Connect with us

AÇ-2020

AÇ-2020 üçün Premyer Liqanın bərpa variantı

-də paylaşıldı

Çox əla fürsətdi. Qərar vermək, reallaşdırmaq və nümunə olmaq lazımdı. Bu, ölkə rəhbərliyinin günlərdi nümunə göstərilən addımlarına da uyğundu və müsbət imicimizə əlavə xallar qazandıracaq.

Bütün ölkə əhalisi mayın 4-də xüsusi karantin qaydalarının yumşaldılmasının intizarındadı. Bəli, qadağaların birdəfəlik aradan qaldırılması risklidi, tövsiyyə olunan deyil. Lakin pandemiyadan sonrakı dövr üçün müəyyən addımlar atılmalı, həyatın normala dönməsi üçün cəhdlər edilməlidi. Əksər dünya ölkələri buna hazırlaşır, müəyyən işlər görülür.

Düşünülmüş dövlət siyasəti nəticəsində Azərbaycan koronavirusdan ən az ziyan çəkən ölkələrdəndi. Bunun sayəsində nisbətən rahatıq, itkilərimiz müqayisədə daha azdı. İkinci dalğadan ziyan çəkməmək üçün ehtiyatlı davranmalıyıq, qadağaların bir qisminin qüvvədə saxlanmasına razılaşmalıyıq. Bir sıra iaşə obyektlərinin, molların və s. daha 2-3 həftə bağlı qalması təhlükəsizlik baxımından faydalı olar.

Bununla belə, virusun yayılma ehtimalının daha az olduğu bir sıra sahələrdə qadağalarda yumşaldılmaya gedilməsi labüddü. İdman qurğularının fəaliyyətinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması da zamanın tələbidi. Xüsusilə futbol klubların normal həyata dönməsi vacibdi. Təbii ki, ən sıx təhlükəsizlik tədbirləri nəzərə alınmaqla, məşq prosesinin, daha sonra Premyer Liqanın bərpası reallaşmalıdı.

Öncül Avropa ölkələri çempionatların ləğvinə hazırlaşmır. Yalnız Fransa, Hollandiya kimi ölkələrdə mövsüm yarımçüq bitirildi, digərlərində isə yarışların bərpası üçün müxtəlif tarixlər üzərində düşünülür. İspaniya, İtaliya, Almaniya kimi ölkələrlə müqayisədə Azərbaycanda vəziyyət daha yaxşıdı – həm pandemiyanın fəsadları bizdə daha az hiss olunur, həm də çempionatı bitirmək üçün daha münbit şərait var.

Peşəkar Futbol Liqası karantin rejiminin yumşaldılacağı halda,mayın sonunda yarışların bərpası üçün təxmini tarixi açıqlayıb. Təqribən 3 həftə dvam edəcək hazırlıq dönəmində koronavirusun alovlanması üçün ciddi risk yoxdu. Ona qalsa, marketlərdə, nəqliyyatda və s. bu risk daha çoxdu, nəinki 20-25 idmançının bir araya gələrək məşq etməsində. Mayın sonuna kimi vəziyyət daha da normallaşmalıdı və o zaman çempionatın bərpası üçün əngəl qalmayacaq. Həmin vaxta hazır olmaq üçün isə məşqlər başlamalıdı.

Təbii ki, Premyer Liqa bərpa olunan zaman oyunların azarkeşsiz keçirilməsi, futbolçu və məşqçilərin ciddi nəzarətə götürülməsi, onlara müəyyən qadağalar qoyulması şərtdi. Belə olduqda cəmi 8 turu qalan yarışı başa vurmaq problem olmamalıdı. Risk var, lakin çempionat bərpa olunacağı halda, qazanılacaq dividend daha çoxdu. Fransa, Hollandiya kimi futbol ölkələri ilə müqayisədə məhz Azərbaycanda mövsümün normal qaydada yekunlaşması faktı ölkənin müsbət imici baxımından əla nümunə olar.

AÇ-2020-nin ev sahiblərindən biri olduğumuzu nəzərə alsaq, Premyer Liqanın bərpası əla olardı. Bu, gözəl jest olar, ölkənin müsbət imicinin üzərinə əlavə xallar gəlməsi ilə nəticələnər, sabit, təhlükəsiz ölkə kimi Azərbaycan növbəti təşəbbüslərdə bir addım öndə görünər.

Təbii ki, insan amili, sağlamlıq ön planda olmalıdı. Lakin hazırda fəalliyyətdə olan sahələrlə müqayisədə idman, xüsusilə futbol daha az risklidi. Futbol çempionatının bərpası insanların psixoloji köklənməsinə, ruh yüksəkliyinin artmasına da yardım edər. Bu şansdan yararlanmağa dəyər…

Axı, idman həm də sağlamlığın rəhnidir!

