illik cəza – VİDEO

Digər2021-03-06 20:44

Cəbrayılın Papı kəndi – VİDEO

Digər2021-03-06 20:27

Azərbaycanda koronavirusa 353 yeni yoluxma

Ölkə futbolu2021-03-06 20:17

“Zirə” fransız hücumçu ilə müqavilə bağladı

Dünya futbolu2021-03-06 18:24

“Sportinq”də baş məşqçi ilə yeni müqavilə

I Divizion2021-03-06 17:48

17-ci turun oyun cədvəli bəlli oldu

Ölkə futbolu2021-03-06 17:25

Növbəti M(penza)E(ssyen)H(onda) dalğası

I Divizion2021-03-06 17:12

“Sabah”a Şeydayev da kömək edə bilmədi, “Turan Tovuz” yenə xal itirdi

Premyer-liqa2021-03-06 16:49

“Qarabağ” – “Sabah” matçının vaxtı açıqlandı

Digər2021-03-06 15:57

Zəngilanın Qaradərə kəndi – VİDEO

Dünya futbolu2021-03-06 15:29

Mesut Özilin durumuna aydınlıq gəldi

Ölkə futbolu2021-03-06 14:28

Ramil Şeydayev əvəzedici komandaya göndərildi

Dünya futbolu2021-03-06 13:53

Qızı dünyaya gəldiyi üçün derbidə iştirak edə bilməyəcək

Ölkə futbolu2021-03-06 13:17

Yusuf Laval: “Hədəfimiz də hər qarşılaşmadan qalib ayrılmaqdır”

Premyer-liqa2021-03-06 13:02

“Özümü xoşbəxt hiss edirəm” – Filip Ozobiç

Milli komanda2021-03-05 18:05

Millimiz Moldovanı belə darmadağın etdi – VİDEO

Ölkə futbolu2021-03-05 13:03

“Neftçi”nin U-14 komandasının məşqindən maraqlı anlar – VİDEO

Premyer-liqa2021-03-04 16:18

“Sabah” üzərində qələbə “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-03-04 13:14

“Neftçi TV”nin “Fanzona”sı – VİDEO

Premyer-liqa2021-03-03 20:56

“Neftçi” – “Sabah” matçında 3 qol – VİDEO

Premyer-liqa2021-03-02 21:17

“Qarabağ” “Qəbələ”ni belə məğlub etdi – VİDEO

Premyer-liqa2021-03-02 19:05

“Səbail”lə “Keşlə”dən hərəyə 1 qol, 1 xal – VİDEO

Ölkə futbolu2021-03-02 10:04

“e-Milli” komandamızın üzvləri bəlli oldu – VİDEO

Digər2021-02-28 16:45

Ulduz stansiyası: Eldar Mansurov – VİDEO

Ölkə futbolu2021-02-27 21:46

“Ulduz stansiyası”nın növbəti qonağı – Eldar Mansurov

Premyer-liqa2021-02-25 23:11

“Qarabağ” 3 xalı tək qolla qazandı – VİDEO

Premyer-liqa2021-02-25 22:05

“Sabah”la “Keşlə”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-02-25 19:03

“Zirə” “Neftçi”ni məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-02-25 15:48

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Premyer-liqa2021-02-22 17:55

Son dəqiqə qələbəsi “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-02-21 14:15

Beynəlxalq Ana Dili Gününüz mübarək! – VİDEO

Premyer-liqa2021-02-20 21:34

“Neftçi” 90+4-də sevindi – VİDEO

Premyer-liqa2021-02-20 20:37

“Keşlə” – “Zirə” matçında 4 qol – VİDEO

Premyer-liqa2021-02-19 20:46

“Sumqayıt” – “Qarabağ” 0:0 – VİDEO

Premyer-liqa2021-02-19 19:22

“Səbail” “Sabah”ı məğlub yola saldı – VİDEO

Gündəm