Ölkə kuboku
“Qəbələ”nin kubok rekordçuları

Futbol üzrə Azərbaycan kubokunda 2005/06 mövsümündə debüt edən “Qəbələ” indiyədək keçirdiyi 66 matçda 112 qol vurub.
Futbolinfo.az klubun saytına istinadən xəbər verir ki, bunlardan ikisi rəqiblərin avtoqoludursa, digər toplara “qırmızı-qaralar”ın 56 oyunçusu imza atıb.
Komandanın kubokdakı ən məhsuldar futbolçusu Kənan Kərimovdur. Onun aktivində 7 qol var. Filip Ozobiç 6, Vüsal Qarayev 5 dəfə fərqlənib. Daha 5 oyunçu üçdən çox qola imza atıb. Onların hərəsi 4 dəfə rəqib qapısına yol tapıb. Hazırda “Qəbələ”nin formasını geyinənlər arasında rekordçu Klesio Baukdur. O, cəmi 2 matçda iştirak etsə də, 3 qolun müəllifidir.
Azərbaycan kubokunda 3 və daha çox qol vuranlar
1. Kənan Kərimov – 7
2. Filip Ozobiç – 6
3. Vüsal Qarayev – 5
4. Viktor Mendi – 4
5. İbrahim Hüseynov – 4
6. Daniel Subotiç – 4
7. Aleksey Qay – 4
8. Baqali Dabo – 4
9. Dodo – 3
10. Samir Zərgərov – 3
11. Stiven Monroz – 3
12. Ruslan Qurbanov – 3
13. Ermin Zets – 3
14. Davit Volkov – 3
15. Klesio Bauk – 3
- Müsahibə7 saat əvvəl
“Keşlə”də daha bir gərginliq – Qurbanov işə qalmaqalla başladı
- Ölkə futbolu8 saat əvvəl
Bəhlula elçi düşən 130 yaşlı “Veyle” – ona 5 min avro təklif edib
- Ölkə futbolu7 saat əvvəl
“Qarabağ” Mahirlə bağlı qərar verdi, Geryeni cəzalandırdı
- Digər8 saat əvvəl
Cəbrayılın Göyərçin Veysəlli kəndi – VİDEO