FƏRİD

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-02-26 01:55

Avropa Liqasında 1/8 finalçılar bəlli oldu

Dünya futbolu2021-02-26 00:32

Araz Abdullayev üçün 3 dəqiqə və 1 xal

Premyer-liqa2021-02-25 23:11

“Qarabağ” 3 xalı tək qolla qazandı – VİDEO

Premyer-liqa2021-02-25 22:05

“Sabah”la “Keşlə”dən heç-heçə – VİDEO

Ölkə futbolu2021-02-25 21:37

“Qarabağ” Xocalı soyqırımını xüsusi forma ilə yad etdi

Premyer-liqa2021-02-25 21:13

Qurban Qurbanov: “Bu istəyi qoruyub saxlamaq lazımdır”

Premyer-liqa2021-02-25 21:10

“Sumqayıt” Qəbələdən xalsız döndü – VİDEO

Premyer-liqa2021-02-25 20:47

“Buraya məğlub olmağa gəlməmişdik” – Aftandil Hacıyev

Premyer-liqa2021-02-25 20:20

“Qarabağ” “Neftçi”yə çatdı

Premyer-liqa2021-02-25 19:53

“İlk hissədəki oyunumuz bizə ümid verir” – Visente Qomes

Premyer-liqa2021-02-25 19:44

“Bu, bizim üçün bir imtahandır” – Sənan Qurbanov

Premyer-liqa2021-02-25 19:03

“Zirə” “Neftçi”ni məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-02-25 18:50

Rəşad Sadıqov: “Davit Volkovun zədəsi ciddi görünür”

Premyer-liqa2021-02-25 18:27

Samir Abasov “Zirə”yə məğlubiyyəti şərh etdi

Premyer-liqa2021-02-25 17:57

“Bunun nə ilə bağlı olduğunu bilmirəm” – “Qəbələ”nin məşqçisi

Premyer-liqa2021-02-25 17:43

Ayxan Abbasov: “Qəbələ” bizdən daha istəkli idi”

Digər2021-02-25 17:20

Azərbaycanda koronavirusa 126 yeni yoluxma

Dünya futbolu2021-02-25 17:17

Cordan Henderson AÇ-2020-ni buraxa bilər

Ölkə futbolu2021-02-25 16:13

“Qarabağ” Apellyasiya Arbitraj Tribunalına müraciət ünvanladı

Ölkə futbolu2021-02-25 15:48

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Premyer-liqa2021-02-25 23:11

“Qarabağ” 3 xalı tək qolla qazandı – VİDEO

Premyer-liqa2021-02-25 22:05

“Sabah”la “Keşlə”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-02-25 19:03

“Zirə” “Neftçi”ni məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-02-25 15:48

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Premyer-liqa2021-02-22 17:55

Son dəqiqə qələbəsi “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-02-21 14:15

Beynəlxalq Ana Dili Gününüz mübarək! – VİDEO

Premyer-liqa2021-02-20 21:34

“Neftçi” 90+4-də sevindi – VİDEO

Premyer-liqa2021-02-20 20:37

“Keşlə” – “Zirə” matçında 4 qol – VİDEO

Premyer-liqa2021-02-19 20:46

“Sumqayıt” – “Qarabağ” 0:0 – VİDEO

Premyer-liqa2021-02-19 19:22

“Səbail” “Sabah”ı məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-02-18 18:10

Statistika: “Neftçi” – “Qəbələ”

Ölkə futbolu2021-02-18 11:03

“Neftçi” çempionluğa hazırdır” – Nərimancahan

Ölkə futbolu2021-02-17 17:57

“Neftçi” yeni hücumçusuna qovuşdu – VİDEO

Premyer-liqa2021-02-14 19:56

“Zirə” – “Sabah” 2:2 – VİDEO

Premyer-liqa2021-02-14 18:24

“Qəbələ” “Keşlə”ni məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-02-13 21:34

Azərbaycan derbisində 3 qol, 4 “qırmızı” – VİDEO

Premyer-liqa2021-02-13 19:12

“Sumqayıt” – “Səbail” matçında 3 qol – VİDEO

Ölkə futbolu2021-02-13 13:40

Derbi öncəsi “Neftçi”də “sağlamlıq durumu” – VİDEO

Ölkə futbolu2021-02-12 13:06

“Qarabağ”ın “Neftçi”yə vurduğu ilk qolun müəllifi danışdı – VİDEO

Premyer-liqa2021-02-12 12:48

“Qarabağ” – “Neftçi”: Promo – VİDEO

Gündəm