Ölkə kuboku
Albaniya klubundan ayrıldı, “Sabah”a qayıtdı

Mövsümü Albaniyanın “Biliş” klubunda keçirən azərbaycanlı futbolçu Eltun Turabov problemlə üzləşib.
Futbolinfo.az xəbər verir ki, koronavirus pandemiyası yayılmadan öncə Azərbaycana gələn müdafiəçinin çıxış etdiyi klubda ciddi maliyyə böhranı yaşanır.
Belş şəhəri təmsilçisi 2 aydır oyunçularının maaşlarını ödəyə bilmir. Bu səbəbdən bir çox futbolçu klubdan şikayət edib. Turabov da ciddi problemlə üz-üzə qaldığı üçün Azərbaycana qayıdıb.
İcarə əsasında Albaniya klubunda oynayan futbolçu müqavilə ilə məxsus olduğu “Sabah”a qayıdıb.